Azyaşlılara qarşı cinsi zorakılıq: toplumun acı reallığı - PSİXOLOQDAN AÇIQLAMA
Azyaşlı uşaqların cinsi zorakılığa məruz qalması cəmiyyətdə narahatlıq doğuran ciddi problemdir. Son dövrlərdə bu kimi hallar gündəmə daha çox çıxır və valideynlər, müəllimlər, həmçinin dövlət qurumları üçün xəbərdarlıq rolunu oynayır. Təəssüf ki, uşaqların qorunmasında boşluqlar hələ də qalır və bəzi hallarda onların hüquqlarının təmin olunması yetərincə diqqətə alınmır. Bu problem yalnız fiziki təhlükə deyil, uşaqların psixoloji sağlamlığına da uzunmüddətli təsir göstərir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu vəziyyətdə uşağın danışmasından çox valideynin dinləmə qabiliyyətindən asılıdır. Onun sözlərinə görə, adətən valideynlərin dinləmə qabiliyyəti olmadığından, baş verən hər hansısa hadisədə uşağı danlamağa, günahkar çıxarmağa çalışırlar, belə olduğu təqdirdə uşağın başına ciddi hadisə gəldikdə, artıq valideynə danışmağa çəkinir: "Çünki uşaq əgər kiçik bir səhvdə çox danlanıbsa, cinsi təcavüz, cinsi istismar hallarında daha ağır cəza alacağını düşünür. Valideynin gözündə çox zaman uşaq etdiyi səhvlərə görə günahkardır. Bu kimi hadisələrdə də, uşaq elə zənn edir ki, o nə isə səhv edib, ona görə başına bu iş gəlib və valideynlə açıq ola bilmir. Ehtimal olur ki, eyni hadisələri təkrar yaşayır.
Uşaq cəzasız və şərtsiz böyüdüyü ailədə rahat açıla bilir. "Niyə demədin, niyə getdin, kimdən icazə almışdın, bu gündən sonra birdə eşitsəm məndən incimə" kimi sözlər tərbiyə metodu deyil. Uşağa qarşı şantajdır. Ümumiyyətlə, erkən yaşlardan uşağa bədən sərhədləri öyrədilməlidir. "Bu sənin bədənindir, ona heç kim toxuna bilməz. Hətta yaxın insanlar da. Yalnız gənc yaşına çatanda bu sənin öz istəyinlə ola bilər. Xoşuna gəlməyən toxunuşa yox deməlisən. Səni narahat edən sirr varsa, onu deməlisən". Çünki cinsi istismar halları 80-90% yaxın adamlar tərəfindən baş verir. Evə qonaq gələn insanların ümumiyyətlə uşaqlarla öpüşüb görüşməsi ən yanlış davranışdır.
Bu hal aradan qaldırılmalıdır. Ələxsüs, qonşuya, qohuma uşaq tapşırıb iş dalıyca getmək halları da, yanlışdır. Azyaşlı uşaqlara dolayı yolla hekayələr, işarələr, oyunlarla başa salınmalıdır. Önəmli plan valideynin reaksiyasıdır. Ümumiyyətlə, valideyn uşağın səhvlərinə də, çox təmkinli davranmalıdır. Çünki hər bir reaksiya, gələcəkdə baş verə biləcək ciddi hadisədən bixəbər olmasına zəmin yaradacaq. Valideyn anlamalıdır ki, insan səhvlərlə adam olur. Ona görə də, izahlı, savadlı, təmkinli və dinləyici olmalıdır. Valideyn reaksiyası həlledicidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 30 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları
05.10.2026 295 Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA
Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini
12:33 131 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 308 Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində
10:25 264 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar
10:10 155 Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq
05.10.2026 363 YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi
"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd
10:16 145 Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?
"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy
11:57 134 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 305