Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdəBakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyasi dilin çox vaxt iki söz ətrafında qurulduğunu görürük: "Bir millət, iki dövlət."

Bu ifadə iki ölkə arasındakı tarixi, mədəni və siyasi yaxınlığı ifadə edir.

Lakin dövlətlər arasındakı münasibətlər yalnız duyğularla idarə olunmur.

Dövlətlərin yaddaşı var.

Maraqları var.

Təhlükəsizlik hesablamaları var.

Və hər şeydən önəmlisi, öz qərarlarını özlərinin qəbul etmək iradəsi var.

Məhz İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış da məhz bu prizmadan oxunmalıdır.

Əliyev Azərbaycanın xarici siyasətdə heç bir ölkənin müdaxiləsinə icazə verməyəcəyini bildirərək, "heç kimin yardımına və ya himayəsinə ehtiyacları olmadığını" söylədi. Qarabağ müharibəsi dövrünə dair qiymətləndirmələrində isə Azərbaycanın ehtiyac duyduğu vaxt xaricdən gözlədiyi dəstəyi görmədiyini, hərbi ehtiyaclarını öz resursları hesabına qarşıladığını müdafiə etdi.

Türkiyədə bəzi çevrələr bu sözləri birbaşa Ankaraya yönəlmiş mesaj kimi qiymətləndirdi.

Lakin burada bir qədər dayanmaq lazımdır.

Çünki Əliyevin çıxışının tamamına baxdıqda hədəfin yalnız Türkiyə olduğunu söyləmək mümkün deyil.

Hətta çıxışın ümumi çərçivəsi daha geniş şəkildə suverenlik və xarici müdaxiləyə qarşı mövqe üzərində qurulub.

"Bir millət, iki dövlət" başqa, "vahid dövlət iradəsi" başqadır

Türkiyə ilə Azərbaycan arasındakı yaxınlıq mübahisəsizdir.

Lakin iki ölkənin bir-birinə yaxın olması onlardan birinin digərinin siyasi qərarlarını müəyyənləşdirməsi demək deyil.

Əksinə, sağlam ittifaqın təməlində suverenliklərin qarşılıqlı şəkildə qəbul edilməsi dayanır.

Türkiyə Azərbaycanın yanında dayana bilər.

Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlıq inkişaf etdirə bilər.

İki ölkə müdafiə, enerji, nəqliyyat və diplomatiya sahələrində birlikdə hərəkət edə bilər.

Amma bütün bunlar həyata keçirilərkən həm Bakının, həm də Ankaranın öz milli prioritetləri var.

Əliyevin "himayə" vurğusunun Türkiyədə reaksiya doğurmasının mühüm səbəblərindən biri də məhz burada yatır.

Türkiyə ictimaiyyətində Azərbaycanın Qarabağ məsələsindəki mübarizəsinə göstərilən siyasi, diplomatik və ictimai dəstəyin çox güclü yaddaşı var.

Bu səbəbdən "Bizə heç kim yardım etmədi" formasındakı ifadələr Türkiyədə bəzi dairələr tərəfindən təbii olaraq sorğulanır.

Lakin Azərbaycan rəhbərliyinin mövqeyini Türkiyənin bütün Qarabağ siyasətini nəzərə almayan açıqlama kimi qiymətləndirmək də eyni dərəcədə problemli olardı.

Çünki Əliyevin çıxışında xüsusilə keçmişdəki beynəlxalq sistem, Minsk Qrupu və Ermənistanın arxasında dayanan böyük güclər ön plana çıxarılır. Rəsmi çıxışın konteksti Azərbaycanın öz müharibə və dövlətçilik təcrübəsini izah etmək üzərində qurulub.

Burada edilməli olan bir neçə cümlədən Türkiyə-Azərbaycan münasibətlərinin qopma nöqtəsinə gəldiyi nəticəsini çıxarmaq deyil.

Əsas sualı verməkdir:

İki ölkə qarşıdakı dövrdə hansı sahələrdə eyni məqsədə doğru irəliləyərkən, hansı sahələrdə öz maraqlarını ön plana çıxaracaq?

Əsas gərginlik ehtimalı məhz buradadır.

Zəngəzur, enerji və Türk dünyası: Əsl böyük denklem

Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyini anlamaq üçün yalnız siyasi açıqlamalara deyil, xəritəyə də baxmaq lazımdır.

Xəritəyə baxdıqda qarşınıza Zəngəzur çıxır.

Orta Dəhliz çıxır.

Naxçıvan çıxır.

Qars-Dilucu dəmir yolu çıxır.

Xəzər keçidləri çıxır.

Türk Dövlətləri Təşkilatı çıxır.

Və bütün bunların arxasında Avropa ilə Asiya arasındakı nəqliyyat və enerji marşrutları dayanır.

