Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriDiplomatik münasibətlər tarixində elə əlaqələr var ki, onların möhkəmliyi zamanın sınağından keçir və müxtəlif dövrlərdə özünü təsdiqləyir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər onilliklər bundan əvvəl təməli qoyulmuş səmimi dostluğun bu gün strateji dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün necə mühüm rol oynadığının parlaq nümunəsidir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri bu siyasi kursun varisliyini rəmzi şəkildə vurğulayır və ikitərəfli əlaqələrin salnaməsində yeni səhifə açır.

Ortaq tariximizin səhifələri

Bakı ilə Hanoy arasında müasir dialoq dərin tarixi köklərə söykənir. Hələ 1980-ci illərin əvvəllərində dövlətlərarası əlaqələrin intensiv inkişaf etdiyi dövrdə ən yüksək səviyyədə keçirilən görüşlər qarşılıqlı hörmət və dəstək ənənələrinin əsasını qoydu. Həmin dövrdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft-qaz sənayesinin qurulmasında və inkişafında göstərdikləri fədakarlıq, həmçinin minlərlə vyetnamlı tələbənin Bakının ali məktəblərində biliklərə yiyələnməsi iki xalq arasında sarsılmaz mənəvi körpülər yaratdı. Bu tarixi təcrübə və səmimi insani münasibətlər sonrakı onilliklərdə də dövlətlərarası etimadın ən etibarlı dayaq nöqtəsi olaraq qaldı. Məhz bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bu gün yeni geosiyasi reallıqlar şəraitində daha da dərinləşərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri1981-ci ilin martında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Le Zuanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri iki xalqın dostluq salnaməsində unudulmaz səhifəyə çevrildi. Dövlət bayraqları və üzərində salamlama şüarları yazılmış qırmızı plakatlarla bəzədilmiş paytaxtın hava limanında ali qonağı təyyarənin trapı önündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev şəxsən qarşılamışdı. Həmin günlərdə Bakıda hökm sürən bayram əhvali-ruhiyyəsi sadəcə protokol qaydalarının deyil, uzaq məsafələrə baxmayaraq bir-birinə mənəvi tellərlə bağlı olan iki xalqın səmimi qardaşlığının təzahürü idi. Bakının ali məktəblərində təhsil alan vyetnamlı tələbələr nümayəndə heyətini sürəkli alqışlarla qarşılayır, milli geyimli azərbaycanlı qızlar isə qonaqlara gül dəstələri və qonaqpərvərliyimizin rəmzi olan ənənəvi şərbət təqdim edirdilər.

Azərbaycan Tarixi Muzeyində ölkəmizin zəngin mədəni irsi ilə yaxından tanış olan Le Zuan xalqımızın qədim dövlətçilik və mədəniyyət ənənələrinə heyranlığını gizlətməyərək belə demişdi: "Bu gözəl diyarın sivilizasiya tarixi və zəngin mədəniyyəti ilə tanışlıqdan məmnun oldum".

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriSəfər proqramı çərçivəsində qonaqlar Heydər Əliyevlə birlikdə Xalqlar Dostluğu Sarayına və 18-ci ordunun Döyüş Şöhrəti Muzeyinə də baş çəkdilər. Bu ziyarət ortaq tarixi yaddaşa və qəhrəmanlıq keçmişinə ehtiramın bariz nümunəsi idi. Müharibə veteranları nümayəndə heyətini böyük səmimiyyətlə qarşılayaraq vurğuladılar ki, ağrılı-acılı müharibə xatirələri azadlıq və müstəqilliyin əsl dəyərini bilən xalqları bir-birinə daha da yaxınlaşdırır.

Rəsmi görüşlərlə yanaşı, səmimi insani təmaslar da bu tarixi səfərin ruhunu əks etdirirdi. Le Zuanın Bakıda təhsil alan vyetnamlı tələbələrlə, həmçinin Sovet-Vyetnam Dostluq Cəmiyyətinin respublika şöbəsində yaradıcı ziyalılarla görüşləri səfərə xüsusi hərarət qatdı. Poeziya və sənət adamlarının toplaşdığı həmin unudulmaz gecədə qonaqları salamlayan Azərbaycanın Xalq şairi, Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin sədri Nəbi Xəzri çıxışı ilə yüksək emosional ab-hava yaratdı. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Vyetnam-Sovet Dostluq Cəmiyyətinin Mərkəzi İdarə Heyətinin sədri Suan Txyuy isə Bakının gözəlliyindən və insanların səmimiyyətindən ilhamlanaraq elə səfər günlərində qələmə aldığı "Sevimli Bakı" şeirini oxudu. Bu səmimi misralar iki xalq arasında mədəni və mənəvi körpünün nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri1983-cü ilin payızında isə qarşılıqlı səfərlər ənənəsi çərçivəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Vyetnama rəsmi səfər etdi. Şimaldan cənuba - paytaxt Hanoydan Hoşimin şəhərinədək ölkənin əsas sənaye və mədəniyyət mərkəzlərini əhatə edən bu genişmiqyaslı səfər proqramı ikitərəfli münasibətlərin nə qədər çoxşaxəli və dinamik inkişaf etdiyini əyani şəkildə təsdiqləyirdi.

