Azərbaycan süni intellekt akademiyası yaradır
"Süni intellekt akademiyasının yaradılması formal olaraq yeni qurumun açılması deyil, təhsil sisteminin əmək bazarından strukturca geri qalması probleminə vaxtında və rasional cavabdır. Bu addımın əsas mahiyyəti ondan ibarətdir ki, təhsil sistemi ilk dəfə olaraq mövcud peşələri mexaniki təkrarlamaq əvəzinə, gələcək peşələri proqnozlaşdıran və formalaşdıran institusional mexanizm qurur".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Dünya İqtisadi Forumunun 2023-cü il "Future of Jobs" hesabatına əsasən, 2027-ci ilə qədər mövcud peşələrin 44 faizi dəyişəcək, milyonlarla iş yeri avtomatlaşma səbəbindən ya yox olacaq, ya da transformasiya olunacaq. Bu prosesin əsas hərəkətverici qüvvəsi süni intellekt və avtomatlaşdırmadır. Bu baxımdan akademiyanın yaradılması bazar dəyişdikdən sonra reaksiya vermək deyil, dəyişimi qabaqlamaq cəhdidir:
""Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda nəzərdə tutulan əmək bazarına uyğun kadr hazırlığı məqsədləri süni intellekt akademiyası vasitəsilə real məzmuna çevrilir. Çünki klassik ali məktəb modelləri sürətlə dəyişən texnoloji mühitə uyğunlaşmaqda ləngdir, süni intellekt əsaslı tədris isə çevik və modul yanaşma tələb edir.
Beynəlxalq təcrübə göstərir ki, süni intellekt sahəsində tədris aparılan ölkələrdə təhsil bazarı formalaşdıran aktora çevrilir. Akademiyanın müsbət tərəfi bilik yönümlü yoxlama modelindən bacarıq və məhsul yönümlü modelə keçidi sürətləndirməsi, region gəncləri üçün qlobal əmək bazarına çıxış imkanları yaratmasıdır.
Eyni zamanda risklər də mövcuddur: etik və hüquqi komponentlər nəzərə alınmazsa, akademiya yeni problemlər yarada bilər; real sektorla inteqrasiya zəif olarsa, "diplom var, bacarıq yoxdur" problemi təkrarlana bilər; müəllim hazırlığı isə əsas çağırışlardan biridir.
Nəticə etibarilə, süni intellekt akademiyası təhsili reaktiv yox, proaktiv sistemə çevirmək cəhdidir. Düzgün icra olunduğu təqdirdə bu təşəbbüs Azərbaycanın təhsil sistemini texnoloji dəyişikliklərin izləyicisi yox, iştirakçısı və formalaşdırıcısına çevirə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 553 Tarix: 29 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:
05.10.2026 229 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 307 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 378 Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 297 Bakıda torpaq sahələri BAHALAŞDI
Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım
05.10.2026 260 Müəllim əvəzolunmazdırsa, niyə süni intellektdən qorxuruq?
"Elm və təhsil naziri Emin Əmrullayevin "Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri ilk baxışdan rahatladıcı səslənir. Amma təhsildə baş verən dəyişikliklərə bir qədər diqqətlə baxanda başqa bir sual yaranır: süni intellekt müəllimi əvəz etməyəcəksə, bəs nəy
11:57 148 Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı
Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində
13:08 129 Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA
Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna
13:39 147 Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfində
10:25 284