"Maşının pəncərəsindən şeytanı gördüm" - Papadan şok etiraflar
2025-ci il aprelin 21-də vəfat edən Katolik Kilsəsinin 266-cı Papası Fransiskinin 1992-2024-cü illəri əhatə edən şəxsi gündəliyi kitab halında nəşr edilib.
"Qafqazinfo" xəbər verir ki, argentinalı kardinal Viktor Manuel Fernandez tərəfindən tərtib olunan və fransız dilində "Albin Michel" nəşriyyatında çap edilən "Papa Fransiskinin Şəxsi Gündəliyi" ("The Private Diary of Pope Francis") adlı kitabda mərhum pontifikin qorxuları, özünütənqidləri və fövqəltəbii yaşantıları yer alıb.
AFP-nin kitaba istinadən yaydığı məlumata görə, Papa Fransisk şeytanın fiziki olaraq qarşısına çıxdığına əmin olduğu üç hadisəni təsvir edib. Bu qarşılaşmalardan ikisi Buenos-Ayres arxiyepiskopu olduğu dövrdə, biri isə Çili səfərindən sonra Romada baş verib.
İlk görüşün təxminən 15 il əvvəl evə qayıdarkən baş verdiyini qeyd edən Fransisk həmin anı belə xatırlayır: "Onu maşının pəncərəsindən gördüm. Təhdidedici, eyni zamanda, cazibədar gözlərini heç vaxt unutmayacağam".
İkinci qarşılaşma isə Karmelit kilsəsindəki ayin zamanı qeydə alınıb: "Mənə odlu gözlərlə baxdı. Əvvəlkindən daha şiddətli olan bu baxış od parıltıları kimi idi".
Romada bir toplantı zamanı baş verən üçüncü hadisə barədə isə o yazır: "Onu gördüm və əmrli, qalib səsini eşitdim. Səsinin güclü nəriltisini unuda bilmərəm".
Bundan əlavə, Fransisk 2018-ci il iyunun 7-də yatmağa hazırlaşarkən "cəhənnəm qapılarını" gördüyünü qeyd edib. O, "bütün gücü ilə bütpərəst cazibəsi" kimi təsvir etdiyi bu mənzərənin dəhşətindən xilas olmaq üçün təsbehindən silah kimi istifadə etdiyini bildirib: "Bir müddət izlədim və bu, məni dəhşətə gətirdi. Təsbehimi silah kimi qəbul etdim. Cəhənnəm qapılarına yaxınlaşmaq təhlükəlidir, çünki alovlar püskürə və yanıb-sönə bilər".
Qara plastiklə cildlənmiş 141 səhifəlik gündəlikdə (86 səhifəsi Papa seçilməzdən əvvəl, 55 səhifəsi isə sonra yazılıb) Fransisk özünü təkəbbür və kinayəyə görə sərt tənqid edib. 2022-ci ilin dekabrında küçədə ona səslənən sərxoş bir şəxsi görməzdən gəldiyi üçün peşman olduğunu yazaraq özünü "təkəbbürlü, özünə yalan danışan kinayəli Xorxe" adlandırıb.
1997-ci il qeydlərində isə "Geriyə baxanda həyatımda etdiyim bütün zərərləri başa düşürəm. Rəbbin mərhəmətinə nə qədər ehtiyacım var" deyə qeyd edib. Kardinal Fernandezin sözlərinə görə, gündəliyin dərc olunmasını Fransisk özü arzulayıb və indiki Papa XIV Leo da bu qeydlərin anbarda unudulmaması üçün nəşrə razılıq verib.
Qeyd edək ki, 1936-cı ildə Buenos-Ayresdə italyan mühacir ailəsində doğulan Xorxe Mario Berqolio 2013-cü il martın 13-də XVI Benediktin istefasından sonra Papa seçilmişdi. O, Katolik tarixində Latın Amerikasından və Yezuit ordenindən seçilən ilk Papa kimi tarixə düşüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 62 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyasofyanın altındakı sirr... - 9 tunel, 6 yeraltı məkan tapıldı
İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib. Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrün
23:15 65 Kəlbəcər Günü - Tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışın təntənəsi
Kəlbəcər Azərbaycanın tarixində özünəməxsus yeri, zəngin mədəni irsi, əsrarəngiz təbiəti və strateji əhəmiyyəti ilə seçilən qədim yurd yerlərimizdən biridir. Kəlbəcər Günü yalnız bir rayonun azadlığının və tarixi ədalətin bərpasının qeyd olunması deyil, həm də xalqımızın torpağa bağlılığının, milli birliyinin
12:04 321 Kəlbəcər: tarixi Zəfərdən böyük quruculuğa uzanan yol
Azərbaycan tarixində elə günlər var ki, onların siyasi, mənəvi və tarixi əhəmiyyəti zaman keçdikcə daha da artır. 25 noyabr - Kəlbəcər Şəhəri Günü də bu baxımdan xalqımızın yaddaşında xüsusi yer tutur. Bu tarix yalnız Kəlbəcərin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın dövlətçili
13:12 234 Taksi bazarında bahalaşma: Nəticə ilə deyil, səbəblərlə mübarizə aparılmalıdır
Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticələr üzərində müzakirələr aparırıq, lakin həmin nəticələri yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd
15:17 231 Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur
Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil
24.11.2026 359 Gürcüstanda Aİ-yə üzvlük kursuna qarşı çıxış edilib
Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmağa can atmamalıdır. Bu fikri "Vahid Neytral Gürcüstan" partiyasının siyasi katibi Bidzina Giorgobiani Aİ səfirlərinin quruma yeni üzv olacaq ölkələr üçün sınaq müddətinin tətbiqini dəstəkləməsini şərh edərkən bildirib. xəbər verir ki, bu barədə "Vzqlyad"
10:52 205 Saxlanılanlar arasında onlar da var - Siyahı
Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlara qarşı keçirilən əməliyyat çərçivəsində müğənni Özcan Deniz və aktrisa Deniz Çakır saxlanılıb. Axşam.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 23-ü artıq saxlanılıb
11:11 407 "Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub"
Əməkdar artist Manana Çaparidze övladları Elizabet və David haqqında danışıb. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində qızının universitetdə oxuduğunu deyib. O bildirib ki, Elizabet hüquq sahəsində təhsil alır:. "Qızım məktəbi qızıl medalla bitirib. Öz biliyi ilə universitet
15:17 364 Kəlbəcər - Zəfərdən quruculuğa, tarixi qayıdışdan yeni inkişaf mərhələsinə
25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin salnaməsində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix təkcə Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünü
12:07 202