Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: "Bıçağı corabımdan çıxardım..."

Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: "Bıçağı corabımdan çıxardım..."Bakıda 35 yaşlı müəllimə Pərvanə Abbasovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən həyat yoldaşı Vasif Abbasov hakim qarşısına çıxarılıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Vasif Abbasov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmədə ifadə verən V.Abbasov həyat yoldaşı ilə münasibətlərinin bir müddətdir gərgin olduğunu bildirib.

Onun sözlərinə görə, Pərvanə Abbasova ixtisasca müəllim olub və işləmək istəyib:

"Pərvanə ixtisasca müəllimə idi, işləmək istədiyini deyirdi. Onu işə düzəltmək üçün kredit götürdüm. Sonra işləmək üçün üç aylıq İsrailə getdim. Qayıdanda həyat yoldaşımın telefonda başqa adamla yazışmasını gördüm. Pərvanə əvvəl belə deyildi, onu rəfiqəsi Könül yoldan çıxardı".

Təqsirləndirilən şəxs ailəsini təmin etmək üçün iki işdə çalışdığını, lakin sonradan həyat yoldaşının boşanmaq istədiyini deyib.

"Məndən ayrılmağı, boşanmağı tələb edirdi. Aramızda artıq hörmət qalmamışdı. Mənə deyirdi ki, elə bir adam tapmışam, səni yox edib tutduracağam. Rəfiqəsinin təsiri ilə məni polisə şikayət etdi ki, guya ona şiddət göstərmişəm. Polis məni idarəyə çağırdı, sonra buraxdılar", - deyə V.Abbasov ifadəsində bildirib.

"Məqsədim onu boşanmaq fikrindən daşındırmaq idi"

Hadisə günündən danışan təqsirləndirilən şəxs həyat yoldaşı ilə barışmaq istədiyini iddia edib:

"Hadisə günü getdim ki, Pərvanəni boşanmaq fikrindən daşındırım. Oğlum rayonda idi, qızım isə evin yanındakı marketə getmişdi. Nə qədər çalışdım, dilə tutdumsa, razı sala bilmədim. Elə deyirdi ki, səni aradan götürtdürəcəyəm".

V.Abbasov həyat yoldaşını bıçaqladığı anı isə belə təsvir edib:

"Mən ömrümdə quş başı kəsməyən adam idim. Anam kənddə mənə heyvan kəsdirə bilmirdi. Elə həddə gəldim ki, özümdə olmadım. Corabımın içindən çıxardığım bıçağı ona necə vurduğumu bilmədim. Sonra ‘102’yə zəng etdim. Marketdən qayıdan qızımla görüşüb evdən çıxdım".

Məhkəmənin növbəti iclası oktyabrın 20-si saat 10:45-ə təyin edilib.

Xatırladaq ki, hadisə 2026-cı il martın 20-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

118 nömrəli tam orta məktəbin 35 yaşlı müəlliməsi Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar qadının 43 yaşlı həyat yoldaşı Vasif Zahid oğlu Abbasov saxlanılıb.

Pərvanə Abbasovanın həmkarları daha əvvəl onun uzun müddət həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını, övladları ilə hədələndiyini və evdən çıxmasına mane olunduğunu iddia ediblər.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 146   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlağayı - milli-mənəvi irsimizin və Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni dəyərlər ölkəmizin tarixi yaddaşının, mənəvi zənginliyinin və özünəməxsusluğunun mühüm göstəricisidir. Bu dəyərlər sırasında xüsusi yer tutan kəlağayı xalqımızın qədim sənətkarlıq ənənələrini, Azərbayca

13:03 225
.

Prezidentlər təkbətək görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:05 141
.

Vahid məktəbli forması ətrafında müzakirələr: təhsilin inkişafı, milli maraqlar və xarici təsir iddiaları

Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin geyimi ilə bağlı məsələ deyil. Bu, məktəbdə sosial bərabərliyin qorunması, intizamın möhkəmləndirilməsi, uşaqlar arasında maddi fərqlərin qabardılmasının qarşısının alınması və vahid məktəb kollektivinin formalaşdırılması baxımından mühüm əhəmiyyə

11:22 156
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

12:27 201
.

Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti

"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə

12:24 168
.

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd

12:37 209
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

17:35 0
.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

16:40 214
.

Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA

Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib

11:31 153
.