Bu ölkədə tələbələrə süni intellektdən istifadə etməyə icazə verildi

Bu ölkədə tələbələrə süni intellektdən istifadə etməyə icazə verildiQazaxıstanın elm və ali təhsil naziri Səyasat Nurbek tələbələrin təhsil və tədqiqat işlərində süni intellektdən istifadə etməsinə niyə icazə verildiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, 2022-2023-cü illərdə süni intellekt sahəsində böyük dəyişikliklər başlayanda tələbələrin təhsil prosesində və tədqiqat işlərində bu vasitələrdən istifadəsinə icazə verilib-verilməməsi müzakirə olunub.

"Düzünü desəm, süni intellektdən istifadəni tamamilə qadağan etmək mümkün deyil. Bunu qaydalarda və əmrlərdə yazmaq olar, amma planşeti və ya kompüteri olan hər kəs süni intellektdən istifadə edə bilər. Buna görə də biz süni intellektin elementlərini təhsil prosesinə mümkün qədər geniş şəkildə daxil etmək qərarına gəldik", - nazir bildirib.

Tələbələr yazılı və tədqiqat işlərində süni intellektdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Nazir vurğulayıb ki, analitik hissələrin, nəticə və yekunların hazırlanmasında alqoritmlərdən istifadə etmək olmaz. Bu bölmələri tələbə özü araşdırmalı və öz qənaətini təqdim etməlidir.

Süni intellektdən və ya alqoritmlərin nəticələrindən istifadə edildikdə isə bu, mütləq qeyd olunmalıdır. Tələbə işin hansı hissəsini hansı alqoritmin köməyi ilə hazırladığını, əldə etdiyi məlumatları necə emal etdiyini göstərməlidir.

Səyasat Nurbek özü də gündəlik işində süni intellektdən istifadə etdiyini deyib. O, çətin mövzuları daha asan anlamaq üçün alqoritmə həmin məsələni 10 yaşlı uşağa izah edirmiş kimi, sadə və əsaslandırılmış şəkildə, vizual nümunələrlə açıqlamağı xahiş etdiyini bildirib.

"Biz süni intellektə köməkçi vasitə kimi yanaşırıq. Məqsəd odur ki, o, daha sürətli öyrənməyə kömək etsin", - nazir fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 78   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Filarmoniyaya bilet aldı, konsert əvəzinə divarı izlədi

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert izləməyə gələn tamaşaçı zalda oturacaqların yerləşməsindən şikayətlənib. Axşam.az xəbər verir ki, o, amfiteatr hissəsinə bilet alsa da, səhnəni görə bilmədiyini bildirib. Tamaşaçı qeyd edib ki, stollar elə formada düzülüb ki, ancaq divarı görmək mümkündür:

24.11.2026 498
.

İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri mən

17:07 153
.

Kəlbəcərin inkişafı Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm istiqamətidir

Kəlbəcərin inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin ən mühüm istiqamətlərindən biridir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların geri qayıtması, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi potensialın hərəkət

14:23 187
.

Kəlbəcərin turizm potensialı: təbii sərvətlərdən iqtisadi gücə, dirçəlişdən beynəlxalq turizm məkanına doğru

Kəlbəcərin turizm zonası kimi inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin strateji istiqamətlərindən biridir. Bu qədim diyarın malik olduğu zəngin təbii resurslar, əlverişli dağ iqlimi, mineral su mənbələri, meşələri, çayları, tarixi-mədən

18:35 0
.

Kəlbəcərdən reportaj: Dağların qoynunda yenidən doğulan həyat - Zəfərin, qayıdışın və dirçəlişin ünvanı

Kəlbəcər. Bu ad Azərbaycan xalqının yaddaşında təkcə möhtəşəm dağları, buz bulaqları, zəngin təbiəti və qədim tarixi ilə deyil, həm də ağrı-acı, həsrət, mübarizə və böyük Zəfər salnaməsi ilə yaşayır. İllərlə doğma yurdlarından ayrı düşən insanların qəlbində Kəlbəcər bir ümid, bir gün geriyə dönmək arzus

14:19 170
.

"Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub"

Əməkdar artist Manana Çaparidze övladları Elizabet və David haqqında danışıb. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində qızının universitetdə oxuduğunu deyib. O bildirib ki, Elizabet hüquq sahəsində təhsil alır:. "Qızım məktəbi qızıl medalla bitirib. Öz biliyi ilə universitet

15:17 249
.

Paşinyan: "Rumıniya Aİ-yə açılan qapıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. "Rumıniya təkcə çox vacib yeni bazar deyil, həm də limanları sayəsində Avropa İttifaqına açıla

10:38 188
.

Kəlbəcər - Zəfərin, milli iradənin və Böyük Qayıdışın rəmzi

Kəlbəcər Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birini, eyni zamanda milli iradənin, sarsılmaz dövlətçilik əzminin və tarixi ədalətin təntənəsini özündə birləşdirən müqəddəs torpaqlarımızdan biridir. Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin işğaldan azad olunmasının ildönümünü qeyd etmək deyil

13:05 174
.

Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur

Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil

24.11.2026 320
.