Yerdən 28 işıq ili uzaqlıqda alimləri təəccübləndirən üçlü ulduz sistemi tapılıb
Astronomlar Yerdən cəmi 28 işıq ili məsafəsində Welopō’ai adlı qeyri-adi üçlü ulduz sistemi aşkar ediblər. Sistem iki ağ cırtdan və bir qırmızı cırtdandan ibarətdir. Alimlərin fikrincə, mövcud ulduz təkamülü modellərinə əsasən, bu sistem indiki formasında qorunub saxlanmamalı idi.
BiG.AZ xəbər verir ki, bu barədə NEWS.am TECH "Space.com" nəşrinə istinadən məlumat yayıb.
Tədqiqatçılar əvvəlcə qırmızı cırtdanın ətrafında planet axtararkən onun yaxınlığında daha bir ulduzun qalıqlarını aşkar ediblər. Sonrakı müşahidələr nəticəsində həmin obyektin ağ cırtdan olduğu müəyyənləşib.
Welopō’ai sistemindəki iki ağ cırtdan əvvəllər daha böyük kütləli ulduzlar olub. Onlar təkamül prosesində qırmızı nəhəng mərhələsinə keçib, xarici təbəqələrini itirərək sıx ulduz qalıqlarına çevriliblər.
Alimləri təəccübləndirən əsas məqam isə qırmızı cırtdanın bu prosesdən sağ çıxmasıdır. Çünki qırmızı nəhənglərin ölçüləri kəskin böyüdükdə yaxınlıqdakı ulduzların orbitləri pozula, hətta onlar nəhəng ulduzun xarici təbəqələrinin daxilində qala bilərlər.
Tədqiqatçılar hələlik sistemin bu günə qədər necə qorunub saxlandığını izah edən dəqiq ssenari irəli sürə bilmirlər.
Qeyd edək ki, Welopō’ai adı Havay dilində "ailə xətlərinin yolu" mənasını verir. Kəşf noyabrın 19-da "Astronomy & Astrophysics" jurnalında dərc olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 68 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan-Ermənistan münasibətlərində etimadın sınağı və Cənubi Qafqazın yeni gələcək perspektivləri
Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm mərhələyə çevrilib. Uzun illər münaqişə, qarşıdurma və geosiyasi rəqabətlə müşayiət olunan region bu gün sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivlər
12:56 56 İsrail ABŞ-la İran arasında yeni müharibəyə nail olmaq istəyir - Araqçi
İsrail İranı kimyəvi silah hazırlamaqda ittiham etməklə Yaxın Şərqdəki qarşıdurmanı daha da gərginləşdirməyə çalışır. Tehran hesab edir ki, Təl-Əviv Vaşinqtonu İrana yenidən hücum etməyə sövq etmək istəyir. xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib. Onun sözlərinə görə
13:00 36 Taksi bazarında bahalaşma: Nəticə ilə deyil, səbəblərlə mübarizə aparılmalıdır
Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticələr üzərində müzakirələr aparırıq, lakin həmin nəticələri yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd
25.11.2026 324 "Sülh körpüsü"nün beşinci görüşü: Azərbaycan-Ermənistan münasibətlərində etimad və davamlı sülh perspektivləri
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən təşəbbüslər sırasında "Sülh körpüsü" dialoq platforması xüsusi əhəmiyyət daşıyır. İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrini
12:41 71 "Sabah" - "Barselona" oyununda azarkeş öldü (FOTO)
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionund
10:23 229 Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir. "Qafqazinfo" xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-da
25.11.2026 509 Arvadını onun büstqalteri ilə BOĞDU
Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində sərxoş vəziyyətdə arvadını büstqalterlə boğaraq öldürən 55 yaşlı kişiyə hökm oxunub. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə kişini Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib. Təqsirləndirilə
25.11.2026 450 Ukraynaya Eurofighter tədarükü İtaliyada mübahisələrə yol açıb
İtaliyanın Ukrayna Silahlı Qüvvələrinə Eurofighter qırıcı təyyarələri göndərməyi planlaşdırması ölkənin hərbi rəhbərliyinin siyasətinə yönələn tənqidlərə səbəb olub. xəbər verir ki, bu barədə Belluno şəhərində yerləşən UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italyan ekspert
10:55 169 Ayasofyanın altındakı sirr... - 9 tunel, 6 yeraltı məkan tapıldı
İstanbulda yerləşən Ayasofya məscidinin altında yüzillərlə gizli qalan tarixi tunel və yeraltı məkanlar üzə çıxarılıb. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində 6 yeraltı məkan və 9 tunel müəyyən edilib. Mütəxəssislər bəzi tunel və məkanların Roma dövrün
25.11.2026 297