Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəriBu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəli səyyah Vinisius Kosta "Travel Off Path" üçün hazırladığı məqalədə bir gün ərzində piyada gəzib tanış olmağın mümkün olduğu beş şəhəri seçib. Onun sözlərinə görə, bu şəhərlərin əsas üstünlüklərindən biri turistlərin nəqliyyata böyük məbləğdə pul xərcləmədən əsas görməli yerləri ziyarət edə bilməsidir.

1. Lüksemburq, Lüksemburq

Lüksemburq kifayət qədər bahalı şəhər hesab olunur. Lakin şəhərin əsas turistik əraziləri yığcam olduğundan ən maraqlı yerləri bir neçə saat ərzində görmək mümkündür. Buraya UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm tarixi mərkəz də daxildir.

Şəhərin digər üstünlüyü ictimai nəqliyyatın pulsuz olmasıdır. Lüksemburq Böyük Hersoqluğu Fransa, Belçika və Almaniya arasında yerləşdiyindən qonşu ölkələrin daha ucuz şəhərlərindən buraya birgünlük səyahət etmək mümkündür. Beləliklə, turistlər gecələməyə əlavə pul xərcləmədən şəhəri gəzə bilərlər.

2. Brügge, Belçika

Kostanın sözlərinə görə, Belçika birgünlük səyahətlər üçün əlverişli şəhərlərin çoxluğu ilə seçilir. Gent, Löven və hətta Brüssel kimi şəhərlərin əsas görməli yerlərini bir gün ərzində ziyarət etmək mümkündür. Lakin səyyah Belçikada birgünlük səyahət üçün ən yaxşı seçim kimi Brüggəni göstərir.

"Təsəvvür edin ki, Amsterdamdasınız, amma burası daha rahatdır və pivə içmək üçün gələn britaniyalı turistlərin izdihamı yoxdur. Belçikanın şimal-qərbində yerləşən bu mənzərəli, niderlanddilli şəhər füsunkar kanallar şəbəkəsi ilə əhatə olunub. Şəhəri piyada gəzmək mümkündür. Burada çoxlu romantik daş körpülər və kanallar boyunca gəzinti yolları var. Amma mənim ən sevdiyim üsul qayıqla ekskursiyadır", - deyə müəllif qeyd edib.

Təcrübəli turist bir gündə piyada gəzilə bilən beş gözəl Avropa şəhərinin adını çəkdi.

3. Menton, Fransa

Fransa Rivyerasının şərqində, İtaliyanın Liquriya bölgəsi ilə sərhəddə yerləşən Menton şəhəri hələ də Aralıq dənizinin gizli incilərindən biri hesab olunur. Şəhərin sahilboyu gəzinti yolu turistləri yamac boyunca yüksələn rəngarəng binaların möhtəşəm mənzərəsi ilə qarşılayır.

Kostanın sözlərinə görə, Monakoya üz tutan sosial media fenomenlərinin və Nitsa çimərliklərində istirahət edən turistlərin çoxu hələ də bu gözəl şəhərin mövcudluğundan xəbərsizdir.

4. Zaqreb, Xorvatiya

"Zaqreb şəhər ərazisində təxminən 800 min əhalisi olan tamhüquqlu paytaxt olsa da, onun bütün əsas görməli yerləri Köhnə şəhər adlanan, cəmi bir kvadrat mil sahəni əhatə edən kiçik ərazidə cəmləşib", - təcrübəli səyyah bildirib. Xorvatiya paytaxtının tarixi mərkəzi üç hissəyə bölünür: Yuxarı şəhər, Aşağı şəhər və Kaptol. Bu ərazilərin hər biri özünəməxsus memarlığı, tarixi abidələri və atmosferi ilə turistləri təəccübləndirə bilər.

5. Lyublyana, Sloveniya

Zaqrebdən qatarla təxminən iki saatlıq məsafədə yerləşən Lyublyana Sloveniyanın kiçik, lakin olduqca mənzərəli paytaxtıdır. Şəhər sakit küçələri, tarixi mərkəzi və gözəl təbiət mənzərələri ilə seçilir.

"Bəlkə də Sloveniya sizə Melaniya Trampın vətəni kimi tanışdır. Mənim üçün isə bu ölkə Köhnə şəhərin sakit küçələri, münasib qiymətə dadmaq mümkün olan doyumlu qulyaş və nağıllardakı qalaların divarlarından açılan möhtəşəm dağ mənzərələridir", - Kosta bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 57   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin Babayev vəzifəsindən azad olundu

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edək ki, E.Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi. 2024-c

10:15 304
.

Sabah leysan olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal

15:37 283
.

ƏRZURUMUN ŞƏFA QALASI: ATATÜRK UNİVERSİTETİNİN TƏDQİQAT XƏSTƏXANASI!

Rektor Ahmet Hacımüftüoğlu və baş həkim Atila Eroğlunun rəhbərliyi ilə səhiyyə sahəsində böyük mübarizə. 1966-cı ildən etibarən, ilk növbədə Şərqi Anadolu olmaqla, geniş bir coğrafiyaya səhiyyə xidməti göstərən Atatürk Universitetinin Tədqiqat Xəstəxanası milyonlarla xəstəyə göstərdiyi xidmət, 100-c

12:19 259
.

Sarımsağı mikrodalğalı sobaya qoymağın sirri

Sarımsağın qabığını soymaq mətbəxdə ən adi işlərdən biri hesab edilsə də, bəzən kifayət qədər vaxt aparır. Xüsusilə yemək hazırlamaq üçün çoxlu sarımsaq lazım olduqda bu proses yorucu ola bilər. Lakin aşpazların istifadə etdiyi sadə bir üsul sarımsağın qabığını daha sürətli və asan təmizləməyə kömə

18:45 62
.

Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri

18:15 130
.

Sabah pensiyalar tam ödəniləcək

Noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək

11:59 289
.

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb

18.11.2026 331
.

COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir

COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq

18.11.2026 432
.

2027-ci ildə səyahət üçün dünyanın ən sakit 10 şəhər - Hamısı Avropadadır

2027-ci ildə səyahət etmək üçün dünyanın ən sakit şəhərlərinin reytinqi hazırlanıb. Siyahının ilk onluğunda yalnız Avropa şəhərləri yer alıb. İlk üçlükdə Venesiya, Lissabon və Amsterdam qərarlaşıb. BİG.AZ xəbər verir ki, bu barədə "Euronews" nəşri məlumat yayıb. Reytinq səyahət sığortası üzr

18.11.2026 458
.