Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb.
"Qafqazinfo" xəbər verir ki, "Sotheby's" hərrac evinin məlumatına görə, 197,80 karatlıq yastıq formalı kəsimə malik tarixi Romanov sapfiri məşhur "Cartier" zərgərlik evi tərəfindən hazırlanmış həndəsi brilyant qolbağın mərkəzində yerləşdirilib.
Hərracdan əvvəl 1,02-2,04 milyon dollar civarında qiymətləndirilən zinət əşyası gərgin rəqabət şəraitində təxmin edilən məbləğdən qat-qat baha satılıb.
Hərrac kataloqunda bu nadir daşın tarixi dəyəri xüsusi vurğulanıb: "Bu qeyri-adi tarixi sapfir Romanovlar ailəsinin əfsanəvi kolleksiyasından gəlir. Rus çarlarının məşhur xəzinəsi mübahisəsiz olaraq indiyə qədər toplanmış ən möhtəşəm və dəyərli kral kolleksiyası idi".
Daşın Rusiya imperator ailəsi tərəfindən nə vaxt əldə edildiyi dəqiq məlum olmasa da, arxiv sənədlərinə əsasən, bu sapfir hələ 1883-cü ildə sonuncu rus çarı II Nikolayın anası İmperatriça Mariya Feodorovnanın balda geyindiyi libasın ön hissəsini bəzəyib.
1917-ci il Rusiya İnqilabından və Romanovlar sülaləsinin devrilməsindən sonra 1920-ci illərdə Sovet hakimiyyəti kral xəzinəsini satışa çıxarıb. Sapfir 1927-ci ildə dövrünün məşhur opera müğənnisi və cəmiyyət xadimi Qanna Valska tərəfindən alınıb. Uzun illər müxtəlif boyunbağıların tərkibində yer alan daş 2015-ci ildə "Cartier" ustaları tərəfindən "Art Deco" üslubunda hazırlanmış və mərkəzi dəyişdirilə bilən bu brilyant bilərziyə köçürülüb.
Qeyd edək ki, Romanovlara aid zinət əşyaları əvvəlki hərraclarda da kolleksiyaçıların böyük marağına səbəb olub. Belə ki, 2021-ci ildə yenə "Sotheby's" hərracında sülaləyə məxsus sapfir və brilyant broş-sırğa dəsti ilkin qiymətləndirmədən təxminən iki dəfə baha - 883,6 min dollara satılmışdı.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 85 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489