"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır".
"Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib.
"Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik. Amma vətəndaş kimi danışa bilərik. Hələ bundan əvvəlki dövrlərdə hicab məsələsi ortaya gətirilib, mən hicabın müzakirə mövzusu olmadığını bəyan etmişəm. Bu gün də onu deyirəm, təkrar edirəm.
Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun necə, nə cür, hansı yaşda müsəlmanlar tərəfindən istifadə edilməsini alimlər bilirlər. Məktəbli formaları ilə bağlı qaydalarda hicab yazılmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb. Azərbaycanda hicabın qadağan olunmasını mən heç yerdə görmürəm. Mədrəsələr, dini tədris ocaqları var, öz gördüyümü deyirəm. İnsanlar, uşaqlar da hicablı şəkildə gəlib tədris alırlar. Amma dövlət məktəblərində bu qərar qəbul edilib.
Çox heyifsilənirəm ki, bu məsələnin qəbul olunmasında, əlbəttə, əvvəlcədən məsləhətləşmə ola bilərdi, amma olmayıb. Ola bilər ki, bəziləri düzgün başa düşmürlər və ya düşmək istəmirlər. Bundan istifadə edərək bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda islama, müsəlmanlara əziyyət verildiyi, sıxışdırıldığı ilə bağlı fikirlər yaymağa çalışırlar. Bunu siyasiləşdirirlər, bu məni narahat edir. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Ona görə qəbuledilməzdir ki, insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından, qanlarından keçiblər.
Bir çox dövlətlərdə oluram, dünya müsəlmanlarının Ağsaqqallar Şurasının üzvüyəm. Əbəs yerə ora seçilməmişik. Azərbaycan yaratdığı şərait imkan yaradır ki, bizi orada örnək kimi görürlər, - deyə Şeyx qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 186 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
18:15 1 Vahid məktəbli forması ətrafında müzakirələr: təhsilin inkişafı, milli maraqlar və xarici təsir iddiaları
Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin geyimi ilə bağlı məsələ deyil. Bu, məktəbdə sosial bərabərliyin qorunması, intizamın möhkəmləndirilməsi, uşaqlar arasında maddi fərqlərin qabardılmasının qarşısının alınması və vahid məktəb kollektivinin formalaşdırılması baxımından mühüm əhəmiyyə
11:22 156 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
12:24 168 Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir
"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində
13:01 203 Hicab müzakirələri fonunda hüquq və ictimai məsuliyyət
"Bu gün səhər saatlarından etibarən Bakının bəzi məktəblərində hicabla bağlı etirazların keçirildiyi barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Paylaşımlarda bəzi valideynlərin plakatlarla etiraz etdikləri və dini məzmunlu şüarlar səsləndirdikləri görünür. Hadisələrin miqyası, iştirakçıları
11:42 203 Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində
17:41 0 "Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
17:31 0 Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ
12:45 177 "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
15:10 130