Travmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video
"Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya da var işləmir. Bu bilirsiz nəyə bənzəyir? Elə bil ki, dərzidir iynəsi yoxdur, bərbərdir qayçısı yoxdur…"
"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında radioloq Aydın Əliyev yazıb.
Həkimin sözlərinə görə, bu sümük patalogiyaları ilə məşğul olan respublika əhəmiyyətli mərkəzdə bu müayinənin olmaması məyusedicidir. O, həmçinin institutda yumşaq toxuma-əzələ, vətər, qığırdaq, disk, menisk və s. zədələnmələrinin diaqnostikasında ən vacib diaqnostika metodu olan MRT (Maqnit Rezonans Tomoqrafiya) cihazının da olmadığını qeyd edib.
Baku TV iddialarla bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Xəstəxananın mətbuat katibi verilən sualları cavablandırmayıb.
Səhiyyə Nazirliyindən isə sorğuya cavab olaraq bildirilib ki, sözügedən müayinə əsas diaqnostik üsul deyil: "Densitometriya sümük-mineral sıxlığının kəmiyyət göstəricilərinin müəyyən edilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, travmatologiya və ortopediya sahəsində bu müayinə əsas diqanostik üsul deyil. Zəruri hallarda tətbiq olunan əlavə müayinə vasitələrindən biridir. İnstitutda travmotoloji və ortopedik xəstəliklərin diqanostikası və müalicəsi mövcud tibbi texniki imkanlar, klinik göstərişlər və müasir tibbi yanaşmalar əsasında həyata keçirilir. Hər bir pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq müvafiq müayinə üsulu müəyyən edilir".
Daha ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 333 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
20.11.2026 273 Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazı
20.11.2026 235 Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:. - Sosial və iqtisadi sahələrd
20.11.2026 430 Jurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so
20.11.2026 247 İntensiv yağış yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında
20.11.2026 284 Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20.11.2026 2 Universitet divarları arasında baş verən faciə və cavabsız qalan suallar
Bakı Dövlət Universitetinin müəllimi Nərman Süleymanovun faciəli ölümü cəmiyyətdə ciddi suallar doğurub. Bu hadisə artıq yalnız bir insanın taleyi ilə bağlı məsələ deyil. O, ali təhsil müəssisələrində münasibətlər, akademik etika, tələbə hüquqları, müəllim nüfuzu və universitet rəhbərliyinin məsuliyyət
20.11.2026 253 Zamanın sınaqlarından çıxmış Azərbaycan-Vyetnam əlaqələri
Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə çıxışları, eləcə də dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki dövlətimizin başçıs
20.11.2026 257 Bakı-Hanoi xəttində yeni perspektivlər: İlham Əliyevin səfəri nə vəd edir?
"Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ölkəmizin xarici siyasətində Asiya istiqamətinin gücləndirilməsi, yeni siyasi və iqtisadi tərəfdaşlıqların qurulması baxımından mühüm hadisədir. Bu səfər, eyni zamanda, Azərbaycan diplomatiyasının praqmatik, çoxşaxəli və milli maraqlar
20.11.2026 243