El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızırEl-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. Son dövrdə bütün okeanların səthində orta temperatur isə 21,08 dərəcə Selsi təşkil edib.

Qaynarinfo xəbər verir ki, "Focus" nəşrinin yazdığına görə, son həftələrdə temperatur göstəriciləri demək olar ki, fasiləsiz yüksəlir və əvvəlki illərin bütün göstəricilərini xeyli üstələyir. Britaniyalı vulkanoloq və iqlim tədqiqatçısı Bill Makqvayr "X" sosial şəbəkəsində "Dəlilikdir, sadəcə dəlilikdir", - deyə yazıb.

Bremerhafendə yerləşən Alfred Veqener İnstitutunun iqlim fizikası üzrə mütəxəssisi Helqe Hessinq bildirib ki, ölçmələrin başlanmasından bəri belə temperatur qeydə alınmayıb. Onun sözlərinə görə, bu, fövqəladə "superhadisədən" xəbər verir. 1997 və 2015-ci illərdə müşahidə olunan güclü El-Nino hadisələri ilin bu dövründə indiki göstəricidən bir dərəcədən çox aşağı temperaturla müşayiət olunmuşdu.

Ümumdünya Meteorologiya Təşkilatı proqnozlaşdırır ki, oktyabr-dekabr aylarında Sakit okeanın mərkəzi və şərq hissələrində səth temperaturu yeni rekord həddə çatacaq. El-Nino hadisəsinin dekabrda pik səviyyəyə yüksələcəyi və 2027-ci ilin fevralına qədər davam edəcəyi gözlənilir.

El-Nino nədir?

El-Nino müntəzəm olaraq, təxminən iki ildən yeddi ilədək fasilələrlə baş verən təbii iqlim hadisəsidir. Bu hadisə iqlim dəyişikliyindən qaynaqlanmır, lakin onun nəticələrini gücləndirə bilər. Okeanın mühüm bir bölgəsində isti və rütubətli hava yüksələrək qlobal küləklərin və hava axınlarının istiqamətini dəyişir.

Ümumdünya Meteorologiya Təşkilatının rəhbəri Seleste Saulo hadisəni belə izah edib:

"El-Nino planetə yeni istilik gətirmir. O, okeanın səthinin altında artıq toplanmış istiliyi sərbəst buraxır. Güclü El-Nino hadisələrinin bütün dünyada temperaturun yüksəlməsinə tez-tez səbəb olması da bununla bağlıdır".

2026-cı ildə El-Ninonun gücü

Xatırladaq ki, meteoroloqlar bu ilki hava hadisəsinin müşahidələr tarixində ən güclü El-Nino ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Tədqiqatçıların qiymətləndirmələrinə görə, ekstremal yüksək temperaturun qeydə alındığı günlərin sayı adi illərlə müqayisədə 44 faiz artacaq. Alimlər hesab edirlər ki, El-Nino ilə əlaqəli istilər bütün dünyada yaşlı və səhhəti zəif olan insanlar üçün ciddi təhlükə yarada bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12.10.2026 411
.

Tualet kağızını necə asmaq lazımdır?

Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf

12.10.2026 192
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 1
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12.10.2026 1
.

Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"

"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi

12.10.2026 263
.

Bu vəziyyətdə yatmaq bel və boyun ağrılarına səbəb ola bilər

Üzüstə yatmaq səhərlər boyun tutulmasına, bel ağrılarına və çiyinlərdə narahatlığa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə uzun müddət qalmaq onurğanın təbii formasını qorumasını çətinləşdirir və əzələlərə əlavə yük salır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisləri

12.10.2026 164
.

Monqolustan və Ukrayna ilə bu sazişlər təsdiqləndi - Yenilənib

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış "Azərbaycan Respublikas

12.10.2026 203
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12.10.2026 194
.

Ukrayna ordusu Rusiya HHM sistemlərini belə aldadır

Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərinin sursatlarını sərf etməsinə səbəb olmaq üçün saxta dronlardan istifadəyə başlayıb. xəbər verir ki, bunu "Zvezda" kanalına açıqlamasında rusiyalı hərbçilərdən biri deyib. "Əvvəlcə boş dronları buraxırlar, daha sonra isə silahlıla

12.10.2026 102
.