Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi - RƏY

Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi - RƏYPrezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki Trampın prezident seçilməsi Ermənistanı ciddi şəkildə məyus etdi. Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Trampın ABŞ prezidenti seçilməsi müxtəlif ölkələrdə qlobalistlərlə bağlı siyasi dairələri gerçəkdən çox ciddi şəkildə narahat edib və bu mənada qlobalist Bayden və Sorosçuların dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlmiş Paşinyan iqtidarı da istisna təşkil etməyib:

"Qlobalist layihənin tərkib ünsürlərindən olan Paşinyan və komandasının qarşısında qoyulan mühüm vəzifələrdən biri Cənubi Qafqazın geosiyasi konfiqurasiyasının yenidən müəyyənləşdirilməsinə səbəb ola biləcək hadisələrin içində yer almaq,Rusiyanın məlum regiona təsir imkanlarını daraltmaq,müstəqil siyasət yeridən Azərbaycan iqtidarını qlobalistlərin regionla bağlı geosiyasi tələbləri qarşısında güzəştə getməyə məcbur etməkdən ibarət olmuşdur.Trampın qələbəsi və ABŞ- nin yeni dünya nizamında yeri ilə bağlı mövqeyini təmin etmək üçün etdiyi fərqli gedişlər,Rusiyanın gözlənilənlərdən fərqli olaraq Ukrayna məsələsində güzəştə getməkdən imtina etməsi,Ermənistanın Rusiyadan olan enerji asılılığının əhəmiyyətli şəkildə artdığı bir şəraitdə Ermənistan siyasi elitası təbii ki,qınına çəkilərək manevrlər etməklə burada hakim mövqeyini qoruyub saxlamağa çalışır. Sülh müqaviləsi ilə bağlı açıqlamalarında qətiyyən səmimi deyil. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana olan etimadın 0 dərəcə olduğunu bildirir və Ermənistandan sülh müqaviləsinin imzalanmasına qədər özünün əsas qanununda ölkəmizə qarşı olan ərazi iddialarının referendum yolu ilə aradan qaldırılmasını tələb edir.Bütün dünya ölkələrinə ticari tarifləri tərbiq edən ABŞ Rusiyaya münasibətdə bu addımı atmayıb. Bu isə onu göstərir ki,Rusiya qlobal qarşıdurmanın əks qütbündə qərar tutmuş ABŞ-nin ən ciddi rəqibidir və Tramp Rusiya ilə sövdələşmələrə getməklə qarşılıqlı güzəştlər yolu ilə dünyanın yeni nizamında qərarlaşmağa çalışır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 944   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları

Yumurtanı yalnız soyuducuda deyil, dondurucu kamerada da saxlamaq olar. Düzgün dondurulduqda yumurta bir neçə ay ərzində müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin yumurtanı qabıqlı halda dondurucuya qoymaq olmaz. Çünki donma zamanı içərisindəki maye genişlənir və nəticədə qabı

19:45 1
.

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

11:13 188
.

Güc Əlinizə Keçəndə, Əslində Kim Olarsınız?

Bu günlərdə elə xəbərlər eşidirik ki, insan bir müddət sonra xəbərin özündən çox, ona verdiyi reaksiyaya təəccüblənməyə başlayır. "Yenəmi. "Bu da oldumu. "Artıq heç nəyə təəccüblənmirəm. Bəlkə də ən təhlükəli cümlə məhz budur:. Artıq heç nəyə təəccüblənmirəm. Çünki təəccüblənmək əslind

15:26 141
.

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki

15:10 130
.

İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara

13:35 371
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

12:18 282
.

Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur

"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim

12:03 198
.

Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı

Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10

18:30 1
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 0
.