Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"

Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb.

O bildirib ki, 2008-ci il təvəllüdlü oğlu A.Mehdiyevdə psixoloji problemlər olub və bununla bağlı müalicə alıb. Son aylarda isə Ayxanın vəziyyəti daha da kəskinləşib: "Mənim 16 yaşlı digər oğlum onkoloji xəstədir, onu Türkiyədə müalicə etdiririk, hər ayın böyük hissəsini Ankarada onun yanında oluram və indiyədək 9 dəfə kimyaterapiya kursu alıb. Bu müddətdə Ayxanın da xəstəliyi kəskinləşib. 2 ay idi gecələr yata bilmirdi. Əvvəllər də psixoloji xəstəlik keçirmişdi, 2022-ci ildə müalicə alandan sonra xeyli yaxşılaşmışdı, növbəti dəfə 2025-ci ildə müalicə almışdı. "Montin"dəki Psixi Sağlamlıq Mərkəzində professor Nadir İsmayılovun, növbəti dəfə digər həkim Samirə xanımın qəbulunda olub. Mən özümü qınayıram ki, Ayxanla son aylarda çox yaxından maraqlana bilməmişəm. Anası deyirdi, yuxu dərmanı qəbul edib, yaxşılaşıb. Amma xərçəngdən əziyyət çəkən digər övladıma görə ona həmin diqqəti göstərə bilməmişik".

Fotoda: Ayxan Mehdiyev

Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"Ağa Mehdiyev bildirib ki, hadisədən sonra həbs edilmiş oğlu ilə görüşüb: "O, hələ də özündə deyil. Bu gün yanında idim, görüşün sonunda ayağa durdum, deyir mən də gəlirəm? Yəni hələ də özündə deyil. Soruşuram kimi görmək istəyirsən, kim gəlsin səni görməyə? Yenə susur, özündə deyil. Mən özümü qınayıram ki, onu niyə vaxtında həkimə aparmadım. Əslində həkimə zəng etdim, dedi məzuniyyətdəyəm, sonra səhlənkarlıq etdim aparmadım. Anası yuxu dərmanları verdi, bir az yaxşılaşdı, sonra daha da pisləşdi. Əvvəllər çox yaxşı idi, öz bacarığı ilə İdman Akademiyasına qəbul olunub, 2-ci kursda təhsil alırdı".

Faciəvi hadisə ilə üzləşmiş ata bildirib ki, övladları arasında hər hansı fərq olmayıb, bir-birlərinə münasibətləri həmişə yaxşı olub: "Ayxan xəstəxanada olanda biz Gülarə ilə gül-çiçəklə onu qarşılamağa getmişik. İndi sosial şəbəkələrdə kimlərsə ağzına gələni yazır, bilib-bilmədən fikirlər bildirirlər. Amma yıxılana balta vurmaq olmaz axı, bizim öz dərdimiz var axı. Bizim ailədə heç vaxt uşaqlar arasında nə isə fərq olmayıb. İndi qızımın yarımçıq rəsmləri qalıb evdə... O, həmişə öz sənətinə fikir yönəldirdi. Bu hadisə ailəmiz üçün böyük zərbə olub".

Aslan Vəliyev
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 481   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20.11.2026 273
.

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar

Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazı

20.11.2026 235
.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:. - Sosial və iqtisadi sahələrd

20.11.2026 430
.

Jurnalistlər üçün müsabiqə elan edildi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so

20.11.2026 247
.

İntensiv yağış yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında

20.11.2026 284
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20.11.2026 2
.

Universitet divarları arasında baş verən faciə və cavabsız qalan suallar

Bakı Dövlət Universitetinin müəllimi Nərman Süleymanovun faciəli ölümü cəmiyyətdə ciddi suallar doğurub. Bu hadisə artıq yalnız bir insanın taleyi ilə bağlı məsələ deyil. O, ali təhsil müəssisələrində münasibətlər, akademik etika, tələbə hüquqları, müəllim nüfuzu və universitet rəhbərliyinin məsuliyyət

20.11.2026 253
.

Zamanın sınaqlarından çıxmış Azərbaycan-Vyetnam əlaqələri

Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə çıxışları, eləcə də dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki dövlətimizin başçıs

20.11.2026 257
.

Bakı-Hanoi xəttində yeni perspektivlər: İlham Əliyevin səfəri nə vəd edir?

"Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ölkəmizin xarici siyasətində Asiya istiqamətinin gücləndirilməsi, yeni siyasi və iqtisadi tərəfdaşlıqların qurulması baxımından mühüm hadisədir. Bu səfər, eyni zamanda, Azərbaycan diplomatiyasının praqmatik, çoxşaxəli və milli maraqlar

20.11.2026 243
.