Özünü tənha hiss edənlərin yarısı bu risklə üz-üzədir
Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş zəifliyi) riskini 38 faiz artırır.
"Qafqazinfo"nun xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri tərəfindən aparılan 30 illik araşdırmanın nəticələri bunu deməyə əsas verir.
"Aging & Mental Health" jurnalında dərc olunan tədqiqat 1988-2018-ci illər ərzində 3777 nəfərin sağlamlıq göstəricilərinin izlənilməsi əsasında hazırlanıb.
Tədqiqat çərçivəsində iştirakçılar "heç vaxt tənha olmayanlar", "vaxtaşırı tənhalıq yaşayanlar" və "xroniki tənhalıq yaşayanlar" olmaqla üç qrupa bölünüb. Nəticələr göstərib ki, xroniki tənhalıq qrupuna daxil olan şəxslərin 49 faizində demensiya inkişaf edib. Bu göstərici vaxtaşırı tənhalıq yaşayanlarda 34 faiz, heç vaxt tənha olmayanlarda isə 33 faiz təşkil edib. Statistik təhlillər müvəqqəti tənhalığın demensiya riskinə ciddi təsir etmədiyini, lakin davamlı tənhalığın bu riski 38 faiz yüksəltdiyini ortaya qoyub.
Bordo İctimai Səhiyyə Mərkəzinin baş tədqiqatçısı Karine Peres bildirib ki, həyatın müəyyən dövrlərində tənhalıq hiss etmək təbiidir, lakin təhlükəli olan bu halın xroniki xarakter almasıdır.
Onun sözlərinə görə, uzunmüddətli tənhalıq xroniki stressə səbəb olur və immun sistemini zəiflədərək orqanizmdə iltihabi prosesləri gücləndirir. Bundan əlavə, tənhalıq fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə müşayiət olunur ki, bu da demensiyaya yol açan ürək-damar xəstəlikləri və diabet riskini artırır.
Araşdırmanın aparıcı müəllifi İvanna Simon isə vurğulayıb ki, səhiyyə və sosial xidmət mütəxəssisləri tənhalıq riskini qiymətləndirərkən təkcə insanın kiminləsə birgə yaşayıb-yaşamamasına deyil, onun özünü nə dərəcədə tənha hiss etməsinə və sosial əlaqə qurma bacarığına da diqqət yetirməlidirlər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 140 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər
"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin
15.11.2026 402 İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15.11.2026 485 Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir
Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl
16.11.2026 633 Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas
16.11.2026 529 Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları
ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi
18.11.2026 1724 Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15.11.2026 535 250 milyon ildən sonra Yer fərqli görünəcək - Alimlər dörd ssenari irəli sürür
Təxminən 250 milyon il sonra Yer kürəsinin indiki xəritəsi tamamilə dəyişə bilər. Qitələrin hərəkəti nəticəsində Atlantik okeanı yox ola, bütün materiklər isə yenidən birləşərək nəhəng superqitə yarada bilər. BİG.AZ xəbər verir ki, bu barədə "Ilmessaggero" nəşri geoloqların araşdırmaların
18.11.2026 442 "Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15.11.2026 363 Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14.11.2026 325