Azərbaycan-Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır

Azərbaycan-Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradırAzərbaycanın xarici siyasətində Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu çərçivədə Vyetnamla formalaşmış tarixi dostluğun müasir dövrün tələblərinə uyğun olaraq siyasi, iqtisadi və humanitar əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi iki ölkə arasında münasibətlərin tarixi əsaslarını, mövcud əməkdaşlıq imkanlarını və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı.

Ölkə başçısı müsahibəsində əməkdaşlıq əlaqələrimizə toxunaraq Azərbaycan Vyetnam münasibətlərinin tarixi köklərinin xalqlarımız arasında formalaşmış dostluğa əsaslandığını qeyd etdi. 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə əsası qoyulan bu dostluq 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə daha da möhkəmlənib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına əhəmiyyətli töhfə verib. Bununla yanaşı Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri və 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi isə əməkdaşlığın siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Bundan başqa Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələr, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Vyetnamın ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək isə xalqlarımız arasında tarixi dostluğun, qarşılıqlı etimadın və hörmətin bariz ifadəsidir.

Ölkələrimiz arasında iqtisadi və humanitar əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini diqqətə çatdıran Prezident İlham Əliyev müsahibəsində bu sahələrdə əməkdaşlığın əsas istiqamətlərinə və əldə olunan nəticələrə geniş toxundu. 150 milyon dolları ötən ticarət dövriyyəsi, enerji, sənaye, nəqliyyat və logistika sahələrində birgə layihələr iqtisadi tərəfdaşlığın geniş imkanlarını nümayiş etdirir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri, eləcə də mədəni mübadilə xalqlarımız arasında tarixi dostluğun daha da möhkəmlənməsinə xidmət edir. Bütün bunlar Azərbaycan Vyetnam münasibətlərinin çoxşaxəli əməkdaşlıq əsasında inkişaf etdiyini göstərir.

Sonda deputat bildirib ki, Prezident İlham Əliyevin Vyetnama qarşıdakı səfəri Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində növbəti mühüm addım olacaq. Çünki bu gün Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və energetika mərkəzidir. İki ölkənin mövcud potensialını birləşdirməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi, biznes və investisiya imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bu əməkdaşlıq hər iki ölkə üçün yeni imkanlar vəd edir.

Tufan Məmmədov
İqtisadçı ekspert


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 62   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri

19.11.2026 474
.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:10 95
.

Moskvada hava limanı bağlandı, Eminin təyyarəsi uça bilmədi

Xalq artisti Emin Ağalarov konsert turu zamanı hava yollarında qarşılaşdığı çətinlikləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, müğənni Aktauya uçduqdan sonra Yesentukidəki konsertə çatmaq üçün 11 saat qatarla yol getdiyini bildirib:. "Gözəl turumuz və macəramız davam edir. Son üç günd

19.11.2026 476
.

"Kontakt"da pişik işçini dişlədi, baş direktor cərimələndi

"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. -a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub. Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatd

19.11.2026 533
.

Qvardiola bu ölkə millisinin baş məşqçisi olmaqdan imtiha etdi

"Mançester Siti"nin keçmiş baş məşqçisi Xosep Qvardiola Səudiyyə Ərəbistanı milli komandasını çalışdırmaq təklifini rədd edib. xəbər verir ki, bu ilin aprel ayından bəri Səudiyyə Ərəbistanı milli komandasını yunan məşqçi Yorgos Donis çalışdırır. Dünya çempionatında Səudiyyə Ərəbistanı komandas

19.11.2026 304
.

GTA VI-nı dünyada ilk onlar oynadılar

Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, "Rockstar Games" oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olara

19.11.2026 400
.

İranın radioloji hücum planı: Tramp hədəfdə ola bilər - AÇIQLAMA

"İsrail kəşfiyyatının ABŞ-yə İranın mümkün radioloji hücum planları ilə bağlı xəbərdarlıq etməsi beynəlxalq təhlükəsizlik gündəliyində kifayət qədər ciddi məsələdir. Xüsusilə, bu xəbərdarlıqda ABŞ Prezidenti Donald Trampın da mümkün hədəflər sırasında ola biləcəyi ehtimalının səsləndirilməsi vəziyyəti

19.11.2026 338
.

Sabah leysan olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal

19.11.2026 538
.

Xırdalanda Yaşıllıqlar biznes maraqlarına qurban verilir - Rövşən adlı şəxsin fəaliyyəti araşdırılmalıdır!

Xırdalan şəhərində 11 saylı tam orta məktəbin arxasında aparılan qazıntı və tikinti işləri ciddi narahatlıq doğurur. xəbər verir ki, redaksiyaya daxil olan məlumatlara görə, tikinti işlərini Rövşən adlı Gədəbəy rayon sakininin apardığı iddia olunur. Ərazidə çəkiliş aparan jurnalistlərimiz yaşıllıqlar

19.11.2026 343
.