155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundu
Bakıda fəaliyyət göstərən ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul "Sabko" MMC-dən külli miqdarda oğurluq olub.
"Real Azərbaycan" xəbər verir ki, söhbət 155.378 manatlıq oğurluqdan gedir.
Araşdırmalar nəticəsində cinayət əməlini şirkətin 3 əməkdaşı - anbardar, sürücü və fəhlə tərəfindən törədildiyi məlum olub. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
İşçilər şirkətdən hissə-hissə 46113,84 manat dəyərində 15579 ədəd "Red Bull 250 ml" enerji içkisi, 51040,36 manat dəyərində 2610,76 kiloqram "Ankor" markalı yağı, 6785,86 manat dəyərində 1570,80 kiloqram "Tulçinka" markalı yağı, 39211,88 manat dəyərində 6502,80 kiloqram "Kalinka" markalı yağı və 12226,06 manat dəyərində 618,42 kiloqram "West gold" markalı yağı gizli yolla çıxararaq oğurlayıblar.
Əlimusa, Məmmədağa və Anar adlı işçilərin oğurluğunun üstü növbəti dəfə anbardan mal götürmək istəyərkən açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hər üç şəxs təqsirli bilinib. Onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncü təqsirləndirilən şəxs isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ildə yaradılan "Sabko" MMC-nin qanuni təmsilçisi Amil Sadıqov olsa da, direktoru Səbuhi adlı şəxsdir. Şirkətin anbarı Nərimanov rayonu, Qaradağ küçəsində yerləşir. "Sabko" MMC daha öncə də AQTA tərəfindən keçirilən yoxlamalar nəticəsində gündəmə gəlmiş, şirkətin anbarında məhsulların saxlanma şəraiti ilə bağlı nöqsanlar aşkarlanmışdı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 84 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNyu-Yorkda İsrail və Fələstin tərəfdarları arasında toqquşma baş verib
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda İsrail və Fələstin tərəfdarları arasında qarşıdurma yaşanıb. xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb. Məlumata görə, hadisə İordan çayının qərb sahilində daşınmaz əmlak satışına qarşı keçirilən etiraz aksiyası zamanı baş verib
12:45 171 MakQreqor Zelenskini ABŞ-a qarşı təxribat hazırlamaqda ittiham edib
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ı münaqişəyə təhrik edərək baş verə biləcək hadisələrin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır. xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovniki Duqlas MakQreqor "Judging Freedom" YouTube kanalına açıqlamasında bildirib. ABŞ-ı
11:16 217 Yataq otağını dağınıq göstərən 5 səhv
Yataq otağında müxtəlif parçaların, rəngarəng naxışların və dekorativ əşyaların həddindən artıq çox olması məkanın səliqəsiz görünməsinə səbəb olur. Dizaynerlər daha rahat və zövqlü interyer yaratmaq üçün bəzi detallara xüsusi diqqət yetirməyi məsləhət görürlər. Yataq otağı insanın dincəldiyi, günü
25.11.2026 426 Elmira Şabanova dəfn edildi - Yenilənib - Foto
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər. Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığınd
14:27 218 "Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü: Cənubi Qafqazda davamlı sülhə və yeni əməkdaşlıq mərhələsinə doğru
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, uzun illər davam etmiş münaqişənin ağır nəticələrinin aradan qaldırılması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması regionun gələcəyini müəyyən edən əsas siyasi məsələlərdəndir. Bu prosesdə dövlətlərarası danışıqlarla yanaşı
12:49 180 Regionlardan Bakıya iş dalınca gələnlərin NƏZƏRİNƏ
Azərbaycanda yeni iş yerlərinin böyük hissəsinin Bakı və Abşeron iqtisadi rayonlarının payına düşməsi regionlarda məşğulluq imkanlarının məhdudluğu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir. Yeni yaradılan iş yerlərinin 84 faizinin paytaxt və Abşeronun payına düşməsi iqtisadi fəallığın ərazi üzr
15:27 171 Ayasofyanın altındakı sirr... - 9 tunel, 6 yeraltı məkan tapıldı
İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib. Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrün
25.11.2026 320 Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub. O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib
25.11.2026 494 Yunanıstanda 2 900 illik qədim dağ ziyarətgahı aşkarlanıb
Yunanıstanın Evbeya adasında arxeoloqlar təxminən 2 900 il əvvələ aid qədim ziyarətgah aşkar ediblər. Tapıntının ovçuluq və vəhşi təbiət ilahəsi Artemidanın ibadət yeri olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə " "Live Science" nəşrinə istinadən məlumat yayıb. Ziyarətgah Olimpo
13:10 176