Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsəəəri ürə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, əsas məqamlardan biri mənzil alarkən ilkin maliyyə yükünün alıcılar üçün mühüm rol oynamasıdır. Birotaqlı mənzillərin ümumi satış qiyməti daha böyük mənzillərlə müqayisədə nisbətən aşağı olduğundan, müəyyən alıcı qrupları üçün daha əlçatan seçim olaraq qalır. Bu isə həmin seqmentdə tələbin daha davamlı olmasına səbəb ola bilər:

"Digər mühüm amil təklifin məhdudluğu və yeni tikililərdə mənzil formatlarının dəyişməsidir. Yeni layihələrdə mənzillərin sahəsi, planlaşdırılması və otaq strukturu əvvəlki dövrlə müqayisədə fərqlənə bilər. Konkret ərazidə kiçik sahəli mənzillərin təklifi məhdud, onlara olan tələb isə yüksəkdirsə, bu, qiymətlərə əlavə təzyiq yarada bilər.
Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?Birotaqlı mənzillərə marağın digər səbəbi onların investisiya baxımından daha çevik aktiv kimi qəbul edilməsidir. Belə mənzillər müəyyən hallarda kirayə bazarında daha geniş potensial auditoriyaya malik olur və bu da investorların həmin seqmentə marağını artıra bilər.

Burada lokasiya faktoru da xüsusi əhəmiyyət daşıyır. Eyni sahəyə malik iki birotaqlı mənzilin qiyməti yalnız binanın xüsusiyyətlərindən deyil, yerləşdiyi ərazidən də ciddi şəkildə asılı ola bilər. Metroya, əsas nəqliyyat xətlərinə, iş və təhsil mərkəzlərinə, ticarət və sosial infrastruktura yaxınlıq mənzilin bazar cəlbediciliyini artıra bilər.

Bununla belə, "bütün birotaqlı mənzillər bahalaşır" fikri mənzil bazarındakı vəziyyəti tam əks etdirməyə bilər. Qiymət dinamikası mənzilin yerləşdiyi ərazi, binanın yaşı, tikinti keyfiyyəti, təmir vəziyyəti, mərtəbəsi, ümumi sahəsi, planlaşdırılması və digər xüsusiyyətlərdən asılıdır.

Bu səbəbdən birotaqlı mənzillərdə qiymət artımını daha çox həmin seqmentdə tələb və təklifin nisbəti, mənzillərin lokasiyası və alıcıların maliyyə imkanları ilə əlaqələndirmək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 91   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş

10:14 146
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 0
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 255
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 315
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 135
.

Trampdan İranla bağlı sərt açıqlama: "Böyük qələbə" gözləyirəm

ABŞ prezidenti Donald Tramp Nebraskada tərəfdarları qarşısında çıxışı zamanı İranla münaqişənin iki Amerika şəhərinin - Los-Anceles və San-Dieqonun - məhvinə səbəb ola biləcəyini bildirib. " xəbər verir ki, Tramp İslam Respublikası üzərində "böyük qələbə" gözlədiyini deyib. O, bu nətic

10:21 130
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

12:03 108
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 324
.

Anasının fotosunu paylaşıb bunları yazdı

Müğənni Rüfət Axundov Müəllimlər Günü münasibətilə anası Ruhəngiz xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona duyğusal sözlər ünvanlayıb. R.Axundov qeyd edib ki, anası həm ilk müəllimi, həm də həyatında ən böyük yol göstərəni olub:

05.10.2026 338
.