YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi"Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkənin son illərdə keçdiyi yolu, mövcud geosiyasi reallıqları və qarşıdakı dövrün əsas prioritetlərini əhatə edib".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı roluna xüsusi diqqət yetirib:

"Dövlət başçısının sözlərinə görə, YAP 30 ildən artıqdır hakimiyyətdədir və partiyanın fəaliyyəti yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın siyasi reallıqlarına təsir edən amillərdən biridir. Bu baxımdan VIII Qurultay partiyanın keçmiş fəaliyyətinin qiymətləndirilməsi ilə yanaşı, yeni siyasi şəraitdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli platforma kimi çıxış edib. Qurultayın əsas xüsusiyyətlərindən biri Azərbaycanın yeni geosiyasi reallıqda öz siyasi kursunu müəyyənləşdirməsidir. Azərbaycan 2020-ci ildə əldə edilən Zəfərdən sonra ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələlər keçib və 2023-cü ildə suverenliyini tam bərpa edib. Prezident İlham Əliyevin çıxışında da məhz bu tarixi dəyişiklik xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, ilk dəfədir YAP-ın qurultayı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilir. Bu fakt Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən siyasi proseslərin davamı olaraq təqdim olunur".

Müsahibimiz əlavə edib ki, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi ilə ölkənin qarşısında artıq yeni vəzifələr dayanır:

"Bu vəzifələr sırasında azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış prosesinin davam etdirilməsi, iqtisadi potensialın artırılması, sosial rifahın yüksəldilməsi, təhlükəsizlik imkanlarının möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi xüsusi yer tutur. VIII Qurultayda səsləndirilən fikirlər göstərir ki, YAP-ın qarşıdakı fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətçilik və milli maraqlar məsələsidir. Partiyanın siyasi xətti Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və milli maraqlarının qorunması ilə əlaqələndirilir. Bu baxımdan YAP-ın fəaliyyəti yalnız partiya təşkilatı çərçivəsində deyil, ölkənin siyasi sisteminin mühüm elementlərindən biri kimi nəzərdən keçirilir".

Cavanşir Paşazadənin sözlərinə görə, qurultayın diqqət çəkən məqamlarından biri də Azərbaycanın əldə etdiyi nəticələrin gələcək inkişaf üçün baza kimi təqdim olunmasıdır:

"Son illərdə ölkənin iqtisadi, hərbi və siyasi imkanlarının genişlənməsi, beynəlxalq nəqliyyat və enerji layihələrində rolunun artması, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması yeni inkişaf gündəliyinin formalaşmasına şərait yaradıb. Prezident İlham Əliyevin çıxışında siyasi sabitlik və ardıcıl inkişaf məsələləri də ön plana çıxıb. Azərbaycan üçün yeni mərhələnin əsas xüsusiyyətlərindən biri ölkənin artıq postmünaqişə dövründən suveren inkişaf mərhələsinə keçməsi ilə bağlıdır. Bu mərhələdə dövlət siyasətinin əsas istiqamətlərinin daha geniş iqtisadi, sosial və təhlükəsizlik məqsədləri ilə əlaqələndirilməsi nəzərdə tutulur. Qarşıdakı dövrdə insan kapitalının inkişafı, gənclərin ictimai-siyasi proseslərdə iştirakı və yeni nəslin dövlətçilik dəyərləri əsasında formalaşması da mühüm məsələlər sırasındadır. YAP-ın uzunmüddətli fəaliyyətində gənclərlə iş və yeni siyasi nəslin formalaşdırılması istiqaməti xüsusi yer tutur. Bu yanaşma Azərbaycanın gələcək inkişafında siyasi varislik və institusional davamlılıq məsələlərini də gündəmə gətirir".

Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasət kursu da yeni mərhələdə mühüm istiqamətlərdən biridir:

"Ölkənin müxtəlif dövlətlərlə siyasi, iqtisadi və humanitar əlaqələrinin genişləndirilməsi, regional əməkdaşlıq layihələrində iştirakı və beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət gündəliyinin əsas komponentlərindəndir. Bu siyasətin əsas xəttində Azərbaycanın milli maraqlarının və dövlət suverenliyinin qorunması məsələsi dayanır. YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı həm də Azərbaycanın son üç onillikdə keçdiyi siyasi yolun ümumiləşdirilməsi baxımından diqqət çəkir. 1992-ci ildə müxalifət partiyası kimi yaradılan YAP sonrakı illərdə Azərbaycanın hakim siyasi qüvvəsinə çevrilib. Prezidentin çıxışında partiyanın keçdiyi bu tarixi yolun ölkənin inkişaf prosesi ilə paralel olduğu vurğulanıb. Qurultayın siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, burada yalnız ötən dövrə nəzər salınmayıb, Azərbaycanın qarşıdakı illərdə üzləşəcəyi çağırışlar və imkanlar barədə siyasi mesajlar verilib".

Müsahibimiz onu da qeyd edib ki, suverenliyin möhkəmləndirilməsi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial rifah, azad edilmiş ərazilərin bərpası və beynəlxalq mövqelərin gücləndirilməsi yeni mərhələnin əsas istiqamətləri kimi önə çıxır:

"Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı mərhələnin siyasi gündəliyinin formalaşdırıldığı mühüm hadisələrdən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin qurultaydakı çıxışı isə YAP-ın qarşıdakı fəaliyyət istiqamətləri ilə yanaşı, Azərbaycanın yeni geosiyasi şəraitdə inkişaf, təhlükəsizlik və dövlətçilik prioritetlərini əks etdirən proqram xarakterli siyasi çıxış kimi təqdim olunub".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 102   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 304
.

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə

05.10.2026 443
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 285
.

Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib. -ın əldə etdiyi məlumata görə, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir. Onun fotosunu təqdim edirik:

05.10.2026 461
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 275
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 130
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 290
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 247
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

05.10.2026 334
.