Azərbaycan-Vyetnam iqtisadi əlaqələri yeni səviyyədə

Azərbaycan-Vyetnam iqtisadi əlaqələri yeni səviyyədəAzərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır. Enerji sektorunda uzun illərə söykənən tərəfdaşlıq, qarşılıqlı ticarətin artması, Vyetnam şirkətlərinin ölkəmizə investisiya marağı və tranzit daşımalarının həcminin yüksəlməsi ikitərəfli münasibətlərin iqtisadi məzmununu zənginləşdirir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirdiyi fikirlər də bu əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini aydın göstərir.

İkitərəfli münasibətlərin inkişafında 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi mərhələ hesab olunur. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat qəbul edilib. Bu sənəd iqtisadi, energetika, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün siyasi zəmin yaradıb.

Ticarət əlaqələrindəki göstəricilər də tərəfdaşlığın iqtisadi əhəmiyyətini nümayiş etdirir. 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153,41 milyon ABŞ dolları təşkil edib. Prezident İlham Əliyev müsahibəsində bu göstəricinin real iqtisadi imkanları tam əks etdirmədiyini də vurğulayıb. Əslində, qarşılıqlı ticarətin genişləndirilməsi üçün kifayət qədər geniş əməkdaşlıq istiqamətləri mövcuddur. Hazırda tərəflər qeyri-neft məhsullarının ticarətinin artırılması, ixrac imkanlarının şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqini prioritet hesab edirlər.

Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin ənənəvi və mühüm istiqamətlərindən biri energetika, xüsusilə neft sənayesi ilə bağlıdır. 1981-ci ildə Sovet İttifaqı ilə Vyetnamın birgə müəssisəsi olan "Vietsovpetro"nun yaradılmasında azərbaycanlı neft mütəxəssislərinin böyük rolu olub. Müəssisənin ilk baş direktoru həmyerlimiz Cəlal Məmmədov təyin edilib.

Azərbaycanlı neftçilərin Vyetnamın neft sənayesinin formalaşmasındakı xidmətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın möhkəm tarixi təməlini yaradıb. Müxtəlif dövrlərdə 2 minədək azərbaycanlı neftçinin bu prosesə cəlb olunması, yerli mütəxəssislərin hazırlanmasına göstərilən dəstək və təcrübə mübadiləsi həmin tərəfdaşlığın miqyasını göstərir. Bu tarixi əməkdaşlıq hazırda yeni məzmun qazanır. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi enerji tərəfdaşlığının əsas istiqamətlərindən biridir.

Əməkdaşlığın real iqtisadi nəticələri də var. Belə ki, 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox Azərbaycan nefti tədarük edilib. Tərəflər gələcəkdə Azərbaycan xam neftinin Vyetnam neft emalı zavodlarına tədarükünün davam etdirilməsi, neft-qaz yataqlarının işlənilməsi, neft emalı, neft-kimya və neft-mədən xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçirirlər. Vyetnama mayeləşdirilmiş təbii qazın tədarükü məsələsi də müzakirə olunan istiqamətlər arasındadır.

Azərbaycan-Vyetnam iqtisadi münasibətlərində diqqətçəkən istiqamətlərdən biri də nəqliyyat və tranzit daşımalarıdır. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılmasında ölkəmizin rolunu artıra bilər.

Bu sahədə artıq müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla bağlı tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8,3 min tona çatıb. Bu artım iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm göstəricidir.

Azərbaycanın Orta Dəhliz və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindəki mövqeyi Vyetnam üçün əlavə logistika imkanları yaradır. Bu marşrutlardan səmərəli istifadə etməklə Cənub-Şərqi Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların təşkili mümkündür. Eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsi yük axınlarının artmasına, logistika xidmətlərinin inkişafına və ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.

Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlığın perspektivləri enerji və nəqliyyat sektorları ilə məhdudlaşmır. Sənaye, kənd təsərrüfatı, qida məhsullarının istehsalı və emalı, tikinti, xidmətlər və texnologiya sahələrində də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur.

Vyetnamın istehsal və ixrac yönümlü iqtisadi təcrübəsi ilə Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları və logistika infrastrukturu bir-birini tamamlayan üstünlüklərdir. Bu amillər qarşılıqlı ticarətin artırılması ilə yanaşı, birgə istehsal müəssisələrinin yaradılması, investisiya layihələrinin reallaşdırılması və yeni bazarlara çıxış üçün də əlverişli şərait formalaşdıra bilər.

Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, Azərbaycan Cənubi Qafqazda mühüm logistika və energetika habı, Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biridir. Bu iki ölkənin imkanlarının birləşdirilməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Bütün bunlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətlərində uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq ənənələri indi daha geniş iqtisadi məzmun qazanır. Qarşıdakı mərhələdə əsas vəzifə mövcud siyasi etimadı konkret investisiya layihələrinə, istehsal təşəbbüslərinə, artan ticarət dövriyyəsinə və dayanıqlı logistika əlaqələrinə çevirməkdir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət iki ölkənin iqtisadi tərəfdaşlığını daha yüksək səviyyəyə yüksəldə bilər.

Adil Hüseynov
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 70   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:10 42
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19.11.2026 353
.

Körpənizin hərəkətlərini nə vaxt hiss edəcəksiniz? - Hamilələrin DİQQƏTİNƏ!

Hamiləliyin 16-24-cü həftələri arasında körpənizin hərəkətlərini hiss etməyə başlamalısınız. Əgər bu, ilk hamiləliyinizdirsə, körpənin hərəkətlərini 20-ci həftədən sonra hiss edə bilərsiniz. xəbər verir ki, əgər hamiləliyin 24-cü həftəsinə qədər körpənizin hərəkətlərini hiss etməmisinizsə, bu barəd

19.11.2026 356
.

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri

19.11.2026 467
.

"Kontakt"da pişik işçini dişlədi, baş direktor cərimələndi

"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. -a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub. Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatd

19.11.2026 528
.

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinc

19.11.2026 581
.

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl

19.11.2026 355
.

Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri

Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə

19.11.2026 368
.

İlham Əliyev Vyetnama gedəcək

"Dost Vyetnama səfərimi səbirsizliklə gözləyirəm". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi zamanı bildirib. "Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsind

19.11.2026 313
.