Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasimi olub".
Bu sözləri BiG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib. O qeyd edib ki, daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər:
"Mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Kambocanın yaxşı dostlar və tərəfdaşlar olduğunu söyləyib. "Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq", - deyə dövlətimizin başçısı qeyd edib. Bildirilib ki, dövlətlər arasında siyasi münasibətlər güclüdür, BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edilir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.
Vurğulanıb ki, ölkəmiz Cənub-Şərqi Asiya ilə maraqlanır, bu bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir.Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
Mətbuata bəyanatında Kambocanın Baş naziri Hun Manet bildrib ki, Kambocanın Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur. Baş nazir bildirib ki, çoxtərəfli səviyyədə biz, həmçinin beynəlxalq platformalarda münasibətləri gücləndirməyi razılaşdıq. O, ölkəsinin Azərbaycanın Asiyanın parlamentlərarası ittifaqına müşahidəçi qismində qoşulma təşəbbüsünü dəstəklədiyini də qeyd edib.
Həmin gün Bakıda həm də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Kamboca biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Kamboca Baş nazirinin rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə vermək üçün imkan yaradır".
Müsahibimiz vurğulayıb ki, Azərbaycan və Kamboca otuz ildən artıqdır diplomatik əlaqələrə malikdir:
"İki ölkə liderləri arasında siyasi etimad və dostluq mövcuddur. Ölkələr arasında ticarət əlaqələri artmaqdadır, lakin hələ də ikitərəfli münasibətlər əsl potensialı əks etdirmir.
Hər iki ölkənin bir-birini tamamlayan güclü tərəfləri var və geniş bazarlara çıxış təklif edir. Azərbaycan üçün investisiya tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq isə öz növbəsində etimad qurmaq, münasibətlərin müsbət tərəflərini bölüşmək və çətinliklər zamanı bir yerdə olmaq deməkdir. Kamboca ölkəmizin şirkətlərinin yeni tərəfdaşlıqlar axtarması və etimad qurması üçün dəstəklənənölkədir. Bu proses çoxdan başlayıb və inkişafdadır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 89 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 73 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 74 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12.10.2026 373 Vahid məktəbli forması ətrafında müzakirələr: təhsilin inkişafı, milli maraqlar və xarici təsir iddiaları
Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin geyimi ilə bağlı məsələ deyil. Bu, məktəbdə sosial bərabərliyin qorunması, intizamın möhkəmləndirilməsi, uşaqlar arasında maddi fərqlərin qabardılmasının qarşısının alınması və vahid məktəb kollektivinin formalaşdırılması baxımından mühüm əhəmiyyə
11:22 120 İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir
"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə
12:15 70 Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:22 60 Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim
12:03 80 Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ: Bakı ilə Pnompeni nə birləşdirir?
Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana səfər edib. Prezident İlham Əliyev Kamboca hökumətinin başçısını qarşılayıb, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib. Kamboca Azərbaycan üçün coğrafi baxımdan uzaq ölkə olsa da, iki dövlət arasında diplomatik münasibətlərin 30 ildə
11:02 115 Quraq torpaqlar çiçək xalısına çevrildi
Uzun müddət quraq görünən ərazilər güclü yağışlardan sonra rəngarəng çiçəklərlə örtülüb. Təbiətdə baş verən bu dəyişiklik peyk görüntülərində də qeydə alınıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın quraq daxili bölgələrində qeyri-adi dərəcədə yağıntılı hava şəraitindən sonra çö
11:02 133