Avtomobil qəzalarının əsas səbəbləri AÇIQLANDI
Son zamanlar avtomobil qəzaları ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Yol-nəqliyyat hadisələri insanların həyatına və sağlamlığına ciddi təhlükə yaradır. Bəs qəzaların baş verməsinə hansı amillər səbəb olur və onların qarşısını almaq üçün nələrə diqqət edilməlidir?
Nəqliyyat üzrə ekspert Razil Nağıyev BiG.AZ-a bildirib ki, yol qəzalarının əsas səbəbləri sürücülərin diqqətsizliyi və yol hərəkəti qaydalarını pozmasıdır: "Sürət həddinin aşılması, sükan arxasında telefondan istifadə, yorğun və ya sərxoş vəziyyətdə avtomobil idarə edilməsi qəza riskini artıran əsas amillərdəndir.
Bununla yanaşı, piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi, işıqforun siqnallarına əməl etməməsi, yolların zəif işıqlandırılması və avtomobillərin texniki nasazlığı da yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".
Razil Nağıyevin sözlərinə görə, qəzaların böyük hissəsinin yaşayış məntəqələrində baş verməsi piyada təhlükəsizliyinə və sürətə nəzarətin vacibliyini göstərir: "Hadisələrin 41,1 faizi nəqliyyat vasitəsi ilə piyadanın iştirakı ilə qeydə alınıb".
Ekspert bildirib ki, qəzaların sayını azaltmaq üçün sürücülər yol hərəkəti qaydalarına əməl etməli, sürəti yol şəraitinə uyğun seçməli və avtomobil idarə edərkən telefondan istifadə etməməlidirlər: "Sərxoş və ya yuxulu vəziyyətdə sükan arxasına keçmək yolverilməzdir. Təhlükəsizlik kəmərindən istifadə edilməli, avtomobilin əyləc sistemi, təkərləri və işıqları mütəmadi yoxlanılmalıdır.
Piyadalar isə yolu yalnız piyada keçidlərindən keçməli, işıqforun siqnallarına əməl etməli və yola çıxmazdan əvvəl hər iki istiqaməti yoxlamalıdırlar. Telefonla danışaraq və ətrafa diqqət yetirmədən yolu keçmək təhlükəlidir".
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması həm sürücülərin, həm də piyadaların məsuliyyətindən asılıdır. Bununla yanaşı, yolların təhlükəsizliyinin artırılması və yol hərəkəti qaydalarına nəzarətin gücləndirilməsi də qəza riskinin azaldılmasında mühüm əhəmiyyət daşıyır.
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 254 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq olunub. xəbər verir ki, bu barədə Baş nazi
18.11.2026 449 Sabah leysan olacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal
15:37 239 "Valideynlərin təzyiqi ilə ailə qururlar"
Erkən nikahlara qanunla qadağa qoyulmasına baxmayaraq, qeyri-rəsmi formada belə hallara hələ də rast gəlinir. Erkən yaşda ailə qurmaq isə yeniyetmələrin təhsildən uzaqlaşmasına, psixoloji problemlərlə üzləşməsinə və ailədaxili münaqişələrin yaranmasına səbəb ola bilər. Psixoloq Vüsalə Əmiraslanovanı
15:28 209 Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbayca
14:59 189 Putinlə Trampın görüşü başa çatdı - Video - Yenilənib
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur. Bu görüş Putin və Tramp arasınd
10:10 225 COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir
COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq
18.11.2026 413 COP31-in ən diqqətçəkən iştirakçısı - Rəqəmsal köməkçi fəaliyyətə başladı
Antalyada keçirilən COP31-də iştirakçıların minlərlə sənəd və məlumatı daha asan əldə edə bilməsi üçün süni intellekt dəstəkli "AskUNFCC" adlı rəqəmsal köməkçinin təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliy
14:13 184 Narkotik əməliyyatlarında həbs edilənlər var - Biri qadındır
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salya
18.11.2026 542 Prezidentlə xanımı Vyetnama getdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib. "Qafqazinfo" xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetna
17:25 113