Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi

Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsiAzərbaycan toylarında süfrəyə təqdim olunan yeməklərin çeşidinin çoxluğu zaman-zaman müzakirələrə səbəb olur. Milli Məclisin deputatı Fazil Mustafanın toylarda 20 çeşid yeməyin təqdim edilməsini "vəhşilik" adlandırması bu mövzunu yenidən gündəmə gətirib.

Lakin məsələ təkcə israfçılıqla məhdudlaşmır. Müxtəlif növ qidaların eyni məclisdə həddindən artıq istehlakı insan sağlamlığı üçün də müəyyən risklər yaradır. Eyni zamanda, bu qədər yeməyin hazırlanması, saxlanılması və süfrəyə təqdim edilməsi zamanı qida təhlükəsizliyi qaydalarına nə dərəcədə riayət olunması sual doğurur.

Digər tərəfdən, bəzi rayonlarda israfçılığın qarşısını almaq məqsədilə yas mərasimlərində yemək ehsanının verilməsindən imtina edildiyi halda, toy məclislərində də oxşar yanaşmanın tətbiqi mümkündürmü?

Toy süfrələrində çoxsaylı yeməklərin təqdim olunması hansı fəsadlara yol aça bilər? Bu cür məclislərin keçirilməsi dini baxımdan necə qiymətləndirilir?

Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, toylarda müxtəlif çeşiddə yeməklərin təqdim olunması həm israfçılığa, həm də orqanizmin həddindən artıq yüklənməsinə səbəb olur. Bu isə qida dözümsüzlüyü, mədə sancısı, şişkinlik və digər həzm problemlərinə gətirib çıxara bilər:

"Toylarda çoxçeşidli yeməklərin təqdim olunması həm büdcəyə, həm də insan sağlamlığına mənfi təsir göstərir. Orqanizm gücə düşdükdə zəhərlənmə, qida dözümsüzlüyü, mədə sancısı və şişkinlik kimi problemlər yaranır. Lakin məsələnin psixoloji tərəfləri də var. Bir qrup insan düşünür ki, toy süfrəsində kifayət qədər yemək olmasa, qonaqlar daha az pul yazdıracaqlar. Digərləri isə bəhsə girirlər. Düşünürlər ki, filankəsin toyunda süfrədə barmaq qoymağa yer yox idi, mənim övladım kimdən əskikdir ki, onun toyunda bu qədər çeşiddə yemək olmasın? Təəssüf ki, cəmiyyətdə bu cür stereotiplər formalaşıb.

İnsanın qidalanma və süfrə mədəniyyəti olmalıdır. Salatlarda, qarnirlərdə, şirniyyatlarda, düyüdə, qazlı içkilərdə və meyvələrdə karbohidratlar var. Toyda ət, toyuq və balıqla yanaşı, karbohidratlarla zəngin qidaların həddindən artıq istehlakı orqanizmin yüklənməsinə səbəb olur.

Fikrimcə, şadlıq saraylarında düzgün və balanslaşdırılmış menyu formalaşdırılmalıdır. Menyu daha qənaətli olarsa, toy sahibləri də maddi cəhətdən yüklənməz, borc götürməyə, kredit almağa məcbur qalmazlar. Menyuda yemək çeşidi artdıqca toya yazdırılan pulun məbləği də artır. Bu isə nə qonaqlara, nə də toy sahibinə sərf edir.

Şadlıq saraylarında insanlar bəzən aqressiv şəkildə qidalanırlar. Adam düşünür ki, toya 100 manat yazdırmışamsa, süfrədəki bütün yeməklərin dadına baxmalıyam. Həddindən artıq qidalanma isə ciddi sağlamlıq problemlərinə, xüsusilə ürək-damar xəstəlikləri olan insanlarda ağır fəsadlara səbəb ola bilər. Təkcə qidalanma deyil, toylarda musiqinin həddindən artıq yüksək səslə səsləndirilməsi də ürək sağlamlığına mənfi təsir göstərə bilər".

İlahiyyatçı Elşad Miri Lent.az-a açıqlamasında bildirib ki, toy məclislərində israfçılığın qarşısını almaq üçün yeni yanaşma tətbiq edilməlidir:

"Bu məsələyə bir əlac tapılmalıdır. Bəzən toya dəvət olunanda evdə yemək yeyib gedirəm ki, məclisdə təqdim olunan yeməklərdən dadmayım. Çünki bəzi restoranlarda yeməklərin nə dərəcədə sağlam olduğunu, hansı şəraitdə saxlanıldığını, istifadə müddəti bitmiş məhsullardan hazırlanıb-hazırlanmadığını bilmirik. Digər tərəfdən, insanın 20 çeşid yeməyin hamısından yeməsi mümkün deyil. Bəziləri isə düşünür ki, toya pul yazdırırsa, həmin pula uyğun da yemək yeməlidir.

