Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradırPrezident İlham Əliyev noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında münasibətlərin tarixi əsaslarını, ötən illər ərzində əldə olunan nailiyyətləri və strateji tərəfdaşlığın inkişaf perspektivlərini ətraflı dəyərləndirib. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin bu gün konkret siyasi və iqtisadi məzmunla zənginləşdiyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycanın müxtəlif regionlarda dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənir. Bu baxımdan, Cənub-Şərqi Asiyanın mühüm ölkələrindən biri olan Vyetnamla münasibətlərin inkişafı Azərbaycan üçün də önəmlidir.
Azərbaycan-Vyetnam münasibətlərinin möhkəm tarixi əsaslara malikdir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, iki ölkə arasında dostluq əlaqələrinin başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə bağlıdır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfəri isə əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Səfər zamanı əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına, xüsusilə sənaye və digər sahələrdə əlaqələrin genişləndirilməsinə töhfə verib. Müstəqillik illərində də bu ənənələr davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana dövlət səfərləri ikitərəfli siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsinə imkan yaradıb.
İki ölkə arasında münasibətlərin inkişafında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində "Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın qəbul edilməsi Azərbaycan-Vyetnam əməkdaşlığının uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirdi. Tərəflər, həmçinin BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verirlər.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir. Azərbaycan ilə Vyetnam arasında enerji, sənaye, kənd təsərrüfatı, infrastruktur və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanları var. İqtisadi əlaqələrin şaxələndirilməsi, biznes subyektləri arasında birbaşa təmasların artırılması və birgə layihələrin həyata keçirilməsi ticarət dövriyyəsinin yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına və qarşılıqlı investisiyaların artmasına xidmət edə bilər.
Enerji sektorunun Azərbaycan-Vyetnam iqtisadi münasibətlərində mühüm yer tutur. Ötən əsrdən formalaşan əməkdaşlıq ənənələri bu gün də davam etdirilir. Xüsusilə SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti - "PetroVietnam" arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Tərəflər arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur. Təbii ki, ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən beynəlxalq nəqliyyat marşrutlarında artan rolu Vyetnamla iqtisadi əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub. "Qafqazinfo" "Müsavat"a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib. Qeyd edək ki, AIDA Azərbayca

19.11.2026 377
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

12:45 101
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19.11.2026 358
.

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

19.11.2026 352
.

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl

19.11.2026 358
.

Körpənizin hərəkətlərini nə vaxt hiss edəcəksiniz? - Hamilələrin DİQQƏTİNƏ!

Hamiləliyin 16-24-cü həftələri arasında körpənizin hərəkətlərini hiss etməyə başlamalısınız. Əgər bu, ilk hamiləliyinizdirsə, körpənin hərəkətlərini 20-ci həftədən sonra hiss edə bilərsiniz. xəbər verir ki, əgər hamiləliyin 24-cü həftəsinə qədər körpənizin hərəkətlərini hiss etməmisinizsə, bu barəd

19.11.2026 361
.

Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri

Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə

19.11.2026 373
.

Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyur

Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasını

11:53 140
.

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. BİG.AZ-ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara

10:24 179
.