364 minlik qızıl aparan qadının qızı: "Anam üfürüb, oxuyub qaytaracaq"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M.-ə işgəncə verməkdə və dələduzluqda təqsirləndirilən Günay Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, prosesdə zərərçəkmiş B.S. ifadə verib. O, təqsirləndirilən Günay Novruzovaya sırğa və üzüklərdən ibarət dörd komplekt qızıl verdiyini bildirib:
"Ümumilikdə 363 min 70 manatım gedib. Mən aldadıldığımı Günay saxlanıldıqdan sonra anladım və həmin vaxt qızılları geri istədim. Onun qızı dedi ki, səndən başqasının da qızılları var, qarışdıraram. Bildirdi ki, anam çıxandan sonra üfürüb, oxuyub qaytaracaq. Bir dəfə də ondan istəyəndə qızı dedi ki, qızılları Nərimanovdakı lombarda qoymuşam".
Növbəti məhkəmə prosesi dekabrın 16-sı saat 11:00-a təyin edilib.
Xatırladaq ki, 2019-cu ildə Ü.M.-in atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü qarşısında qətlə yetirib.
Hadisədən sonra uşaqların xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək onların qəyyumu təyin olunmasını xahiş edib.
2025-ci il sentyabrın 1-də yeniyetmənin məişət zorakılığına məruz qalması barədə daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının nümayəndələri ailənin yaşadığı ünvana baş çəkiblər.
Məlum olub ki, yeniyetmə qəyyumu ilə birlikdə Lənkərandadır. Daha sonra polis əməkdaşları onları Bakıya gətiriblər.
Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, G.Novruzovaya Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 (əzabvermə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 63 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni Ay torpağında yeməli kartof yetişdirildi
NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar. "Qafqazinfo" xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətind
24.11.2026 338 Kəlbəcər - Zəfərdən quruculuğa, tarixi qayıdışdan yeni inkişaf mərhələsinə
25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin salnaməsində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix təkcə Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünü
12:07 183 Maaş xərclərə çatmır, çıxış yolu kredit olur
Əhalinin borc yükündən qurtula bilməməsini yalnız insanların şəxsi maliyyə vəsaitlərini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Bu problemin yaranmasında həm maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik zəruri xərcləri tam qarşılamaqda çətinlik çəkməsi eyni vaxtda rol oynayır
12:09 224 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı
Bakıda 29 yaşlı kişinin meyiti tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Fərid Vahid oğlu Nurəliyevin meyiti rayon ərazisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Faktla bağlı araşdırmala
24.11.2026 381 Sabaha gözlənilən hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
12:11 218 Kəlbəcər Zəfərin, qayıdışın və Azərbaycanın yenilməz iradəsinin təntənəsidir
25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını, dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün yalnız Kəlbəcərin işğaldan azad olunmasının ildönümü deyil, həm də Azərbaycan dövlətini
12:14 191 Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir. "Qafqazinfo" xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-da
15:02 260 Filarmoniyaya bilet aldı, konsert əvəzinə divarı izlədi
Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert izləməyə gələn tamaşaçı zalda oturacaqların yerləşməsindən şikayətlənib. Axşam.az xəbər verir ki, o, amfiteatr hissəsinə bilet alsa da, səhnəni görə bilmədiyini bildirib. Tamaşaçı qeyd edib ki, stollar elə formada düzülüb ki, ancaq divarı görmək mümkündür:
24.11.2026 498 Saxlanılanlar arasında onlar da var - Siyahı
Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlara qarşı keçirilən əməliyyat çərçivəsində müğənni Özcan Deniz və aktrisa Deniz Çakır saxlanılıb. Axşam.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 23-ü artıq saxlanılıb
11:11 336