İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi

İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildiİnsan immun sisteminin qocalması həyat boyu eyni sürətlə baş vermir. Yeni araşdırmaya görə, immunitetin fəaliyyətində xüsusilə kəskin dəyişikliklər təxminən 40 və 60 yaşdan sonra müşahidə olunur. Alimlər bu dövrlərdə sağlamlığa daha çox diqqət yetirməyin vacibliyini vurğulayırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "National Geographic" nəşri məlumat yayıb.

Sinqapur alimləri 19-97 yaş aralığında olan 1828 sağlam insanın immun sistemini araşdırıblar. Tədqiqat çərçivəsində ümumilikdə 3,8 milyon immun hüceyrəsi təhlil edilib, hər bir hüceyrədə hansı genlərin işlədiyi və onların aktivlik səviyyəsi öyrənilib.

"Nature Communications" jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən, immun sisteminin qocalmasında iki əsas sıçrayış dövrü müəyyən edilib. Bu mərhələlərin hər ikisində orqanizmdə iltihabi proseslərin aktivliyi artır, immun hüceyrələrində zülal və RNT sintezi ilə bağlı mexanizmlərdə pozuntular yaranır.

Alimlər bildirirlər ki, zülal sintezinin zəifləməsi hüceyrələrin stressə qarşı müqavimətini azalda, düzgün quruluşa malik olmayan zülalların toplanmasına səbəb ola bilər.

Tədqiqatın müəlliflərindən, Duke-NUS Tibb Universitetinin əməkdaşı Jak Bemoarasın sözlərinə görə, immun sisteminin fəaliyyəti yaş artdıqca sabit və eyni templə zəifləmir. Bu proses müəyyən yaş mərhələlərində daha sürətli gedir.

Araşdırmada xüsusilə T-hüceyrələrinin roluna diqqət yetirilib. Bu hüceyrələr orqanizmin infeksiyalardan qorunmasında mühüm funksiyanı yerinə yetirir.

Qadın və kişilərdə fərqli proseslər

Tədqiqat zamanı immun sisteminin qocalmasının qadınlarda və kişilərdə fərqli şəkildə baş verdiyi də müəyyənləşdirilib. Qadınlarda şiş hüceyrələri ilə mübarizə aparan T-hüceyrələri daha uzun müddət aktiv qalır. Lakin yaşlı dövrlərdə B-hüceyrələrində, təbii öldürücü hüceyrələrdə və köməkçi T-hüceyrələrində də qocalma əlamətləri müşahidə olunur.

Kişilərdə isə köməkçi T-hüceyrələrinin fəaliyyətində dəyişikliklər adətən daha erkən yaşlarda başlayır.

Alimlər hesab edirlər ki, bu fərqlər qadın və kişilərdə yaşla əlaqəli xəstəliklərin yayılma səviyyəsinə də təsir göstərə bilər. Məsələn, qadınlar orta hesabla daha uzun yaşasalar da, bəzi yaşlılıq xəstəlikləri onlarda daha çox rast gəlinir. İmmunitetin fərqli qocalma mexanizmləri autoimmun xəstəliklərin cinslər üzrə yayılma fərqini qismən izah edə bilər.

Nəticələr 2024-cü ildə aparılmış başqa bir araşdırmanın qənaətləri ilə də üst-üstə düşür. Həmin tədqiqatda insan orqanizmində təxminən 44 və 60 yaşlarda iki kəskin bioloji dəyişiklik dalğası qeydə alınmışdı. Bununla belə, əvvəlki araşdırmanın statistik metodları tənqid olunmuşdu. Yeni tədqiqatda da oxşar yanaşmalardan istifadə edildiyi üçün alimlər nəticələrin əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğunu bildirirlər.

Tədqiqat qrupu, həmçinin immun hüceyrələrindəki gen aktivliyinə əsaslanaraq insanın bioloji yaşını müəyyənləşdirən modellər hazırlayıb. Məlum olub ki, qadın və kişilərin göstəriciləri ayrı-ayrılıqda təhlil edildikdə bu modellər daha dəqiq nəticə verir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 79   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxu iflici zamanı beyində nələr baş verir?

"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman

14.11.2026 683
.

Ürək sağlamlığını qorumağa kömək edən 5 qida

Ürək-damar sisteminin sağlamlığı yalnız fiziki aktivlikdən deyil, gündəlik qidalanma vərdişlərindən də asılıdır. Düzgün seçilmiş məhsullar qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə, qan damarlarının fəaliyyətinin dəstəklənməsinə və ürək xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Xüsusil

18.11.2026 827
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26.10.2026 1184
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

01.11.2026 886
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 701
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 898
.

Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər

Beynəlxalq klinik tədqiqat göstərib ki, psixoterapiyadan əvvəl fiziki məşqlərlə məşğul olmaq depressiyadan əziyyət çəkən insanlarda yaddaş və diqqətin müəyyən göstəricilərinin yaxşılaşmasına kömək edə bilər. xəbər verir ki, bu barədə noyabrın 18-də Braziliyanın San-Paulu Tədqiqat Fondunun (FAPESP) elm

22.11.2026 278
.

Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı

"Çörək təkbaşına rasionu zərərli etmir. Əsas məsələ onun hansı miqdarda və nə ilə birlikdə yeyilməsidir". xəbər verir ki, bunu -ya rusiyalı diyetoloq və nutrisioloq Sofya Kovanova deyib. Mütəxəssisin sözlərinə görə, çörək seçimi zamanı həlledici amillər məhsulun tərkibi, lifin miqdarı, porsiyanı

22.11.2026 335
.

Quru əriyin gizli təhlükələri - Açıqlandı

"Ərik qurusu (qaysı) lif, kalium və karotinoidlərlə zəngindir, lakin onun həddindən artıq istehlakı qarında köp, qurultu və diareyaya səbəb ola bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-endokrinoloq Natalya Çadina xəbərdarlıq edib. Mütəxəssis qeyd edib ki, ərik qurusunu

20.11.2026 657
.