Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb.
AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetnam strateji tərəfdaşlıq münasibətlərinə dair çoxsaylı məqalələr, xəbərlər yayıb.
"Vietnam+" nəşrinin "Vyetnam-Azərbaycan strateji tərəfdaşlığını dərinləşdirmək və onun səmərəliliyini artırmaq" başlıqlı məqaləsində Prezident İlham Əliyevin Vyetnama səfərinin iki ölkə arasında enerji, ticarət və bir çox digər sahələrdə əməkdaşlığı təşviq etməklə, strateji tərəfdaşlığı konkretləşdirmək üçün imkanlar açdığı vurğulanıb. Məqalədə iki xalq arasında dostluğun tarixindən söz açılaraq, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərlərinin bu dostluğun təməlini qoyduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan öz inkişaf yolu boyunca Vyetnama hər zaman səmimi dəstək və rəğbət göstərib, Vyetnam isə Azərbaycanla dostluq münasibətlərinə və əməkdaşlığa daim yüksək dəyər verib. Məqalədə ötən müddətdə ali və yüksək səviyyədə həyata keçirilmiş səfərlərin münasibətlərin inkişafına verdiyi töhfələr vurğulanıb.
"BACNINHTV"nin saytındakı "Vyetnam və Azərbaycan arasında dostluq ənənələrinin qorunması və təşviqi" adlı yazıda iki ölkə arasında 30 ildən çox tarixi olan əməkdaşlığın getdikcə güclənən siyasi etimadla sıx bağlı olduğu vurğulanıb. Onilliklər boyu davam edən tərəfdaşlıq dövründə iki ölkə siyasi etimada, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurub.
"Nhândân" (Xalq) qəzetinin saytındakı oxşar məqalədə iki ölkənin ənənəvi dostluq və geniş əməkdaşlıq potensialına əsaslanaraq, ötən il münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Bu, əməkdaşlıq prosesində tarixi bir mərhələ olub, hər iki ölkə liderlərinin əlaqələrin perspektivinə dair siyasi iradəsini və ortaq baxışını nümayiş etdirir. Qeyd olunub ki, yeni çərçivə Vyetnam ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrindəki ikitərəfli münasibətlərin səmərəliliyini daha da artırıb.
"Vietnam.vn" saytındakı "Vyetnam-Azərbaycan: parlaq gələcək üçün dostluğun möhkəmləndirilməsi" adlı məqalədə Xəzər dənizi sahilindəki neft quyularından müasir külək və günəş elektrik stansiyalarına qədər, Prezident Ho Şi Minin tarixi səfərindən Qafqaz bölgəsində Vyetnam şirkətləri tərəfindən araşdırılan investisiya layihələrinə qədər Vyetnam-Azərbaycan münasibətləri uzun bir yol qət etdiyi bildirilib. Qeyd olunub ki, 60 ildən çoxdur möhkəmlənən dostluq əməkdaşlığın yeni, daha mənalı və perspektivli bir mərhələsinin yolunu açır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri hər iki ölkəyə keçmişi qiymətləndirmək və əməkdaşlıq üçün yeni üfüqləri araşdırmaq imkanı verəcək.
Oxşar mövzuda məqalələr Vyetnamın digər bir neçə media orqanında da yayımlanıb.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 112 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXİN-də yeni təyinat
Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub. "Qafqazinfo" "Müsavat"a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib. Qeyd edək ki, AIDA Azərbayca
19.11.2026 377 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
12:45 101 Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb
19.11.2026 358 Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
19.11.2026 352 Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri
Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl
19.11.2026 358 Körpənizin hərəkətlərini nə vaxt hiss edəcəksiniz? - Hamilələrin DİQQƏTİNƏ!
Hamiləliyin 16-24-cü həftələri arasında körpənizin hərəkətlərini hiss etməyə başlamalısınız. Əgər bu, ilk hamiləliyinizdirsə, körpənin hərəkətlərini 20-ci həftədən sonra hiss edə bilərsiniz. xəbər verir ki, əgər hamiləliyin 24-cü həftəsinə qədər körpənizin hərəkətlərini hiss etməmisinizsə, bu barəd
19.11.2026 361 Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri
Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə
19.11.2026 373 Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyur
Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasını
11:53 140 Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. BİG.AZ-ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara
10:24 179