Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır70 illik tarixi olan Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycandan min kilometrlərlə uzaqda olan Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnamla Azərbaycan arasında indiyədək 30-dan çox sənəd imzalanıb. Bu müqavilələr nergetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə aid geniş sahələri əhatə edir.
Hazırda iki dövlət arasında iqtisadi-ticari və nəqliyyat-logistika əlaqələri inkişaf etməkdədir. 2025-ci ilin yekunlarına görə iki ölkə arasındaticarət dövriyyəsi 153,41 milyon ABŞ dolları olmuşdur. İqtisadi tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və tranzit-logistika istiqamətləri təşkil edir. 2025-ci ildə SOCAR ilə Vyetnamın milli neft-qaz şirkəti "PetroVietnam" arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində tarixi əməkdaşlığı müasir standartlarla bərpa edir.
Xalqlar arasındakı mənəvi bağlılığı təhsil, mədəniyyət və humanitar layihələr daha da möhkəmləndirir. Hələ sovet dönəmində ölkəmizin ali məktəblərində 5 minə yaxın vyetnamlı mütəxəssis təhsil almışdır və bu gün onlar öz ölkələrinin dövlət idarəçiliyində, parlamentində, ordusunda və sənayesində rəhbər vəzifələr tuturlar. 2015-ci ildə Hanoyda yaradılmış Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası bu məzunları birləşdirir. Assosiasiya 2020-ci ildə COVID-19 pandemiyası zamanı öz üzvlərinin vəsaiti hesabına Azərbaycana 10 min tibb maskası hədiyyə edib həmrəyliyini nümayiş etdirmişdir. Bu gün də Vyetnam gəncləri Azərbaycan Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil qrantlarından yararlanırlar.
Bütün bunlarla yanaşı, 1980-ci ildə Bakı və Vunq Tau şəhərləri arasında qurulmuş qardaşlaşma əlaqələrinin nişanəsi olaraq Vunq Tauda "Bakı", paytaxtımızın Xətai rayonunda isə "Vunq Tau" küçələri mövcuddur.
Humanitar diplomatiyada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fondun 2018-ci ildə Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb inşa etməsi, eləcə də Fondun Vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərməsi iki xalq arasındakı səmimi münasibətlərin bariz nümunəsidir. Həmçinin səfər zamanı Leyla Əliyeva Vyetnamın Vitse-prezidenti Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li, yaradıcı sənaye nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və sovet dövründə ölkəmizdə təhsil almış vyetnamlı məzunlarla görüşüb, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatını təqdim etmişdir.
2026-cı il noyabrın 19-21-də Prezident İlham Əliyevin Vyetnama nəzərdə tutulan rəsmi səfəri ərəfəsində ölkə başçısının Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində iki ölkə arasında iqtisadi-ticari əlaqələrlə yanaşı humanitar, təhsil və mədəni əlaqələrə geniş yer ayrılıb.
Ölkə başçısı müsahibəsində söyləyib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır."Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir", - deyə dövlətimizin başçısı vurğulamışdır. O da qeyd edilib ki, humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib.
Müsahibədə dövlətimizin başçısı bildirib ki, Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir və qeyd edib ki,Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.
Prezident İlham Əliyevonu da vurğulayıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib.
Müsahibədə dövlətimizin başçısı göstərmişdir ki, xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. O da diqqətə çatdırılmışdır ki, Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının Prezidentinin sərəncamına uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər.
Müsahibədə Prezident İlham Əliyev demişdir ki, qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Belə ki, Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir və 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatıb, dördüncü festival ilk dəfə olaraq iki şəhəri - Bakı və Qəbələni əhatə edib. İlham Əliyev onu da bildirmişdir ki, digər əhəmiyyətli mədəni hadisə məşhur vyetnamlı şair Mai Van Phanın "Gün doğarkən" şeirlər toplusunun Azərbaycanda nəşr edilməsidir.
Müsahibənin sonunda dövlətimizin başçısı belə bir reallığı diqqətə çatdırmışdır ki, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün "Vyetnam süitası"nı yaratmış və bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilmişdir. Rejissor 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb çalışmış, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək edib, Vyetnamda bir neçə kitab həsr edib. Onlardan biri - "Vyetnamda gördüklərim" əsəri Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı isə bu il Hanoyda keçirilib.
Prezident İlham Əliyev belə bir məqamı da vurğulamışdır ki, möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən "Yaqi" fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib.
Müsahibəsini bitirərkən, cənab Prezident bildirib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub. "Qafqazinfo" "Müsavat"a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib. Qeyd edək ki, AIDA Azərbayca

19.11.2026 377
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

12:45 101
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19.11.2026 358
.

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

19.11.2026 352
.

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl

19.11.2026 358
.

Körpənizin hərəkətlərini nə vaxt hiss edəcəksiniz? - Hamilələrin DİQQƏTİNƏ!

Hamiləliyin 16-24-cü həftələri arasında körpənizin hərəkətlərini hiss etməyə başlamalısınız. Əgər bu, ilk hamiləliyinizdirsə, körpənin hərəkətlərini 20-ci həftədən sonra hiss edə bilərsiniz. xəbər verir ki, əgər hamiləliyin 24-cü həftəsinə qədər körpənizin hərəkətlərini hiss etməmisinizsə, bu barəd

19.11.2026 361
.

Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri

Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə

19.11.2026 373
.

Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyur

Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasını

11:53 140
.

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. BİG.AZ-ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara

10:24 179
.