Dostluq və əməkdaşlıq haqqında Müqavilənin beşinci ildönümünə həsr olunmuş Hanoy və Hoşimin şəhərlərində keçirilən çoxminlik dostluq mitinqlərində xalqlar arasındakı qardaşlıq bağlarının sarsılmazlığı xüsusi vurğulanırdı. Bu möhtəşəm toplantılar sadəcə rəsmi tədbirlər deyil, həm də çətin sınaqlardan keçmiş həmrəyliyin real təntənəsi idi. Heydər Əliyev həmin çıxışında qeyd etmişdir ki, bu dostluğun binası ümumi köklü məqsəd və maraqlara əsaslanan möhkəm, zamanın sınağından çıxmış təməl üzərində ucaldılıb və siyasi, təsərrüfat, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa güclü təkan verib. Öz növbəsində, Vyetnam rəhbərliyinin nümayəndəsi To Hıu bütün Vyetnam xalqının səmimi salamlarını və göstərilən qardaşlıq dəstəyinə görə dərin minnətdarlıq hisslərini çatdırmışdır.

Səfər proqramında ölkənin energetika sisteminin dayağı sayılan Falay İstilik Elektrik Stansiyasını ziyarət xüsusi yer tuturdu. İqtisadi və elmi-texniki əməkdaşlığın ən mühüm strateji tikinti layihələrindən biri olan bu nəhəng müəssisədə müxtəlif millətlərdən olan fəhlə və mühəndislər böyük ruh yüksəkliyi ilə çiyin-çiyinə çalışırdılar. Vyetnamın ən böyük İstilik Elektrik Stansiyasının ilk enerji blokunun istismara verilməsi ölkəyə ən dəyərli töhfə olmaqla yanaşı, quruculuğa əsaslanan tərəfdaşlığın əbədi rəmzinə çevrildi. Bu unudulmaz görüşün xatirəsinə nümayəndə heyətinin üzvləri stansiyanın ərazisində gələcək nəsillərə əmanət olaraq rəmzi dostluq palması əkdilər.

Ənənələrin davamı: Prezident İlham Əliyevin səfərləri

Onilliklər sonra dinamik inkişaf edən müstəqil Azərbaycanın və Vyetnamın yeni geosiyasi və iqtisadi reallıqları fonunda bu tarixi estafet uğurla davam etdirildi. Zaman dəyişsə də, iki xalq arasındakı qarşılıqlı rəğbət və etimad mühiti nəinki sarsılmadı, əksinə, suveren dövlətlərin bərabərhüquqlu tərəfdaşlığı müstəvisində daha da möhkəmləndi. Prezident İlham Əliyevin ilk dəfə 2014-cü ilin may ayında baş tutan və müasir mərhələdə ikitərəfli dialoq üçün yüksək standartlar müəyyən edən Vyetnama dövlət səfəri Ümummilli Lider Heydər Əliyevin hələ 1983-cü ildə bəhs etdiyi həmin o "möhkəm təməl"in məntiqi inkişafı və müasir dövrün çağırışlarına uyğun addım idi. Bu səfər həm də keçmişin zəngin ənənələri ilə gələcəyə yönəlmiş praqmatik əməkdaşlıq strategiyası arasında etibarlı körpü rolunu oynadı.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriDövlətimizin başçısının Vyetnama hazırkı səfəri bu ardıcıl siyasi kursun möhkəmləndirilməsində yeni əlamətdar mərhələdir. Səfər Bakı ilə Hanoy arasında tərəfdaşlığın dərin strateji xarakter daşıdığını, tərəflərin qlobal və regional çağırışlar fonunda əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək əzmində olduqlarını bir daha təsdiqləyir. Onilliklərin sınağından çıxmış dostluq ənənələrinə sadiq qalan Azərbaycan və Vyetnam bu gün təkcə keçmişin ortaq dəyərlərini yaşatmır, həm də gələcəyə hesablanmış yeni əməkdaşlıq üfüqləri açaraq dövlətlərarası münasibətlərin nümunəvi modelini formalaşdırırlar.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriƏgər 1980-ci illərdə əməkdaşlığın rəmzləri vyetnamlı mütəxəssislərin, xüsusilə də neft-qaz sənayesi üçün Bakıda hazırlanması və Azərbaycan mühəndislərinin Vyetnamın energetika sektorunun formalaşmasında iştirakı idisə, bu gün əməkdaşlıq gündəliyi XXI əsrin praqmatik məzmunu ilə zənginləşib. İndi bu münasibətlər çoxşaxəli iqtisadi tərəfdaşlıq müstəvisində özünün yeni inkişaf mərhələsini yaşayır. Tarixi ənənələr üzərində qurulan bu müasir yanaşma hər iki ölkənin milli maraqlarına və dayanıqlı tərəqqisinə xidmət edir.

