"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər
"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb.
"RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərinə əsasən, sistemlərin fəaliyyət göstərmədiyi 12 saat ərzində maliyyə itkiləri yüksək həddə çatıb. Mütəxəssisin ehtimallarına görə, ümumi zərər milyardlarla dollarla ölçüləcək. Burada həm birbaşa, həm də dolayısı ilə yaranan zərərlər nəzərdə tutulur.
Ekspert qeyd edib ki, bəzi müştərilər biznesin davamlılığının təmini və qəzadan sonra bərpa planlarını işə salsalar da, əksər şirkətlərin ehtiyat variantı olmayıb və onlar ciddi çətinliklərlə üzləşiblər. O, belə bir hadisənin baş verməsindən dərin şok yaşadığını etiraf edib.
Bir müddət əvvəl verilən məlumatlara görə, "Microsoft"un işindəki problemlər səbəbindən Avstraliya Federal Polisi (AFP), Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) də zərər çəkib. Sistemdəki nasazlıqlar dövlət qurumlarına, məktəblərə və ali təhsil müəssisələrinə də təsir göstərib.
ABŞ korporasiyasından bildirilib ki, serverlərin fəaliyyətinin bərpası prosesi davam etdirilir və artıq bəzi bölgələrdə bunu qismən həyata keçirmək mümkün olub. "Downdetector" platformasının məlumatına əsasən, cümə axşamı axşam saatlarında istifadəçilərdən "Microsoft"un bir neçə xidmətinin fəaliyyətində yaranan kəsintilərlə bağlı kütləvi şikayətlər daxil olub. Müraciətlərin böyük qismi ABŞ-də qeydə alınıb. Belə ki, 131 min nəfər "Outlook", 46 min nəfər "Microsoft 365", 5.8 min nəfər "Copilot", 4.5 min nəfər isə "Microsoft Teams" xidmətlərindəki problemlər barədə məlumat verib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 66 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 520 Düyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12.11.2026 462 Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
16:50 0 Dünyanın ən qəribə qadağaları açıqlandı
Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bəzi qanunlar eşidənləri təəccübləndirir. Gündəlik həyatda tamamilə adi hesab edilən davranışlar bəzi ölkələrdə cəriməyə, hətta hüquqi məsuliyyətə səbəb ola bilər. Saqqız çeynəməkdən tutmuş göyərçin bəsləməyə, ev heyvanlarının tək saxlanılmasına qədər fərql
13.11.2026 351 Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib
14.11.2026 288 Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
08.11.2026 440 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
08.11.2026 387 Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14.11.2026 373 Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR
Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya
12.11.2026 596