Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb.
BiG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb.
"Monitorinqlər çərçivəsində şagirdlərin müəyyən olunmuş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etmələri vəziyyəti araşdırılıb. Eyni zamanda, məktəblərdə müvafiq tələblərin icrasına nəzarətin təşkili və qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması diqqətdə saxlanılıb.
Monitorinqlər zamanı geyim tələblərinə uyğun olmayan hallar müəyyən edildikdə, məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılıb, zəruri hallarda valideynlər məktəbə dəvət olunub. Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.
Eyni zamanda bəzi ümumi təhsil müəssisələrində məktəb və tədris mühitinə uyğun olmayan davranışların qeydə alındığını təəssüflə bildiririk. Bu hallar tədris prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına da ziyan vurulması ilə nəticələnib. Həmçinin geyim qaydalarının icrası ilə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarına da rast gəlinib.
Qeyd edək ki, geyim qaydalarının icra vəziyyətinin qiymətləndirilməsi və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur", - məlumatda bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 155 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
18:31 216 Bu vəziyyətdə yatmaq bel və boyun ağrılarına səbəb ola bilər
Üzüstə yatmaq səhərlər boyun tutulmasına, bel ağrılarına və çiyinlərdə narahatlığa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə uzun müddət qalmaq onurğanın təbii formasını qorumasını çətinləşdirir və əzələlərə əlavə yük salır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisləri
20:00 147 Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub. "Qafqazinfo" Bakı Baş Səhiyyə Mərkəzinə (BBSM) istinadən xəbər verir ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindək
15:01 270 Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə
12:56 228 İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir
"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj
12:50 268 Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər
"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"
13:09 186 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava
13:02 196 Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"
"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi
13:16 257 "Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib"
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Bakı şəhərində Türk Dövlətlər
12:21 200