İki ölkənin neftçilərinin və energetiklərinin nəsillər boyu topladıqları təcrübə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın Milli Neft-Qaz Şirkəti ("PetroVietnam") arasında həyata keçirilən birgə layihələrə transformasiya olunub. Qurulan işgüzar dialoq enerji sektorunu ikitərəfli münasibətlərin əsas lokomotivinə çevirib. Bununla yanaşı, qlobal enerji keçidi şəraitində yaşıl enerji və bərpaolunan mənbələr sahəsində də əməkdaşlıq üçün geniş perspektivlər açılır.

Qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda hər iki ölkə Azərbaycanın nəqliyyat qovşaqları vasitəsilə Cənub-Şərqi Asiyanı Avrasiya məkanı ilə birləşdirən tranzit dəhlizlərinin inkişafında qarşılıqlı maraq nümayiş etdirir. Azərbaycanın yaratdığı logistik inteqrasiya ticarət dövriyyəsinin artmasına və regional iqtisadi əlaqələrin şaxələnməsinə mühüm töhfə verir.

Əksəriyyəti 1980-ci illərdə Bakıda Vyetnam nümayəndə heyətlərini qarşılayanlar olmaqla, Azərbaycan ali məktəblərinin məzunları bu gün Vyetnamda yüksək vəzifələr tuturlar və iki dövlət arasında canlı dostluq körpüsü rolunu oynayırlar. Azərbaycan dilini, mədəniyyətini və xalqımızın qonaqpərvərliyini yaxından tanıyan bu insanlar gənclik illərinin xatirələrini bu gün dövlətlərarası münasibətlərin inkişafına yönəldirlər. Onların ölkəmizə olan səmimi sevgisi və fəal ictimai mövqeyi Bakı ilə Hanoy arasındakı humanitar bağların nəsildən-nəslə ötürülməsini təmin edən ən dəyərli mənəvi kapitaldır.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriNəsillərin varisliyi

1983-cü ilin arxiv xronikasının kadrlarını Prezident İlham Əliyevin müasir diplomatik gündəliyi ilə müqayisə etdikdə Azərbaycan-Vyetnam münasibətlərinin ardıcıl və məntiqi inkişaf xətti bütün aydınlığı ilə görünür. Tarixi fotolardakı səmimi münasibətlər, mehriban təbəssümlər və quruculuq həvəsi bu gün rəsmi sənədlərdə, strateji layihələrdə və yüksəksəviyyəli siyasi dialoqda özünün yeni, daha məzmunlu təcəssümünü tapır. Onilliklər əvvəl əkilən dostluq ağacı artıq dərin kök ataraq böyük bəhrələr verir. Bu gün Bakı və Hanoy ikitərəfli dialoqlarını qarşılıqlı hörmət, bərabərhüquqluluq və nəticəyönümlülük prinsipləri əsasında qurur, bununla da zamanın sınağından çıxmış tərəfdaşlığın sürətlə dəyişən dünyada ən etibarlı sərvət və gələcəyə uzanan sarsılmaz körpü olaraq qaldığını bir daha sübut edir.

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriAzərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriAzərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriAzərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriAzərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriAzərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriAzərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləriAzərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 69   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub. "Qafqazinfo" "Müsavat"a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib. Qeyd edək ki, AIDA Azərbayca

19.11.2026 377
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

12:45 101
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19.11.2026 358
.

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

19.11.2026 352
.

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl

19.11.2026 358
.

Körpənizin hərəkətlərini nə vaxt hiss edəcəksiniz? - Hamilələrin DİQQƏTİNƏ!

Hamiləliyin 16-24-cü həftələri arasında körpənizin hərəkətlərini hiss etməyə başlamalısınız. Əgər bu, ilk hamiləliyinizdirsə, körpənin hərəkətlərini 20-ci həftədən sonra hiss edə bilərsiniz. xəbər verir ki, əgər hamiləliyin 24-cü həftəsinə qədər körpənizin hərəkətlərini hiss etməmisinizsə, bu barəd

19.11.2026 361
.

Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri

Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə

19.11.2026 373
.

Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyur

Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasını

11:53 140
.

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. BİG.AZ-ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara

10:24 179
.