Qida nəfəs yolunu tutarsa, hansı müdaxilə həyat xilas edə bilər? - AÇIQLAMA

Qida nəfəs yolunu tutarsa, hansı müdaxilə həyat xilas edə bilər? - AÇIQLAMAYemək zamanı qida parçasının nəfəs borusuna düşərək tənəffüs yolunu tutması həyati təhlükə yarada bilən hallardan biridir. Belə vəziyyətlərdə insan danışa, nəfəs ala və ya effektiv öskürə bilmirsə, vaxtında və düzgün ilkin müdaxilə onun həyatını xilas edə bilər. Bu zaman tətbiq olunan üsullardan biri də boğulma zamanı qarın nahiyəsinə təkanlar vasitəsilə yad cismin çıxarılmasına yönələn Heimlich manevridir.

Bəs, insan yemək yeyərkən boğazına qida parçası ilişdikdə ilk olaraq hansı müdaxilə edilməlidir? Heimlich manevri necə və hansı ardıcıllıqla tətbiq olunmalıdır? Yanlış müdaxilə hansı fəsadlara, o cümlədən daxili orqan zədələnmələrinə səbəb ola bilər? Uşaqlarda, hamilə qadınlarda və huşunu itirmiş şəxslərdə ilkin yardım qaydaları necə fərqlənir? Təcili tibbi yardım gələnədək ətrafdakılar hansı addımları atmalıdır?
Qida nəfəs yolunu tutarsa, hansı müdaxilə həyat xilas edə bilər? - AÇIQLAMAMövzu ilə bağlı BiG.AZ-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, söhbət yad cisimdən gedirsə, hər hansı qida qalığının, ət və ya sümük parçasının qida borusunda və yaxud mədədə qalması, adətən, ciddi problem yaratmır.

"Əsas təhlükə yad cismin nəfəs yoluna, yəni traxeyaya düşməsi zamanı yaranır. Bu halda insanın nəfəs alması çətinləşə, hətta tənəffüs yolu tamamilə tutula bilər.

Belə vəziyyətlərdə Heymlix manevrindən istifadə olunur. Əslində, hər bir insanın bu manevri bilməsi vacibdir. Bir çox inkişaf etmiş ölkələrdə insanlar bu barədə məlumatlandırılır, müxtəlif müəssisə və iş yerlərində də müvafiq təlimlər keçirilir.

Heymlix manevri zamanı yardım göstərən şəxs boğulan insanın arxasına keçir, əllərini qarın nahiyəsində, göbəkdən yuxarı yerləşdirərək xüsusi təzyiq hərəkəti edir. Bu zaman yaranan təzyiq yad cismin nəfəs yolundan xaric olunmasına kömək edir.

Manevrin tətbiqi böyüklərdə və uşaqlarda fərqlənir. Körpələrdə və kiçik yaşlı uşaqlarda fərqli üsullardan, o cümlədən kürək nahiyəsinə zərbələrdən istifadə olunur. Böyüklərdə isə qarın nahiyəsinə təzyiq göstərilir. Hamilə qadınlarda da bu manevr xüsusi ehtiyatla həyata keçirilməlidir. Belə hallarda qarın nahiyəsinə deyil, döş qəfəsinin aşağı hissəsinə təzyiq göstərilməsi nəzərdə tutulur ki, dölə zərər dəyməsin".

Röyalə Xəyal


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 67   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxu iflici zamanı beyində nələr baş verir?

"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman

14.11.2026 780
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 856
.

"Koronavirus bitməyib, qrip mutasiya edir" - Xəbərdarlıq

Payız-qış mövsümündə respirator infeksiyaların artması artıq öyrəşdiyimiz situasiyadır. Ailədə, iş kollektivində və ya ətrafımızda bir neçə nəfərin eyni zamanda xəstələnməsini tez-tez müşahidə edirik. Bəs virusların yayılmasını sürətləndirən əsas səbəblər nədir? İnsanlar niyə eyni vaxtda xəstələnirlər

22.11.2026 498
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 1037
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

01.11.2026 921
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 954
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1187
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1411
.

İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi

İnsan immun sisteminin qocalması həyat boyu eyni sürətlə baş vermir. Yeni araşdırmaya görə, immunitetin fəaliyyətində xüsusilə kəskin dəyişikliklər təxminən 40 və 60 yaşdan sonra müşahidə olunur. Alimlər bu dövrlərdə sağlamlığa daha çox diqqət yetirməyin vacibliyini vurğulayırlar. Qaynarinfo xəbər veri

24.11.2026 524
.