Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itiribİsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır.

İllik monitorinq hesabatına əsasən, 2026-cı ilin ilk səkkiz ayında İsveçrədəki buzlaqlar 5,5 faiz kiçilib. Bundan əvvəl yayda isti hava dalğaları və qarın az olduğu qış mövsümü yaşanıb. 2021-ci ildən bəri buz həcminin ümumi itkisi 19,4 faizə çatıb. Bu göstərici 2022-ci ildə qeydə alınmış rekord həddə demək olar ki, bərabərdir.

ETH Sürix Universitetinin qlasioloqu və hesabatın əsas müəllifi Mattias Quss bildirib ki, bir çox insan buzlaqların nə qədər sürətlə geri çəkildiyini dərk etmir. Onun sözlərinə görə, cəmi bir nəsil əvvəl hazırda çılpaq qayalı yamacların yerləşdiyi bəzi ərazilər yüzlərlə metr qalınlığında buzla örtülü olub.

Bu il alimlər tamamilə yoxa çıxan buzlaqların dəqiq sayını hələ rəsmi olaraq hesablamayıblar. Lakin onlar artıq bir sıra kiçik buzlaqların yoxa çıxmasının şahidi olublar.

"Ötən həftə onlardan birinə baş çəkdim. Bir neçə il əvvəl qalın buz təbəqəsinin olduğu, nəhəng buzlağın uzandığı Ay səthini xatırladan bu mənzərənin ortasında dayanmaq inanılmaz hissdir. İndi isə bura qayalı səhradır və burada yalnız bəzi yerlərdə köhnə buz parçaları qalıb. Onlar isti qayaların üzərində uzanaraq əriyirlər", deyə Quss bildirib.

İsveçrə Buzlaqlarının Monitorinq Şəbəkəsi ilə İsveçrə Kriosferanın Müşahidəsi Komissiyasının birgə hazırladığı hesabatda qeyd olunur ki, 2026-cı ildə ayrı-ayrı buzlaqların orta qalınlığı 2,5-4 metr azalıb.

Qussun sözlərinə görə, alimlər buzlaqların getdikcə daha çox içəridən dağıldığını müşahidə edirlər. Buna buzun altında yaranan daxili su axınları səbəb olur. Bu axınlar boşluqlar yaradır və buzun strukturunu sözün əsl mənasında dağıdır. Yəni buzlaqlar yalnız səthin isinməsi səbəbindən geri çəkilmir, həm də içəridən dağılmağa başlayır.

"Buzun ortasında pendirdəki dəliklərə bənzəyən nəhəng boşluqlar yaranır və onların üst hissəsi uçur. Bu proseslər buzlaqları parçalara ayırır və onların daha sürətlə geri çəkilməsinə səbəb olur", deyə alim izah edib.

Avropa atmosferin qalıq yanacaqlardan çirklənməsi və təbii ekosistemlərin məhv edilməsi səbəbindən qlobal orta göstəricidən iki dəfə sürətlə istiləşir. Alp bölgələri isə ən nəzərəçarpan dəyişikliklərin baş verdiyi ərazilərdən biridir.

İsveçrənin "MeteoSwiss" meteoroloji xidmətinin açıqladığı təhlil göstərib ki, aprel-sentyabr dövrü 1864-cü ildən bəri aparılan müşahidələrin bütün tarixində ən isti və ən quraq dövr olub. Bu müddət ərzində bəşəriyyət atmosferə 1,8 trilyon ton karbon qazı buraxıb və planetin orta temperaturunu təxminən 1,4°C artırıb.

Bu yay istilər 2022-ci ildəkindən də güclü olub. Lakin İsveçrədə buz itkisi həmin ilin rekord göstəricisinə bir qədər çatmayıb. KİV-in yazdığına görə, alimlər bunu, digər amillərlə yanaşı, Sahara tozunun daha az olması ilə izah edirlər. Toz qarın üzərinə çökərək onun günəş işığını əks etdirmək qabiliyyətini azaldır və bununla da əriməni sürətləndirir. Bununla yanaşı, qışın sonunda qar örtüyü bir qədər çox olub, yayda isə günəşli günlərin sayı artıb.

Sentyabr ayında Quss əvvəllər dağın yamacını örtən Plattalvafirn, yaxud Griss buzlağının ərazisinə baş çəkib. Son 20 ildə bu buzlaq öz sahəsinin 99 faizini itirib.

Məhz bu buzlaq 1950-ci illərdə dünyanın ən ətraflı müşahidə aparılan buzlaqlarından biri olub. Quss doktorluq dissertasiyasını hazırlayarkən də bu məlumatlardan istifadə edib.

"O zaman vəziyyət fərqli idi: geri çəkilmə sürəti hələ az-çox normal səviyyədə qalırdı. İndi gördüyümüz isə ərimə sürətinin həqiqi partlayışıdır və bu, buzlaqların dağılmasına gətirib çıxarır. Onlar sözün əsl mənasında parçalara ayrılırlar", deyə Quss bildirib.

Tədqiqatçıların sözlərinə görə, əsrin ortalarına qədər iqlim dəyişikliyinin səbəb olduğu dəniz səviyyəsinin yüksəlməsi nəticəsində dünyanın sahilyanı sularında yüzdən çox invaziv növ məskunlaşa bilər.

Çin tüklüayaqlı xərçəngi, Sakit okean istiridyəsi və Asiya pələng kreveti kimi növlər biomüxtəlifliyin azalmasına və ekosistemlərin dəyişməsinə səbəb ola bilər. Bu isə ciddi iqtisadi itkilərlə nəticələnə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 926   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.