Bir neçə toyda iştirak etmişəm və düşünürəm ki, orada tətbiq olunan təcrübə çox yaxşıdır. Masada hər kəsin qarşısına zərf qoyulur. Zərfin üzərində qeyd olunur ki, yeni ailə quran cütlüyə dəstək məqsədilə imkan daxilində pul hədiyyə etmək olar. Hər kəs adını qeyd etmədən həmin zərfə öz büdcəsinə uyğun pul qoyur. Bu, nə borc kimi qeydə alınır, nə də dəftərə yazılır. Belə toylarda insanlar daha rahat iştirak edir və əylənirlər. Burada əsas məsələ iki insanın xoşbəxtliyidir. Bir günlük məclis üçün bu qədər yeməyə, içkiyə və müğənnilərə pul xərcləmək nə dərəcədə doğrudur?

Türkiyədə imkanlı bir ailənin yeganə övladının toyuna dəvət olunmuşdum. Məclis malikanədə keçirilirdi. Toy Tarkanın mahnısı ilə başlayanda düşündüm ki, yəqin, müğənninin özünü də dəvət ediblər. Sonra gördüm ki, məclisdə yalnız bir DJ var. Masanın üzərində isə toydan toplanan pul və qızıl hədiyyələrinin bir fonda bağışlanacağı qeyd olunmuşdu. Məclisdə cəmi üç çeşid yemək təqdim edilirdi.

Buna baxmayaraq, insanlar rahat şəkildə əylənirdilər. Azərbaycanda da bu cür toyların şahidi olmuşam. Belə məclislər daha şən və səmimi keçir. Toyda israfçılığa yol verməyin, müğənnilərə böyük məbləğdə pul xərcləməyin yeni ailə quran cütlüyün sonrakı həyatına heç bir müsbət təsiri yoxdur. Bütün bunlar sadəcə başqalarına özünü göstərmək məqsədi daşıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 48   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, icra başçısının mülklərinin demək olar, hamısı Bakıda yerləşir:. 1. Bakıda fərqli ünvanlarda bir neçə mənzil;. 2. Bağ evi;. 3. Qeyri-yaşayı

16:23 211
.

Kəlbəcər: tarixi Zəfərdən böyük quruculuğa uzanan yol

Azərbaycan tarixində elə günlər var ki, onların siyasi, mənəvi və tarixi əhəmiyyəti zaman keçdikcə daha da artır. 25 noyabr - Kəlbəcər Şəhəri Günü də bu baxımdan xalqımızın yaddaşında xüsusi yer tutur. Bu tarix yalnız Kəlbəcərin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın dövlətçili

13:12 201
.

Filarmoniyaya bilet aldı, konsert əvəzinə divarı izlədi

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert izləməyə gələn tamaşaçı zalda oturacaqların yerləşməsindən şikayətlənib. Axşam.az xəbər verir ki, o, amfiteatr hissəsinə bilet alsa da, səhnəni görə bilmədiyini bildirib. Tamaşaçı qeyd edib ki, stollar elə formada düzülüb ki, ancaq divarı görmək mümkündür:

24.11.2026 503
.

Kəlbəcərin dirçəlişi: tarixi torpaqlarda yeni inkişaf mərhələsi və Böyük Qayıdışın strateji hədəfləri

Kəlbəcərin yenidən qurulması Azərbaycanın müasir tarixində dövlətçilik iradəsinin, milli həmrəyliyin və iqtisadi inkişaf strategiyasının ən mühüm təzahürlərindən biridir. Uzun illər işğalın ağır nəticələrini yaşamış bu qədim diyar bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Dağıdılmış yaşayış məntəqələrini

14:31 177
.

İbrahimoviç kriminal serialda cinayətkar rolunu oynayacaq

İsveçin əfsanəvi futbolçusu Zlatan İbrahimoviç karyerasını kino sahəsində davam etdirə bilər. xarici KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı sabiq futbolçu Britaniyanın məşhur "MobLand" ("Qanqsterlər dünyası") kriminal serialının üçüncü mövsümündə mənfi obrazlardan birini canlandırma

18:30 114
.

Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib

Bu gün Hörmüz boğazında qayda pozuntusuna yol vermiş daha bir neft tankeri dəniz minasına düşüb, nəticədə güclü partlayış və yanğın baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bəyanat yayıb. Bildirilib ki, tanke

24.11.2026 349
.

ABŞ-də Trampın qətlinə çağırış: Venesuela vətəndaşı saxlanıldı

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ Prezidenti Donald Trampın qətlinə çağırış edən materiallar yaydığına görə Venesuela vətəndaşını saxlayıblar. -ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən bildirilib. O, ABŞ prezidentinin öldürülməsinə çağırışla

24.11.2026 338
.

Bakıda iki azyaşlı bacı vəfat etdi

Bakıda iki azyaşlı bacı vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib. Yaxınları qızların tibb

13:08 408
.

İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri mən

17:07 171
.