Azərbaycanda yeni Mərkəz yaradılır - Fərman

Azərbaycanda yeni Mərkəz yaradılır - FərmanEkologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır.

Müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.

Nazirlər Kabineti iki ay müddətində "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 337   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan-Ermənistan münasibətlərində etimadın sınağı və Cənubi Qafqazın yeni gələcək perspektivləri

Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm mərhələyə çevrilib. Uzun illər münaqişə, qarşıdurma və geosiyasi rəqabətlə müşayiət olunan region bu gün sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivlər

12:56 184
.

Uçan naməlum obyektlərlə bağlı şok iddia: Onlar artıq insanların arasında yaşayırlar

"Uçan naməlum obyektlər (UNO) və yadplanetlilər reallıqdır, onlar aramızda yaşayır və bəşəriyyəti qorxutmağa çalışırlar". BİG.AZ -a istinadən xəbər verir ki, bu iddia ilə Pentaqonun sabiq podratçısı Qeri Moşir çıxış edib. On iki illik araşdırmalardan sonra Moşir belə qərara gəlib ki, UNO-larl

25.11.2026 380
.

Zaur və Günay oğlunun ad gününü qeyd etdi

Aparıcılar Zaur və Günay Baxşəliyev cütlüyünün oğlu Davudun 6 yaşı tamam olub. Axşam.az xəbər verir ki, cütlük övladının ad gününü məkanlardan birində qeyd edib. Onlar məclisdən görüntüləri sosial media hesablarında izləyiciləri ilə bölüşüblər. Qeyd edək ki, Zaur və Günayın Dilavər adlı bir qız övlad

14:12 224
.

Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır

Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub. O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib

25.11.2026 494
.

"Sabah" - "Barselona" oyununda azarkeş öldü (FOTO)

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionund

10:23 292
.

Bu ölkədə tələbələrə süni intellektdən istifadə etməyə icazə verildi

Qazaxıstanın elm və ali təhsil naziri Səyasat Nurbek tələbələrin təhsil və tədqiqat işlərində süni intellektdən istifadə etməsinə niyə icazə verildiyini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, 2022-2023-cü illərdə süni intellekt sahəsində böyük dəyişikliklər başlayand

25.11.2026 321
.

Yunanıstanda 2 900 illik qədim dağ ziyarətgahı aşkarlanıb

Yunanıstanın Evbeya adasında arxeoloqlar təxminən 2 900 il əvvələ aid qədim ziyarətgah aşkar ediblər. Tapıntının ovçuluq və vəhşi təbiət ilahəsi Artemidanın ibadət yeri olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə " "Live Science" nəşrinə istinadən məlumat yayıb. Ziyarətgah Olimpo

13:10 176
.

Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda aktrisanın ailəsi məlumat yayıb. E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib

25.11.2026 520
.

Serbiyada Roma imperatorunun sirli sarayının qalıqları araşdırılır

Serbiyada arxeoloqlar qədim mənbələrdə adı çəkilən Roma imperatoru Maksimian Herkuliusun sarayına aid ola biləcək monumental tikilinin qalıqlarını araşdırırlar. xəbər verir ki, bu barədə "Heritage Daily" nəşrinə istinadən məlumat yayıb. Tədqiqatlar Sremska Mitrovitsa şəhəri yaxınlığındakı Qlat

13:14 174
.