Məşhur aktrisa ölümündən sonra ağaca çevrilmək istəyir
Hollivudun əfsanəvi aktrisası, 93 yaşlı Kim Novak ölümündən sonra bədəni ilə bağlı qeyri-adi qərar verib.
Lent.az xəbər verir ki, aktrisa ənənəvi dəfn və kremasiyadan imtina edərək, ölümündən sonra cəsədinin bitkilərin yetişdirilməsi üçün münbit torpağa çevrilməsini istəyir.
Novak bu barədə "People" jurnalına müsahibəsində danışıb. O, qərarının təbiətə olan sevgisi və ekoloji düşüncələri ilə bağlı olduğunu bildirib. Aktrisa ABŞ-nin Vaşinqton ştatında insan qalıqlarının təbii üzvi parçalanma yolu ilə münbit torpağa çevrildiyi xüsusi bir müəssisə tapıb.
"Artıq elə bir yaşdayam ki, hər an dünyadan köçə bilərəm. Ancaq ölümümdən sonra mənimlə nə baş verəcəyini özüm müəyyən etmək istəyirəm. Ölmək istəmirəm, böyüməyə davam etmək istəyirəm", - Novak bildirib.
Aktrisa bir neçə il əvvəl bu istəyini vəsiyyətnaməsinə də daxil edib. O, ölümündən sonra bədənindən əldə ediləcək torpağın xüsusi qablarda yaxınlarına paylanmasını planlaşdırır.
Novak ümid edir ki, ailə üzvləri və dostları həmin torpaqdan istifadə edərək onun xatirəsinə ağac və ya müxtəlif bitkilər əkəcəklər.
"İstəyirəm ki, yaxınlarım mənim xatirəmə ağac əksinlər. Əgər belə imkanları olmasa, onların evində hansısa bitki şəklində yaşaya bilərəm. Sadəcə torpağa çevrilmək deyil, yeni bir həyatın yaranmasına səbəb olmaq istəyirəm", - aktrisa qeyd edib.
Kim Novak bu qərarı ilə digər insanları da alternativ dəfn üsulları barədə düşünməyə təşviq etmək istədiyini bildirib.
Qeyd edək ki, Kim Novak 1950-ci illərdə Hollivudun ən məşhur simalarından birinə çevrilib. O, dünya şöhrətini Alfred Hiçkokun 1958-ci ildə ekranlara çıxan "Başgicəllənmə" filmi ilə qazanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 57 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYerdən 28 işıq ili uzaqlıqda alimləri təəccübləndirən üçlü ulduz sistemi tapılıb
Astronomlar Yerdən cəmi 28 işıq ili məsafəsində Welopō’ai adlı qeyri-adi üçlü ulduz sistemi aşkar ediblər. Sistem iki ağ cırtdan və bir qırmızı cırtdandan ibarətdir. Alimlərin fikrincə, mövcud ulduz təkamülü modellərinə əsasən, bu sistem indiki formasında qorunub saxlanmamalı idi. xəbər verir ki, b
13:13 198 "Maşının pəncərəsindən şeytanı gördüm" - Papadan şok etiraflar
2025-ci il aprelin 21-də vəfat edən Katolik Kilsəsinin 266-cı Papası Fransiskinin 1992-2024-cü illəri əhatə edən şəxsi gündəliyi kitab halında nəşr edilib. "Qafqazinfo" xəbər verir ki, argentinalı kardinal Viktor Manuel Fernandez tərəfindən tərtib olunan və fransız dilində "Albin Michel"
25.11.2026 410 15° şaxta olacaq
Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperatur
12:46 217 Yunanıstanda 2 900 illik qədim dağ ziyarətgahı aşkarlanıb
Yunanıstanın Evbeya adasında arxeoloqlar təxminən 2 900 il əvvələ aid qədim ziyarətgah aşkar ediblər. Tapıntının ovçuluq və vəhşi təbiət ilahəsi Artemidanın ibadət yeri olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə " "Live Science" nəşrinə istinadən məlumat yayıb. Ziyarətgah Olimpo
13:10 185 "Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü: Cənubi Qafqazda davamlı sülhə və yeni əməkdaşlıq mərhələsinə doğru
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, uzun illər davam etmiş münaqişənin ağır nəticələrinin aradan qaldırılması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması regionun gələcəyini müəyyən edən əsas siyasi məsələlərdəndir. Bu prosesdə dövlətlərarası danışıqlarla yanaşı
12:49 189 "Sülh körpüsü": Azərbaycan və Ermənistan arasında sülhə doğru növbəti mühüm addım
Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin yaratdığı siyasi, humanitar və ictimai maneələrin aradan qaldırılması yalnız diplomatik danışıqlarla məhdudlaşmamalı, cəmiyyətlər arasında da qarşılıqlı anlaşma və etimad mühiti formalaşdırılmalıdır. Bu baxımdan "Sülh körpüsü"
12:46 197 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ
Bakıda 4, 35 və 32 nömrəli şəhər poliklinikalarında təmir işlərinin aparılması planlaşdırılır. -in məlumatına görə, təmir işləri İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçiriləcək. Üç tibb müəssisəsinin yenilənməsi üçün ümumilikdə 1 milyon manata yaxın vəsait nəzərdə tutulub. Qeyd edək ki
25.11.2026 441 Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "T-Group" MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata yaxın pul ələ keçirməkdə təqsirli bilinib. İttihamda deyilir ki
16:04 145 "Sülh körpüsü" - Cənubi Qafqazda yeni siyasi reallıqların ictimai müstəvidə möhkəmləndirilməsi
Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı mərhələsi regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturası baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər münaqişə və qarşıdurma şəraitində yaşayan Cənubi Qafqaz bu gün yeni münasibətlər sisteminin formalaşması mərhələsinə daxi
12:54 194