Yunanıstanda 2 900 illik qədim dağ ziyarətgahı aşkarlanıb

Yunanıstanda 2 900 illik qədim dağ ziyarətgahı aşkarlanıbYunanıstanın Evbeya adasında arxeoloqlar təxminən 2 900 il əvvələ aid qədim ziyarətgah aşkar ediblər. Tapıntının ovçuluq və vəhşi təbiət ilahəsi Artemidanın ibadət yeri olduğu ehtimal edilir.

BiG.AZ xəbər verir ki, bu barədə "NEWS.am" "Live Science" nəşrinə istinadən məlumat yayıb.

Ziyarətgah Olimpos dağının Elatias zirvəsi yaxınlığında yerləşir. Araşdırmalar göstərir ki, insanlar bu əraziyə eramızdan əvvəl IX əsrdən eramızın I-II əsrlərinədək, yəni 1000 ildən artıq müddətdə ibadət məqsədilə gəliblər.

Maraqlıdır ki, ərazidə məbəd və ya digər tikili qalıqları aşkarlanmayıb. Ziyarətgahın mövcudluğu çoxsaylı saxsı qab qırıqları, eləcə də qayaların yarıqlarında tapılan heyvan sümükləri əsasında müəyyən edilib. Bəzi qoyun və keçi sümüklərində yüksək temperaturun təsirləri qeydə alınıb. Bu isə alimlərə burada qurbanvermə mərasimlərinin və dini ziyafətlərin keçirildiyini düşünməyə əsas verib.

Arxeoloqlar ziyarətgahın əsasən qədim Eretria şəhərinin sakinləri tərəfindən ziyarət edildiyini ehtimal edirlər. Zirvəyə çatmaq üçün təxminən üç kilometr məsafə qət etmək və 650 metr yüksəklik fərqini aşmaq lazım gəlib. Tədqiqatçılar bu çətin yürüşün də dini mərasimin bir hissəsi ola biləcəyini düşünürlər.

Ərazidə tapılan qədim yazılardan birində "Olimposlu Artemida" ifadəsinin yer alması ziyarətgahın məhz bu ilahəyə həsr edilməsi ehtimalını gücləndirir. Bununla belə, fərziyyəni təsdiqləyəcək qurbangah hələ aşkarlanmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 60   Tarix: 26 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan-Ermənistan münasibətlərində etimadın sınağı və Cənubi Qafqazın yeni gələcək perspektivləri

Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm mərhələyə çevrilib. Uzun illər münaqişə, qarşıdurma və geosiyasi rəqabətlə müşayiət olunan region bu gün sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivlər

12:56 56
.

İsrail ABŞ-la İran arasında yeni müharibəyə nail olmaq istəyir - Araqçi

İsrail İranı kimyəvi silah hazırlamaqda ittiham etməklə Yaxın Şərqdəki qarşıdurmanı daha da gərginləşdirməyə çalışır. Tehran hesab edir ki, Təl-Əviv Vaşinqtonu İrana yenidən hücum etməyə sövq etmək istəyir. xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib. Onun sözlərinə görə

13:00 36
.

Taksi bazarında bahalaşma: Nəticə ilə deyil, səbəblərlə mübarizə aparılmalıdır

Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticələr üzərində müzakirələr aparırıq, lakin həmin nəticələri yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd

25.11.2026 324
.

"Sülh körpüsü"nün beşinci görüşü: Azərbaycan-Ermənistan münasibətlərində etimad və davamlı sülh perspektivləri

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən təşəbbüslər sırasında "Sülh körpüsü" dialoq platforması xüsusi əhəmiyyət daşıyır. İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrini

12:41 71
.

"Sabah" - "Barselona" oyununda azarkeş öldü (FOTO)

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionund

10:23 229
.

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir. "Qafqazinfo" xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-da

25.11.2026 509
.

Arvadını onun büstqalteri ilə BOĞDU

Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində sərxoş vəziyyətdə arvadını büstqalterlə boğaraq öldürən 55 yaşlı kişiyə hökm oxunub. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə kişini Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib. Təqsirləndirilə

25.11.2026 450
.

Ukraynaya Eurofighter tədarükü İtaliyada mübahisələrə yol açıb

İtaliyanın Ukrayna Silahlı Qüvvələrinə Eurofighter qırıcı təyyarələri göndərməyi planlaşdırması ölkənin hərbi rəhbərliyinin siyasətinə yönələn tənqidlərə səbəb olub. xəbər verir ki, bu barədə Belluno şəhərində yerləşən UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italyan ekspert

10:55 169
.

Ayasofyanın altındakı sirr... - 9 tunel, 6 yeraltı məkan tapıldı

İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib. Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrün

25.11.2026 297
.