Xarici işlər naziri Hakan Fidanın sentyabrın 15-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında verdiyi açıqlamalar Ankaranın bu xətti nə qədər strateji gördüyünü açıq şəkildə ortaya qoyur. Fidan Türkiyə-Azərbaycan bağlantısının Naxçıvan üzərindən gücləndirilməsini və Zəngəzur dəhlizi ilə Qars-Dilucu dəmir yolu bağlantısını Türk dünyasının əlçatanlığı baxımından əhəmiyyətli hesab etdiklərini bildirdi. Qars-Dilucu xəttinin 2029-cu ilin sonlarına doğru tamamlanmasının hədəfləndiyini də açıqladı.

Məhz qarşıdakı illərdə əsas böyük mübarizə bəlkə də burada yaşanacaq.

Çünki məsələ yalnız iki ölkə arasındakı siyasi dostluq deyil.

Məsələ Qafqaz üzərindən hansı nəqliyyat şəbəkəsinin güclənəcəyi, enerjinin hansı marşrutlarla daşınacağı və Türk dünyasının iqtisadi əlaqələrinin necə qurulacağıdır.

Bu baxımdan Türkiyənin Azərbaycana, Azərbaycanın da Türkiyəyə ehtiyacı var.

Amma ehtiyac asılılıq demək deyil.

İttifaq da himayə demək deyil.

Əksinə, iki ölkənin öz gücünü qoruyaraq ortaq maraqlar yarada bilməsi lazımdır.

İran amili masadan heç vaxt qalxmır

Digər bir məsələ isə İrandır.

Türkiyə ilə Azərbaycanın İran məsələsində tamamilə eyni təhlükəsizlik və xarici siyasət perspektivinə sahib olduğunu düşünmək asan deyil.

Bölgədə baş verən hər bir hadisə Ankara və Bakıya fərqli formalarda təsir edir.

Xüsusilə Naxçıvan, Zəngəzur və regional nəqliyyat xətləri məsələsində İranın mövqeyi birbaşa denklemə daxil olur.

Nitekim Hakan Fidan da sentyabr ayında Türkiyə və Azərbaycan baxımından İrandakı proseslərin yaxından izlənildiyini və regional sabitliyin hər iki ölkəni birbaşa maraqlandırdığını bildirdi.

Bu səbəbdən Bakının "heç kim işlərimizə qarışmasın" mesajını yalnız Ankara üzərindən oxumaq regiondakı bütöv geosiyasi mənzərəni natamam qoyar.

Eyni vəziyyət İsrail məsələsi üçün də keçərlidir.

Azərbaycanın İsraillə münasibətləri Türkiyədə, xüsusilə son dövrdə, daha çox müzakirə olunur. Ankara ilə Bakının regional məsələlərdə hər mövzuda eyni üsul və ritorikadan istifadə etməsini gözləmək isə dövlətlərarası münasibətlərin təbiətinə o qədər də uyğun deyil.

Burada əsas məsələ fərqliliklərin ittifaqı aradan qaldırıb-qaldırmaması deyil; bu fərqliliklərin necə idarə olunmasıdır.

Çünki əsl dostluq hər məsələdə eyni şeyi söyləmək deyil, fərqli düşündüyünüz mövzularda belə masanı çevirmədən danışa bilməkdir.

Əsas sınaq: Duyğudan strategiyaya keçə bilmək

Türkiyə-Azərbaycan münasibətlərində emosional bağ çox güclüdür.

Lakin qarşıdakı dövr emosional ritorikadan daha çox strateji hesablamaların ön plana çıxacağı bir dövr olacaq.

Türk Dövlətləri Təşkilatı böyüyür.

Orta Dəhliz əhəmiyyət qazanır.

Zəngəzur bağlantısı müzakirə olunur.

Enerji marşrutları yenidən formalaşır.

İran, Rusiya, Çin, Avropa və Mərkəzi Asiya xəttindəki proseslər Qafqazın əhəmiyyətini artırır.

Bu səbəbdən Ankara-Bakı münasibətlərini yalnız "qardaşlıq" üzərindən oxumaq artıq kifayət deyil.

Qardaşlıq vacibdir.

Amma dövlətlərarası münasibətləri ayaqda saxlayan başqa sütunlar da var:

Qarşılıqlı maraq, suverenliyə hörmət, təhlükəsizlik, iqtisadi asılılıqların balanslaşdırılması və strateji uzaqgörənlik.

Əliyevin sözləri birbaşa Türkiyəyə mesaj idimi?

Bunu qəti şəkildə söyləmək üçün kifayət qədər dəlil yoxdur.

Lakin bu sözlər Türkiyədə bir müzakirəyə səbəb oldu.

Bu müzakirə isə bizə daha mühüm bir həqiqəti xatırlatdı:

Türkiyə ilə Azərbaycanın gələcək münasibətlərini yalnız "Bir millət, iki dövlət" şüarı deyil, iki suveren dövlətin dəyişən regional maraqları müəyyənləşdirəcək.

Və bəlkə də əsas gərginlik bu gün müzakirə olunan cümlələrdə deyil;

Zəngəzurda, Xəzərdə, enerji xətlərində, Orta Dəhlizdə və Türk dünyasının gələcəyində ortaya çıxacaq.

Bakı ilə Ankaranın qarşısındakı əsas sınaq da məhz burada başlayacaq.

Hakan Dikmen


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1017   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.