Zamanın sınaqlarından çıxmış Azərbaycan-Vyetnam əlaqələri

Zamanın sınaqlarından çıxmış Azərbaycan-Vyetnam əlaqələriAzərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə çıxışları, eləcə də dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki dövlətimizin başçısı görüşlərdəki çıxışlarında və müsahibələrində dünyada baş verən hadisələrə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, ikili standartlar siyasətinə münasibətini açıq şəkildə ifadə edir. Eyni zamanda, Azərbaycan həqiqətləri, ölkəmizin sürətli inkişaf yolu, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verir. Müsahibələrində təmsil olunduğu ölkə ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, bu günədək davam edən əməkdaşlıqdan və onun perspektivlərindən də geniş bəhs edir. Dövlətimizin başçısının bu günlərdə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də bu məsələlərə xüsusi diqqət yetirilib.

Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələri uzunmüddətli tarixi köklərə söykənib. Son dövrlərdə isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı münasibətlərin tarixi təməli onilliklər əvvələ, o cümlədən sovet dövrünə gedib çıxır. Həmin vaxtdan etibarən əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb.

Dövlətimizin başçısı da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu tarixi məqamlara ətraflı toxunaraq 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinin iki xalq arasında dostluq münasibətlərinin əsasının qoyulmasında mühüm rol oynadığını diqqətə çatdırıb. 1983-cü ildə isə münasibətlərin inkişafında yeni mərhələ başlanıb. Həmin vaxt Sovet İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyəti Vyetnama səfər edib. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə səfərin müddəti səkkiz günədək uzadılıb və ölkənin əsas regionlarını əhatə edib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verib və çoxillik əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.

Ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfərinin dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və praktiki məzmunla zənginləşdirilməsi istiqamətində qarşılıqlı marağı bir daha nümayiş etdirib. Səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm sənəd olub.

Bundan başqa, dövlət başçılarının siyasi təmasları ilə yanaşı, hökumətlərarası komissiyalar, müvafiq qurumlar və parlamentlərarası dostluq qrupları vasitəsilə də səmərəli dialoq aparılır. Eyni zamanda, iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq əlaqələri inkişaf edir.

Ölkələrimiz arasında ikitərəfli dialoqla yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini göstərir.

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla belə, bu göstərici hələlik mövcud imkanları tam əks etdirmir. Hər iki tərəf qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün böyük potensiala malikdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayıb. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar əlaqələrin dərinləşməsinə fəal töhfə verir. Fondun fəaliyyəti Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, infrastruktur layihələrindən müxtəlif təhsil proqramlarının dəstəklənməsinədək geniş sahələri əhatə edir.

Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Həmçinin Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.

Prezident İlham Əliyevin dost Vyetnama qarşıdakı səfəri Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından növbəti mühüm addım olacaq.

Ramil Qədimquliyev
Hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 114   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub. "Qafqazinfo" "Müsavat"a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib. Qeyd edək ki, AIDA Azərbayca

19.11.2026 377
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

12:45 101
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19.11.2026 358
.

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

19.11.2026 352
.

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl

19.11.2026 358
.

Körpənizin hərəkətlərini nə vaxt hiss edəcəksiniz? - Hamilələrin DİQQƏTİNƏ!

Hamiləliyin 16-24-cü həftələri arasında körpənizin hərəkətlərini hiss etməyə başlamalısınız. Əgər bu, ilk hamiləliyinizdirsə, körpənin hərəkətlərini 20-ci həftədən sonra hiss edə bilərsiniz. xəbər verir ki, əgər hamiləliyin 24-cü həftəsinə qədər körpənizin hərəkətlərini hiss etməmisinizsə, bu barəd

19.11.2026 361
.

Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri

Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə

19.11.2026 373
.

Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyur

Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasını

11:53 140
.

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. BİG.AZ-ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara

10:24 179
.