Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi

Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildiAvropa Kosmik Agentliyinin (ESA) "Evklid" kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib.

"Qafqazinfo" xəbər verir ki, ESA-nın məlumatına görə, "J1504+6252" adı ilə tanınan və "Dun Aonghasa" kimi də adlandırılan obyekt kainatın hələ çox gənc olduğu dövrə - təxminən 13,1 milyard il əvvələ aiddir.

Bu tapıntı "Evklid"in bir neçə ay əvvəl qeydə aldığı ən uzaq kvazar rekordunu 40 milyon il üstələyir.

Təxminən 18 aylıq müşahidə məlumatlarının milyonlarla səma cismi arasında təhlil edilməsi nəticəsində tapılan kvazarın varlığı həm yerdəki, həm də kosmosdakı teleskoplarla aparılan müşahidələrlə təsdiqlənib. "James Webb" kosmik teleskopunun apardığı müşahidələr kvazarın mərkəzindəki qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 360 milyon dəfə böyük olduğunu göstərib. Maraqlısı budur ki, bu qara dəlik ətrafındakı maddəni digər uzaq kvazarlardakı analoqları ilə müqayisədə daha yavaş udur.

Kainatın cəmi 630 milyon il yaşında olduğu vaxt belə nəhəng kütləli qara dəliyin necə yaranması və bu qədər sürətlə böyüməsi alimlər üçün yeni suallar doğurur. Yeni nəticələr qara dəliklərin formalaşmasını və inkişafını izah edən mövcud nəzəri modelləri ciddi sınaq qarşısında qoyur. Mərkəzlərindəki supermassiv qara dəliklərin ətrafdakı qazı cəlb etməsi sayəsində böyük enerji buraxan kvazarlar qalaktikaların aktiv nüvələri kimi tanınır. 2023-cü ildə orbitə buraxılan "Evklid" kosmik teleskopu isə kainatın qaranlıq maddə və qaranlıq enerji kimi hələ tam öyrənilməmiş xüsusiyyətlərini araşdırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 67   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcər - Zəfərin, milli iradənin və Böyük Qayıdışın rəmzi

Kəlbəcər Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birini, eyni zamanda milli iradənin, sarsılmaz dövlətçilik əzminin və tarixi ədalətin təntənəsini özündə birləşdirən müqəddəs torpaqlarımızdan biridir. Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin işğaldan azad olunmasının ildönümünü qeyd etmək deyil

25.11.2026 214
.

Prezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d

25.11.2026 217
.

İbrahimoviç kriminal serialda cinayətkar rolunu oynayacaq

İsveçin əfsanəvi futbolçusu Zlatan İbrahimoviç karyerasını kino sahəsində davam etdirə bilər. xarici KİV-ə istinadla xəbər verir ki, 45 yaşlı sabiq futbolçu Britaniyanın məşhur "MobLand" ("Qanqsterlər dünyası") kriminal serialının üçüncü mövsümündə mənfi obrazlardan birini canlandırma

25.11.2026 203
.

İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri mən

25.11.2026 242
.

Paşinyan: "Rumıniya Aİ-yə açılan qapıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. "Rumıniya təkcə çox vacib yeni bazar deyil, həm də limanları sayəsində Avropa İttifaqına açıla

25.11.2026 202
.

Kəlbəcər - Zəfərdən quruculuğa, tarixi qayıdışdan yeni inkişaf mərhələsinə

25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin salnaməsində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix təkcə Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünü

25.11.2026 202
.

Gürcüstanda Aİ-yə üzvlük kursuna qarşı çıxış edilib

Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmağa can atmamalıdır. Bu fikri "Vahid Neytral Gürcüstan" partiyasının siyasi katibi Bidzina Giorgobiani Aİ səfirlərinin quruma yeni üzv olacaq ölkələr üçün sınaq müddətinin tətbiqini dəstəkləməsini şərh edərkən bildirib. xəbər verir ki, bu barədə "Vzqlyad"

25.11.2026 205
.

Kəlbəcərin inkişafı Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm istiqamətidir

Kəlbəcərin inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin ən mühüm istiqamətlərindən biridir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların geri qayıtması, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi potensialın hərəkət

25.11.2026 229
.

Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi

Azərbaycan toylarında süfrəyə təqdim olunan yeməklərin çeşidinin çoxluğu zaman-zaman müzakirələrə səbəb olur. Milli Məclisin deputatı Fazil Mustafanın toylarda 20 çeşid yeməyin təqdim edilməsini "vəhşilik" adlandırması bu mövzunu yenidən gündəmə gətirib. Lakin məsələ təkcə israfçılıqla məhdudlaşmır

25.11.2026 196
.