Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib.
Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronqa yalnız tarix kitablarında əbədi yer qazandırmayıb. Astronavt şöhrətdən mümkün qədər uzaq həyat sürməyə çalışsa da, ona göstərilən maraq bəzən heç gözləmədiyi formalarda qarşısına çıxıb. Bunlardan biri də illərdir saçını kəsdirdiyi bərbərlə yaşadığı qeyri-adi anlaşılmazlıq olub.
Armstronq "Apollo 11" missiyası zamanı Ayın səthinə ayaq basanda 38 yaşında idi. Missiya yoldaşı Bazz Oldrin isə 39 yaşında idi. İki astronavt sonrakı illərdə fərqli karyera yolları seçib. Armstronq "NASA"dan ayrıldıqdan sonra diqqət mərkəzində olmağı üstün tutmayıb və Sinsinnati Universitetində aerokosmik mühəndislik professoru kimi çalışıb. Lakin onun sakit həyat tərzi dünyanın ən tanınmış şəxslərindən biri olduğu gerçəyini dəyişməyib.
Bərbər saçlarını kolleksiyaçıya satıb
Armstronq uzun illər ABŞ-ın Ohayo ştatının Livanon şəhərində Marks Sayzmor adlı bərbərə müraciət edib. 2004-cü ilin mayında isə saç kəsimlərindən sonra qalan saçların onun xəbəri olmadan toplandığını və özəl kolleksiyaçıya satıldığını öyrənib.
Saçları satın alan şəxs Con Reznikoff olub. Reznikoffun kolleksiyasında Merilin Monro, Albert Eynşteyn, Abraham Linkoln, I Karl və Elvis Presli kimi tarixi şəxsiyyətlərə aid saç nümunələri də olub. Dünyanın ən böyük tarixi saç kolleksiyalarından birinə sahib olan Reznikoff Armstronqun saçlarını da kolleksiyasına əlavə edib.
Sayzmor daha sonra bildirib ki, ona edilən ilk təklifləri rədd edib, lakin məbləğ 3 min dollara çatdıqda satışa razılaşıb. Armstronq isə hadisədən xəbər tutduqdan sonra illərdir müştərisi olduğu bərbərə bir daha getməyib.
3 min dollarlıq anlaşılmazlıq necə başa çatdı?
Armstronq məsələni vəkillərinə çatdırıb. Hüquq komandası tanınmış şəxslərin adını və şəxsiyyət hüquqlarını qoruyan Ohayo qanunlarının pozulduğunu iddia edib. Tələb isə saçların geri qaytarılmasından ibarət olmayıb. Sayzmorun satışdan əldə etdiyi 3 min dolların Armstronqun müəyyən edəcəyi xeyriyyə təşkilatına bağışlanması istənilib.
Bərbər bu şərti qəbul etdikdən sonra tərəflər arasındakı hüquqi mübahisə sona çatıb. Beləliklə, Armstronqun mümkün qədər sakit və gözdən uzaq şəkildə davam etdirməyə çalışdığı həyatında adi bir saç kəsimindən qalan saçlar belə əvvəlcə kolleksiya bazarının, daha sonra isə hüquqi prosesin mövzusuna çevrilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 117 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
05.10.2026 134 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
05.10.2026 222 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
05.10.2026 221 Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA
Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri
05.10.2026 182 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 38 Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 2 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 119 "Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
05.10.2026 215 Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir
Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın
05.10.2026 193