Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyadan gəlirdi.
Müharibədən sonra bu məhsullar artıq Rusiya üzərindən deyil, Türkiyə və Asiya ölkələrindən gəlməyə başladı. Lakin onların keyfiyyəti əvvəlki ilə eyni deyil.
Azərbaycanda dərman vasitələri və təmizlik məhsullarının üzərində, yəni bu qlobal markaların üzərində eyni keyfiyyət tələbləri niyə qoyulmur? Bu məhsullar üzərində müəyyən yoxlamalar həyata keçirilirmi?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan əmtəə bazarında olan istənilən sənaye malı, o cümlədən ərzaq məhsulları müvafiq qurumlar tərəfindən yoxlanışdan keçirilir:
"Ərzaq malları Qida Təhlükəsizliyi Agentliyi (AQTA), bütün sənaye malları isə Dövlət Standartlaşdırma İnstitutu tərəfindən yoxlanılır. Laboratoriyaları var, test edirlər, etmirlər - bu başqa bir məsələdir. Lakin hamısının sənədləri araşdırılır və müəyyən icazə kağızları ilə təmin olunur. Dərmanlar isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nəzarətdən keçirilir. Birinci növbədə malların təhlükəsizliyi ön plana çəkilir; əsas odur ki, təhlükəsiz olsun.
Lakin bir çox sənaye mallarına - yüksək riskli mallara sertifikat verilir, az riskli mallara isə uyğunluğun qiymətləndirilməsi sənədi verilir. Yəni istehsalçının standartlarına uyğundur, yoxsa uyğun deyil - bu müəyyənləşdirilir".
Ekspert əlavə edib ki, müəyyən müqavilə şərtlərində ola bilər ki, eyni bir mal (məsələn, ərzaq malı) öz ölkəsində bir başqa dad versin, Azərbaycanda istehsal olunubsa, başqa bir dad versin:
"Bu məsələlər franchayzinq müqavilələri ilə tənzimlənir və müqavilədə nəzərdə tutulur.
Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində standartlar üzərində ciddi işlər gedir. Elə mən bu dəqiqədə 100-ə qədər standartı nəzərdən keçirirəm, Texniki Komitənin üzvü olduğum üçün sənaye malları üzrə standartlar üzərində müəyyən işlər aparılır. Azərbaycana idxal olunan malların standartlara uyğunluğu məsələsi hazırda gündəmdədir. Lakin bununla belə, təəssüf ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildən qalıb, köhnəlib və onun yenilənməyə ehtiyacı var. Bax belə paradoksal bir vəziyyətdir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 133 Tarix: 06 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb
05.10.2026 331 Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə
Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas
12:42 132 Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində
10:25 247 Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
05.10.2026 403 Duracaq və qarajlarla bağlı - Dəyişiklik
"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy
12:23 122 Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları
Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini
05.10.2026 284 Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
10:14 153 Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu
05.10.2026 237 "Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd
05.10.2026 256