Prezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı.
Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxundu və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini dedi, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu dedi, ölkəmizin regionda önəmli rol oynadığını vurğuladı.
Münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirdi və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxundu.
Dövlət başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasının əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 90 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt Putinə ünvanlanan vətəndaş müraciətlərini təhlil edir
Rusiya Prezidenti Vladimir Putinlə keçirilən "Birbaşa xətt" zamanı vətəndaşlardan daxil olan müraciətlərin təhlili imkanları süni intellektin (Sİ) tətbiqi sayəsində son bir ildə əhəmiyyətli dərəcədə genişlənib. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilib ki, süni intellek
10:33 94 Məktəbdə baş verən hər hadisənin cavabdehi direktordurmu?
Məktəbdə baş verən bütün hadisələrin məsuliyyətini birbaşa direktorun üzərinə qoymaq düzgün yanaşma deyil. Direktor təhsil müəssisəsinin rəhbəri kimi təhlükəsizliyin, nizam-intizamın, təlim-tərbiyə prosesinin və daxili idarəetmənin təşkilinə görə məsuliyyət daşıyır. Lakin bu, məktəbdə baş verən hər bi
26.11.2026 367 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda
Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur. xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər. 1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətin
26.11.2026 315 Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "T-Group" MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata yaxın pul ələ keçirməkdə təqsirli bilinib. İttihamda deyilir ki
26.11.2026 378 "Siyasət dəyişir, xalqlar dəyişmir" - Kobaxidze
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Rusiya xalqı Gürcüstan üçün əzizdir. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kobaxidze ikitərəfli münasibətlərin bərpası və dialoqun davam etdirilməsi ilə bağlı fikirlərini bölüşüb
10:51 75 Üç övladının gözü qarşısında həyat yoldaşını öldürən şəxs iki gün sonra xəstəxanada öldü
Türkiyənin Çorum şəhərində boşanmaq üzrə olduğu həyat yoldaşını üç övladının gözü qarşısında güllələyərək öldürən Gökhan Özdemir iki gün sonra xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə noyabrın 24-də Bahçelievler məhəlləsində baş verib. 44 yaşl
11:45 1 Narkotikə görə tutuldular, aylıq qazancları oraya çıxdı - Özcan Deniz, Deniz Çakır...
Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində prokurorluqda ifadə verən sənətçilərin aylıq gəlirləri və mal varlığı barədə məlumatlar üzə çıxıb. xarici KİV-ə istinadən xəbər verir ki, Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin ifadələrində açıqladıqları qazanc diqqət çəkib. Özca
26.11.2026 464 Dünyanın ən böyük gəmisi - Ölçüləri və imkanları heyrətləndirir
Dünyanın ən böyük gəmisinin hansı olduğu sualına birmənalı cavab vermək mümkün deyil. Çünki gəmilər uzunluğuna, tutumuna, su basımına və daxili həcminə görə fərqlənir. Bu göstəricilərin hər biri üzrə rekord başqa bir gəmiyə məxsus ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyü
26.11.2026 364 İraqda İŞİD-ə qoşulan 8 Fransa vətəndaşına ömürlük həbs cəzası verildi
İraqda terror təşkilatı İŞİD-ə üzv olmaqda təqsirləndirilən 8 Fransa vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib. Daha iki nəfər isə 15 il müddətinə azadlıqdan məhrum olunub. xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb. Bağdaddakı Kərx Cinayət Məhkəməsinin qərarı ilə çıxarıla
11:30 2