Ermənistanın qarşısında tarixi seçim: Konstitusiya və sülh prosesi
Ermənistanda Konstitusiya dəyişikliyi məsələsinin gündəmə gətirilməsi, əslində, ölkənin siyasi elitası qarşısında duran ən ciddi strateji seçimlərdən biridir. Bu, artıq yalnız Konstitusiyanın ayrı-ayrı maddələrinin dəyişdirilməsi deyil, Ermənistanın gələcək dövlətçilik ideologiyasının hansı istiqamətdə formalaşacağının müəyyənləşdirilməsi məsələsidir.
Azərbaycanın sülh prosesində ortaya qoyduğu mövqenin mahiyyəti də məhz bundan ibarətdir. Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə Konstitusiyada istinad etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı tarixi-siyasi iddiaların hüquqi müstəvidə qorunub saxlanılması kimi qiymətləndirilir. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, bunu yalnız diplomatik masada bəyan etməsi kifayət deyil. Sülh ölkənin hüquqi-siyasi sistemində, dövlətçilik konsepsiyasında və gələcək nəsillərə ötürülən siyasi mesajlarında da öz əksini tapmalıdır.
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev səsləndirib.
Ekspertin sözlərinə görə, Nikol Paşinyanın yeni Konstitusiya layihəsini gündəmə gətirməsi müəyyən siyasi iradənin ifadəsi sayıla bilər. Bununla belə, onun qarşısında ciddi daxili müqavimət də mövcuddur. Ermənistan müxalifəti bu addımı Azərbaycanın tələblərinə güzəşt kimi təqdim edir, cəmiyyətin müəyyən hissəsi isə məsələni milli kimlik və tarixi yaddaş kontekstində müzakirə edir. Beləliklə, Paşinyan sülh istiqamətində siyasi qərar verməklə yanaşı, ölkə daxilində də ciddi siyasi mübarizə aparmalı olur.
Bəhruz Quliyev hesab edir ki, Paşinyanın siyasi taleyi də müəyyən mənada bu prosesin nəticələrindən asılıdır. Referendum uğurlu olarsa, o, Ermənistanı münaqişə ideologiyasından sülh siyasətinə yönəltməyə çalışan lider kimi siyasi dividendlər əldə edə bilər. Əks halda, referendumun uğursuzluğu onun hakimiyyətinə qarşı yeni siyasi təzyiq dalğasının yaranmasına səbəb ola bilər.
"Ermənistan cəmiyyəti bir reallığı anlamalıdır: regionda yeni geosiyasi mərhələ başlayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib, regionda yeni reallıqlar formalaşıb. Bu reallıqları konstitusion mətnlərdə, siyasi bəyanatlarda və revanşist ideologiyada inkar etmək gələcəyə deyil, keçmişə qayıtmaq cəhdidir.
Sülhün yolu isə keçmişin iddialarını yaşatmaqdan deyil, yeni reallıqları qəbul etməkdən keçir", - deyə B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 64 Tarix: 27 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459