"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam

"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa... Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həll ediləcək".

"Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib.

"Bunun adını hicab qoyurlar. Amma alınan qərarda hicab sözü yoxdur, vahid məktəbli geyimi var. Buna hicab adı qoyurlar ki, daha təsirli olsun. Müsəlmanlara təsir göstərsinlər. Bu da məqsədli şəkildədir. Mən inanıram ki, bu məsələ də haradasa Təhsil Nazirliyi vasitəsilə həll olunacaq.

Biz dindarlar bu gün öz dövlətimizin yanındayıq. Çünki bu gün o münaqişələr dini səpkidən çıxarılıb, dövlətə qarşı aparılan siyasət kimi qəbul olunur. Bu isə qəbulolunmazdır. Bütün dindarlar dövlətimizi, dövlətçiliyimizi dəstəkləməlidir. Bu dövlət bizə şəhidlərin, şəhid analarının əmanətidir. Bəzi şəhid ailələrindən istifadə edirlər, onları yönəldirlər. Onlar bilsinlər ki, bizim dövlətə heç nə olmayacaq. Xaricdəkilər də bilsin ki, bizim dövlətimiz yaşayacaq", - Şeyx qeyd edib.

Daha sonra Allahşükür Paşazadə əlavə edib ki, bu gün hicab məsələsini ortaya qoyaraq xalqı etiraza qaldırmaq istəkləri qəbuledilməzdir: "Bilinir ki, bunun arxasında dayanan adamlar var. Bir daha o adamlara müraciət edirəm, əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər, heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram. Ona görə də mən bizim dindarlara da müraciət edirəm ki, səbirli olsunlar. Bu hadisəni qarşıdurmaya gətirib çıxarıblar. Elə bil dövlətlə dindar arasında uçurum yaratmaq istəyirlər. Bu, yoxdur. Yox olan yerdən bir şey yaratmaq istəyirlər. Bizim dindarlar öz dövlətini, dövlətçiliyini istəyən adamlardır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 139   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 155
.

Güc Əlinizə Keçəndə, Əslində Kim Olarsınız?

Bu günlərdə elə xəbərlər eşidirik ki, insan bir müddət sonra xəbərin özündən çox, ona verdiyi reaksiyaya təəccüblənməyə başlayır. "Yenəmi. "Bu da oldumu. "Artıq heç nəyə təəccüblənmirəm. Bəlkə də ən təhlükəli cümlə məhz budur:. Artıq heç nəyə təəccüblənmirəm. Çünki təəccüblənmək əslind

15:26 141
.

Azərbaycan-Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti

"Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin mina çirklənməsinin ağır nəticələri ilə üzləşməsi bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini, texnoloji yeniliklərin tətbiqini və beynəlxalq həmrəyliyi

11:55 212
.

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir

15:44 155
.

Gecə yemək yemək qaraciyər xəstəliyi riskini artırır - ARAŞDIRMA

Gecə yatmazdan əvvəl yemək yeməyi vərdişə çevirənlər üçün diqqətçəkən araşdırma yayımlanıb. Alimlər gecə saatlarında qidalanma ilə qaraciyərdə piylənmə riski arasında əlaqə olduğunu müəyyən ediblər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 32 030 nəfərin məlumatları təhlil edilib

11:31 153
.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır

14:01 191
.

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, filmi

10:44 170
.

Azərbaycan məktəbləri üzərindən aparılan mümkün təxribat cəhdləri narahatlıq doğurur

Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur

11:34 197
.

Azərbaycan-Laos sənədləri mübadilə edildi - Fotolar

Bu gün "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununl

12:44 165
.