"Tələbələrin müraciətini nəzarətə götürmüşəm"
"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barədə danışdım".
"Qafqazinfo" xəbər verir ki, bu barədə BDU-ya yeni təyin olunan rektor Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, gənclərə öz suallarını vermək, cavabları müstəqil axtarmaq və tədqiqatlarda iştirak etmək üçün imkan yaratmalıyıq. Müəllimin tələbkarlığı da, tələbəyə göstərdiyi hörmət və qayğı da bu prosesdə eyni dərəcədə vacibdir: "Mən hər bir dekanı öz fakültəsinin akademik lideri kimi görürəm. Universitetdə təhsilin keyfiyyəti hər gün mühazirədə, seminarda, laboratoriya məşğələsində və elmi rəhbərin tələbə ilə söhbətində formalaşır. Dekan öz fakültəsində təhsil proqramlarının necə işlədiyini, hansı tədqiqatların dəstəyə ehtiyacı olduğunu, müəllimlər və gənc alimlər üçün hansı inkişaf imkanlarının yaradıla biləcəyini bilməlidir. Tələbələrin fikirlərini öyrənmək və fakültənin beynəlxalq akademik əlaqələrini inkişaf etdirmək də bu işin bir hissəsidir.
Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istəyirəm. Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir.
Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 41 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElmira Şabanova dəfn edildi - Yenilənib - Foto
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər. Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığınd
26.11.2026 474 Pəncəlinin qardaşına vəzifə verildi
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib. -a istinadən xəbər verir ki, eyni zamanda, mərkəzin direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə olunub. Qeyd edək ki, Famil Teymurov 2012-c
10:47 85 Serbiyada Roma imperatorunun sirli sarayının qalıqları araşdırılır
Serbiyada arxeoloqlar qədim mənbələrdə adı çəkilən Roma imperatoru Maksimian Herkuliusun sarayına aid ola biləcək monumental tikilinin qalıqlarını araşdırırlar. xəbər verir ki, bu barədə "Heritage Daily" nəşrinə istinadən məlumat yayıb. Tədqiqatlar Sremska Mitrovitsa şəhəri yaxınlığındakı Qlat
26.11.2026 270 "Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü: Cənubi Qafqazda davamlı sülhə və yeni əməkdaşlıq mərhələsinə doğru
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, uzun illər davam etmiş münaqişənin ağır nəticələrinin aradan qaldırılması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması regionun gələcəyini müəyyən edən əsas siyasi məsələlərdəndir. Bu prosesdə dövlətlərarası danışıqlarla yanaşı
26.11.2026 249 Torpaq investisiyası: Bugünkü qiymət, sabahkı qazanc
Daşınmaz əmlak bazarında torpağın dəyəri ilə onun yerləşdiyi ərazi arasında birbaşa əlaqə mövcuddur. Hətta peşəkar qiymətləndirmə baxımından bir çox hallarda torpağın lokasiyası onun mövcud satış qiymətindən daha mühüm strateji göstərici hesab olunur. Çünki qiymət bazarın bugünkü vəziyyətini əks etdirir
26.11.2026 297 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda
Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur. xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər. 1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətin
26.11.2026 315 166 minlik brilyantla hava limanında saxlanıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar ediblər. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı malların aşka
26.11.2026 334 Ermənistanın yeni Konstitusiyası: Diaspor, seçki hüququ və Qərbi azərbaycanlılar
Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında aparılan müzakirələr yalnız ölkənin dövlət quruluşu və milli kimliyi ilə bağlı dəyişikliklərlə məhdudlaşmır. Sənəddə nəzərdə tutulan bəzi müddəalar Ermənistanın siyasi həyatında uzun illər mühüm rol oynamış erməni diasporunun gələcək təsir imkanların
11:24 0 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb
Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində "Azersun Holding"in qonağı olub. İki günlük səfər çərçivəsində "Azersun Holding"in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığı
26.11.2026 274