İnsanın çəkisi beyninin qocalmasına təsir edir - Alimlərdən xəbərdarlıq
Orta yaş dövründə artıq çəkiyə sahib olmaq yaddaşın zəifləməsi və zehni qabiliyyətlərin daha sürətlə azalması ilə əlaqəli ola bilər. Yeni araşdırma göstərib ki, bədən çəkisinin normallaşdırılması bu prosesi cəmi iki il ərzində ləngitməyə kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Corciya Universitetinin alimlərinin apardığı və "Journal of Neurology" jurnalında dərc olunan tədqiqatın nəticələrində bildirilir.
Alimlər 8200-dən çox insanı 24 il ərzində müşahidə ediblər. Araşdırma zamanı bədən kütləsi indeksinin (BKİ) artması ilə yaddaşın, diqqətin və qərarvermə qabiliyyətinin daha sürətlə zəifləməsi arasında əlaqə aşkarlanıb.
Tədqiqatçılar müəyyən ediblər ki, BKİ göstəricisinin hər bir vahid artımı icraedici funksiyaların daha sürətli pisləşməsi ilə əlaqəlidir. Bu funksiyalara tapşırıqları planlaşdırmaq, diqqəti cəmləmək və emosiyaları idarə etmək kimi zehni bacarıqlar daxildir.
Artıq çəki ilə beyin sağlamlığının pisləşməsi arasındakı ən güclü əlaqə araşdırmanın başlanmasından səkkiz il sonra müşahidə olunub. Mənfi təsirlər xüsusilə 65 yaşdan yuxarı iştirakçılarda daha qabarıq nəzərə çarpıb.
Çəkinin azaldılması beyni qoruya bilər
Tədqiqatın aparıcı müəllifi, Corciya Universitetinin İctimai Səhiyyə Kollecinin dosenti Suqanq Sonqun sözlərinə görə, çəkisini azaltmağa nail olan iştirakçılarda cəmi iki il ərzində koqnitiv funksiyaların zəifləməsi əhəmiyyətli dərəcədə yavaşlayıb.
Alimlər artıq piy toxumasının orqanizmdə xroniki iltihaba, insulin müqavimətinə və beynin qanla təchizatının azalmasına səbəb ola biləcəyini ehtimal edirlər. Bu proseslər yüngül koqnitiv pozuntular, Alsheymer xəstəliyi və digər demensiya formaları ilə əlaqələndirilir.
Qeyd edək ki, tibbdə bədən kütləsi indeksinin 30 və daha yüksək olması piylənmə göstəricisi hesab edilir.
Bununla belə, tədqiqatçılar nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Yəni artıq çəkinin birbaşa beyin funksiyalarını zəiflətdiyini qəti şəkildə demək mümkün deyil. Araşdırma yalnız bu iki amil arasında güclü statistik əlaqənin olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, çəkinin nəzarətdə saxlanılması təkcə ürək-damar xəstəlikləri və ikinci tip diabet riskinin azaldılması baxımından deyil, beyin sağlamlığının qorunması üçün də əhəmiyyətlidir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 790 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 941 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 994 Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
07.11.2026 804 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 743 Sevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 1166 Çox öskürənlər bunu oxusun
Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi
08.11.2026 851 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər
Beynəlxalq klinik tədqiqat göstərib ki, psixoterapiyadan əvvəl fiziki məşqlərlə məşğul olmaq depressiyadan əziyyət çəkən insanlarda yaddaş və diqqətin müəyyən göstəricilərinin yaxşılaşmasına kömək edə bilər. xəbər verir ki, bu barədə noyabrın 18-də Braziliyanın San-Paulu Tədqiqat Fondunun (FAPESP) elm
22.11.2026 324 Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 977