Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibAzərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

*

Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:

- Sosial və iqtisadi sahələrdə qazandığınız mühüm nailiyyətlər Azərbaycanın regionda və dünyada nüfuzunun artmasına kömək etmişdir. Biz hər zaman Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm veririk. Məmnunluq hissi ilə qeyd edirəm ki, münasibətlərimiz bütün sahələrdə çox yaxşı irəliləyir. Bütün səviyyələrdə nümayəndə heyətləri arasında mübadilələr aparılıb və beynəlxalq arenada səmərəli əlaqələndirmə həyata keçirilib, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və ticarət, energetika, neft və qaz sahələrində əməkdaşlığımız inkişaf edib, xalqlarımız arasında təmaslar fəallaşıb.

Parlamentlərimiz arasında əməkdaşlıq da mühüm rol oynayır. Vyetnamın Milli Assambleyası və Azərbaycanın Milli Məclisi birlikdə sıx çalışıblar və beynəlxalq forumlarda bir-birinə dəstək göstəriblər. Ötən il İsveçrədə parlament sədrlərinin toplantısında mən Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirdim. Arzu edirəm ki, strateji tərəfdaşlığımıza daha çox töhfə vermək üçün iki ölkənin parlamentləri əməkdaşlığını davam etdirsin. Baş nazirimizlə keçirdiyiniz çox məhsuldar görüş münasibətilə Sizi təbrik edirəm. Bildiyimə görə, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın sabah Sizinlə rəsmi görüşü olacaq.

Buyurun, söz Sizindir.

*

Sonra çıxış edən Prezident İlham Əliyev deyib:

- Təşəkkür edirəm, cənab Milli Assambleyanın sədri. Əziz dostlar, qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Sizin gözəl ölkənizi ziyarət etməyə çox şadam. Sizin də qeyd etdiyiniz kimi, Vyetnam və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu, hökumətlərarası münasibətlərin çox yüksək səviyyəsini nümayiş etdirir.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Prezidentinin ötən il Azərbaycana dövlət səfəri ilə bağlı mənim xoş xatirələrim var. O, məni ölkənizə dəvət etdi və mən yenidən buraya səfər etməyimə şadam. Mən on ildən artıq müddət əvvəl Vyetnamı ziyarət etmişdim və bir çox dəyişiklikləri görürəm. Ölkənizin inkişafında bütün nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm.

Bəli, düz buyurursunuz, mənim cənab Baş nazirlə çox məhsuldar görüşüm oldu. Biz əsasən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdik. Dünyada hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, qeyd etdiyiniz sahələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ixrac etdiyi enerji resurslarının tədarük zənciri olduqca etibarlıdır. Azərbaycan müxtəlif qitələrdə yerləşən bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hesab edirəm ki, ikitərəfli münasibətlərimizin önəmli nailiyyətlərindən biri də bizim enerji sahəsində əməkdaşlığın davam etdirilməsi üzrə aydın baxışa və çərçivəyə malik olmağımızdır. Həmişə qeyd etdiyimiz kimi, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir.

*

Dövlət başçısı özünün 2014-cü ildə Vyetnama səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə çox müsbət və nəticəyönümlü olduğunu vurğulayaraq, Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd edib.

Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlət başçısı bu xüsusda iki ölkənin parlament strukturları arasında əməkdaşlığı vurğulayıb.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib.

Azərbaycanın Orta Dəhlizin həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalarda mühüm tranzit marşrutu olduğunu deyən dövlət başçısı bunun Vyetnam şirkətlərinə də daşımalar üçün əlverişli imkanlar yaratdığını bildirib.

Çan Tan Man ötən il Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın önəminə toxunub.

Milli Assambleyanın sədri ölkələrimizin çoxtərəfli platformalarda yaxından əməkdaşlıq etdiyini deyərək, Vyetnamın Azərbaycanla ASEAN arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğunu deyib.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təsisatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdikləri vurğulanıb.

Görüşdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin müntəzəm səfərlərinin təşkili, iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, insanlararası təmaslar, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 483   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20.11.2026 273
.

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar

Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazı

20.11.2026 235
.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:. - Sosial və iqtisadi sahələrd

20.11.2026 430
.

Jurnalistlər üçün müsabiqə elan edildi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so

20.11.2026 247
.

İntensiv yağış yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında

20.11.2026 284
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20.11.2026 2
.

Universitet divarları arasında baş verən faciə və cavabsız qalan suallar

Bakı Dövlət Universitetinin müəllimi Nərman Süleymanovun faciəli ölümü cəmiyyətdə ciddi suallar doğurub. Bu hadisə artıq yalnız bir insanın taleyi ilə bağlı məsələ deyil. O, ali təhsil müəssisələrində münasibətlər, akademik etika, tələbə hüquqları, müəllim nüfuzu və universitet rəhbərliyinin məsuliyyət

20.11.2026 253
.

Zamanın sınaqlarından çıxmış Azərbaycan-Vyetnam əlaqələri

Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə çıxışları, eləcə də dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki dövlətimizin başçıs

20.11.2026 257
.

Bakı-Hanoi xəttində yeni perspektivlər: İlham Əliyevin səfəri nə vəd edir?

"Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ölkəmizin xarici siyasətində Asiya istiqamətinin gücləndirilməsi, yeni siyasi və iqtisadi tərəfdaşlıqların qurulması baxımından mühüm hadisədir. Bu səfər, eyni zamanda, Azərbaycan diplomatiyasının praqmatik, çoxşaxəli və milli maraqlar

20.11.2026 243
.