Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı""Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməsi barədə razılığa gəliblər. Sazişin əsas müddəasına görə, tərəflərdən birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı da hücum hesab edilir".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, əslində, bu mexanizmin Yəmən istiqamətində sınaqdan keçirilməsi gözlənilən ssenarilərdən biri idi. Son dövrdə husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının artması Ər-Riyadın təhlükəsizlik narahatlıqlarını daha da gücləndirib. Sentyabrın sonlarında isə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın hərbi rəhbərləri müdafiə əməkdaşlığının dərinləşdirilməsi, kəşfiyyat mübadiləsi və hərbi koordinasiya məsələlərini müzakirə ediblər:

"Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurmanın yenidən kəskinləşməsi fonunda Səudiyyə Ərəbistanının təhlükəsizliyi məsələsi "Məkkə Sazişi"nin praktiki əhəmiyyətini artırır.

Husilərin Səudiyyə Ərəbistanının ərazisinə və strateji infrastruktura hücumları üçtərəfli müdafiə mexanizminin işə salınması üçün əsas yarada bilər. Çünki saziş NATO-nun 5-ci maddəsi ilə tam eyniləşdirilməsə də, onun əsas prinsipi kollektiv müdafiəyə - bir tərəfə qarşı silahlı hücumun bütün tərəflərə qarşı hücum hesab edilməsinə - əsaslanır.

Ankara və İslamabadın prosesə daha fəal şəkildə qoşulması Yəməndə qüvvələr nisbətinə təsir göstərə bilər.

Birincisi, Yəmən hökumət qüvvələrinin əsas problemlərindən biri onların müxtəlif silahlı və siyasi qruplardan ibarət olması və vahid komandanlığın zəifliyidir. Türkiyə və Pakistanın hərbi təcrübəsi bu qüvvələrin koordinasiyasının gücləndirilməsi baxımından əhəmiyyətli ola bilər. Lakin bunun nə dərəcədə nəticə verəcəyi artıq siyasi və hərbi qərarlardan asılı olacaq.

İkincisi, husilər əsasən dağlıq ərazilərdə möhkəmlənib və uzun müddətdir gerilla taktikasından istifadə edirlər. Türkiyə və Pakistanın dağlıq ərazilərdə antiterror və hərbi əməliyyatlar sahəsində təcrübəsi mövcuddur. Bu baxımdan Ankara və İslamabadın Yəmən hökumət qüvvələrinə təlim və koordinasiya dəstəyi verməsi mümkün ssenarilərdən biri kimi qiymətləndirilə bilər.

Üçüncüsü, Türkiyə və Pakistanın prosesdə rolunun artması İranın husilərlə bağlı təsir imkanları məsələsini də gündəmə gətirir. Husilərin İranla əlaqələri uzun müddətdir regional təhlükəsizlik müzakirələrinin əsas mövzularından biridir. Bununla belə, "Məkkə Sazişi"nin rəsmi sənədlərində konkret olaraq İrana qarşı yönəlmiş hərbi ittifaq kimi təqdim olunmadığını da nəzərə almaq lazımdır. Üç ölkə sazişi kollektiv müdafiə və regional sabitlik mexanizmi kimi təqdim edir.

Türkiyə və Pakistanın prosesə daha fəal qoşulması yalnız Səudiyyə Ərəbistanının müdafiəsi ilə məhdudlaşarsa, sazişin hərbi mexanizmi regional çəkindirmə vasitəsinə çevriləcək. Əgər bu əməkdaşlıq Yəməndə hökumət qüvvələrinin gücləndirilməsinə və ölkədə siyasi sabitliyin təmin olunmasına qədər davam edərsə, "Məkkə Sazişi"nin regional təhlükəsizlik arxitekturasındakı rolu daha da genişlənə bilər.

Burada Babül-Məndəb boğazının təhlükəsizliyi də xüsusi əhəmiyyət daşıyır. Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu strateji su yolu Yaxın Şərq və beynəlxalq ticarət baxımından mühüm əhəmiyyətə malikdir. Buna görə Yəməndə davamlı sabitliyin yaradılması regionun təhlükəsizliyi baxımından əsas məsələlərdən biridir.

Nəticə etibarilə, Yəməndəki vəziyyət "Məkkə Sazişi"nin praktiki imkanlarının ilk ciddi sınaqlarından birinə çevrilə bilər. Sazişin real təsiri isə tərəflərin kollektiv müdafiə mexanizmlərini nə dərəcədə koordinasiyalı şəkildə tətbiq edə bilməsindən asılı olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 98   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

11:36 167
.

42 kilometrlik marafonu robot it tamamladı

Cənubi Koreyada hazırlanmış dördayaqlı robot bir dəfə də batareyasını dəyişmədən tam marafon məsafəsini qət edib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, KAIST alimlərinin hazırladığı RAIBO2 robotu 42,195 kilometrlik Sangju marafonun

14:28 86
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 58
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 295
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 258
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 309
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 364
.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

13:39 132
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 146
.