Putinin nüvə çamadanı: gücü xatırladan simvolik mesaj
Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü beynəlxalq siyasətdə diqqətçəkən hadisə oldu.
Politoloq Aytən Qurbanova BiG.AZ-a bildirib ki, üç böyük nüvə dövlətinin liderlərinin eyni masa arxasında görüşməsi qlobal güc balansı, beynəlxalq təhlükəsizlik və yeni dünya nizamı uğrunda rəqabətin aktuallığını bir daha göstərən mühüm məqamdır: "Həmçinin sammit ərəfəsində Putinin nüvə komandanlıq sistemi ilə əlaqəli "Çeqet" çamadanı ilə müşayiət olunması xüsusi diqqət cəlb etmiş oldu. Bu çamadanın görüntülənməsi Moskvanın nüvə potensialını və böyük güc statusunu xatırladan simvolik mesaj kimi qiymətləndirilə bilər. Xüsusilə ABŞ ilə sonuncu nüvə silahlarına nəzarət sazişi olan Yeni START-ın 2026-cı ilin fevralında başa çatması fonunda bu məqam əlavə siyasi məna daşıyır".
Aytən Qurbanova qeyd edib ki, üçtərəfli görüşün əsas xüsusiyyəti tərəflərin ortaq maraqlarından daha çox fərqli geosiyasi məqsədlərinin uzlaşdırılması cəhdidir: "Vaşinqton qlobal liderliyini qorumağa və Çinin artan strateji imkanlarını nəzərə alan yeni təhlükəsizlik mexanizmləri formalaşdırmağa çalışır. Pekin beynəlxalq qərarların qəbulunda rolunu genişləndirməyə, Moskva isə Qərblə qarşıdurma şəraitində siyasi mövqelərini və nüvə dövləti statusunu qorumağı hədəfləyir. Ona görə də, görüşü vahid siyasi ittifaqın formalaşması deyil, rəqabət aparan güclər arasında dialoq cəhdi kimi qiymətləndirmək daha doğru olar".
Sammitdə nüvə təhlükəsizliyi, BMT-nin islahatı, enerji təchizatının sabitliyi və regional münaqişələr kimi məsələlərin müzakirəsi göstərir ki, qlobal problemlər artıq ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq güc balansının birbaşa predmetinə çevrilib. Ukrayna məsələsində isə münaqişənin birbaşa tərəfinin üçtərəfli formatda iştirak etməməsi diqqət çəkir. Davamlı sülh yalnız Ukraynanın suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla mümkün ola bilər.
A.Qurbanova bildirib ki, Şençjen sammiti yeni dünya nizamının formalaşmasından daha çox onun gələcək konturları uğrunda böyük güclərin rəqabətini nümayiş etdirir: "Putinin nüvə çamadanı ilə bağlı görüntülər bu rəqabətin hərbi-strateji ölçüsünü ön plana çıxarır. Lakin beynəlxalq təhlükəsizliyin gələcəyini güc nümayişləri deyil, dövlətlərin konkret razılaşmaları və bu razılaşmalara əməl etmək iradəsi müəyyən edəcək".
Aynurə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 204 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq olunub. xəbər verir ki, bu barədə Baş nazi
18.11.2026 449 Sabah leysan olacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal
15:37 239 "Valideynlərin təzyiqi ilə ailə qururlar"
Erkən nikahlara qanunla qadağa qoyulmasına baxmayaraq, qeyri-rəsmi formada belə hallara hələ də rast gəlinir. Erkən yaşda ailə qurmaq isə yeniyetmələrin təhsildən uzaqlaşmasına, psixoloji problemlərlə üzləşməsinə və ailədaxili münaqişələrin yaranmasına səbəb ola bilər. Psixoloq Vüsalə Əmiraslanovanı
15:28 209 Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbayca
14:59 189 Putinlə Trampın görüşü başa çatdı - Video - Yenilənib
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur. Bu görüş Putin və Tramp arasınd
10:10 225 COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir
COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq
18.11.2026 413 COP31-in ən diqqətçəkən iştirakçısı - Rəqəmsal köməkçi fəaliyyətə başladı
Antalyada keçirilən COP31-də iştirakçıların minlərlə sənəd və məlumatı daha asan əldə edə bilməsi üçün süni intellekt dəstəkli "AskUNFCC" adlı rəqəmsal köməkçinin təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliy
14:13 184 Narkotik əməliyyatlarında həbs edilənlər var - Biri qadındır
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salya
18.11.2026 542 Prezidentlə xanımı Vyetnama getdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib. "Qafqazinfo" xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetna
17:25 113