İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib.
Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 817 elektromobil sata bilib. Halbuki sentyabr ayında "Tesla" satış reytinqində dördüncü yerdə qərarlaşmışdı.
Müqayisə üçün, oktyabrda "Nio" 34 030, "Li Auto" isə 27 018 avtomobil satıb.
Reytinqə 250 301 avtomobil satışı və 22,4 faizlik bazar payı ilə BYD liderlik edir. İkinci yerdə "Geely" (131 708 avtomobil), üçüncü pillədə isə "Leapmotor" (83 573 avtomobil) qərarlaşıb.
"Xiaomi Auto" isə 50 123 avtomobil sataraq doqquzuncu pillədən altıncı yerə yüksəlib. Şirkətin satışları sentyabr ayı ilə müqayisədə 25,3 faiz artıb. Bu, ilk onluqda yer alan brendlər arasında ən yüksək artım göstəricisidir.
İlin əvvəlindən bəri qeydə alınan satış göstəriciləri də "Tesla" üçün ürəkaçan deyil. Belə ki, yanvar-oktyabr aylarında şirkət Çində 389 905 elektromobil satıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azdır.
Nəticədə "Tesla" ilin ilk 10 ayının yekunlarına əsasən tərtib olunan ümumi reytinqdə beşinci pillədən yeddinci yerə geriləyib.
"Xiaomi" isə əksinə, 336 613 avtomobil satışı ilə ilk onluğa qayıdıb. BYD 1 milyon 945 min avtomobil sataraq liderliyini qoruyub.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 63 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən qəribə qadağaları açıqlandı
Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql
13.11.2026 366 Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 526 Masaj hansı problemlər zamanı tətbiq edilir?
Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə
11.11.2026 282 Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər
İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy
14.11.2026 215 "Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
12:50 192 İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
12:40 196 Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14.11.2026 281 Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
Arılar qışda 35 dərəcə şaxtaya baxmayaraq sağ qala bilirlər. Bunun üçün onlar bədənlərində istilik yaradan xüsusi üsuldan istifadə edirlər. xarici mediaya istinadən xəbər verir ki, yay aylarında hər yerdə rast gəldiyimiz arılar və eşşəkarıları havalar soyuyan kimi sanki birdən-birə yoxa çıxırlar. Laki
14:50 191 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 358