Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfindən təmin edilməyib.
Qaynarinfo-nun məlumatına görə, mübahisə Leyla Bayramovanın aldığı avtomobillə bağlı narazılığını sosial şəbəkələrdə və müxtəlif media platformalarında yaymasından sonra yaranıb.
Bayramovanın iddiasına görə, o, "İST Cars" avtosalonundan 2022-ci il buraxılışlı "Jeep Compass" markalı avtomobil alıb və bunun üçün 52 500 manat ödəyib. Lakin avtomobilin alındığı gündən nasaz olduğunu və qüsurların əvvəlcədən gizlədildiyini bildirib. Şikayətçi avtomobili geri qaytara və ödədiyi pulu ala bilmədiyini iddia edib.
Avtosalon rəhbərliyi isə Bayramovanın "TikTok" sosial şəbəkəsindəki "ayka.real" hesabında, eləcə də bir sıra media resurslarında yaydığı paylaşımlardan narazı qalıb. Şikayətçinin iddiasına görə, həmin paylaşımlarda avtosalonun nasaz avtomobillər satdığı, müştəriləri aldatdığı və dələduzluq etdiyi barədə fikirlər səsləndirilib. Avtosalon rəhbəri bu ifadələrin onun işgüzar nüfuzuna zərər vurduğunu bildirib.
Bununla əlaqədar xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilərək Leyla Bayramovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunması istənilib.
İşə baxan Suraxanı Rayon Məhkəməsi şikayəti icraata qəbul etməkdən və məhkəmə baxışı təyin etməkdən imtina edib. Məhkəmə müəyyən edib ki, xüsusi ittiham şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hazırlanmayıb.
Belə ki, şikayətdə ərizəçinin doğum ili, məşğuliyyəti və vəzifəsi barədə məlumatlar göstərilməyib. Bundan başqa, Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri üzrə ittihamların hüquqi əsasları ayrıca və lazımi qaydada açıqlanmayıb. Həmçinin hər bir maddə üzrə tələb olunan cəza ilə bağlı tələb də düzgün ifadə edilməyib.
Suraxanı Rayon Məhkəməsinin qərarından narazı qalan şikayətçi tərəf Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya instansiyası da şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Beləliklə, avtosalon rəhbərliyinin Leyla Bayramova barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışı keçirilməyib. Məhkəmələrin qərarı şikayətin prosessual tələblərə uyğun tərtib edilməməsi ilə bağlı olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1358 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahzadənin evinə basqın: nələr oğurlandı?
Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun malikanəsindən oğurlanan əşyaların siyahısı açıqlanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 23-də Norfolk qraflığında, kral II Çarlzın şəxsi mülkünün ərazisində yerləşən "Anmer Hall" malikanəsində qeydə alınıb
19:30 1 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi
Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V, "SOCAR Absheron" və "ADNOC International ProjectC
16:49 134 Paşinyan Ermənistan gerbinin taleyinin referendumda həll ediləcəyini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində Ağrı dağı (Ararat) təsvir olunan ölkə gerbinin taleyinin referendum yolu ilə xalq tərəfindən müəyyən ediləcəyini bildirib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiy
14:13 146 "Tələbələrin müraciətini nəzarətə götürmüşəm"
"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barəd
11:16 230 Sosial şəbəkədə təhqir və təhdidə məruz qalanlar nə etməlidir? - Vəkil AÇIQLADI
Sosial şəbəkələrdə təhqir, böhtan və təhdid halları istifadəçilərin şəxsi və işgüzar nüfuzuna, psixoloji vəziyyətinə, eləcə də təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Belə halların bir qismi saxta və anonim profillər vasitəsilə həyata keçirildiyindən zərərçəkənlər bəzən hüquqlarını necə müdafiə edəcəklərin
12:30 207 Soyuq duş xəstəlik riskini azalda bilər - Gözlənilməz təsiri
Soyuq duş qəbul etmək gündəlik həyatın faydalı vərdişlərindən birinə çevrilə bilər. Lakin onun insan orqanizminə təsiri ilə bağlı bəzi mühüm məqamlar var. xarici mediaya istinadən xəbər verir ki, müntəzəm olaraq soyuq duş qəbul etmək xəstəlik səbəbindən işə çıxılmayan günlərin sayının azalması ilə əlaqəl
20:00 1 İstifadəsiz torpaqlar Azərbaycanın iqtisadi inkişafına necə töhfə verə bilər?
İstifadəsiz kənd təsərrüfatı torpaqlarına yalnız iqtisadi dövriyyədən kənarda qalmış əmlak kimi deyil, həm də ölkənin gələcək aqrar və investisiya potensialının mühüm ehtiyatı kimi yanaşmaq lazımdır. Torpağın istifadəsiz qalması təkcə mülkiyyətçinin gəlir əldə edə bilməməsi deyil, eyni zamanda ölkə iqtisadiyyat
14:52 179 İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"
26.11.2026 347 Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb
Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib. "Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Polis saxta sənədlərin hazırlanmasında şübhəl
26.11.2026 356